Yenə adətim üzrə elə üşüyürəm ki,
üstümə bircə litr benzin töküb yanardım!
Bütün neft ölkələri, bütün neft savaşları,
bir də sənin şəninə, küləklə sovrulardım!
Bir üzümdə gic gülüş, bir üzümdə qəhərsən...
bax, indicə söymüşəm həyatın var-yoxuna!
Soruşma nə var, nə yox! Əlimdə, ovucumda,
biraz eşq, biraz tütün, biraz marixuana!
Nə qədər dözmək olar? Ciyər də tab gətirmir,
bu ürəkbulandıran şəhərin tüstüsünə.
Belə soyuq havada bütün sahibsiz itlər,
qızınır maşınların mühərrik istisinə.
Bu intihar qatında qışqıraram hirsimi,
hikkə qəhət deyil ki, yenilmərəm qorxuma!
Səbrimin daş yerində sükut-sükut ölürəm:
biraz eşq, biraz tütün, biraz marixuana!
Orxan Bahadırsoy 🦋