-İnsanın xəyalını qurduğu hər şey gerçəkləşməməlidir, bu bədbəxtlikdir.
-Bəlkə də.. Ancaq, bəlkə də sənin gözündəki bədbəxtlik mənim üçün xoşbəxtliyin özüdür...
"Hərdən düşünürəm və gözəl olduğum qədər də ağıllı, öyrənməyi, səhvlərindən dərs almağı bacaran biri olduğuma görə özümü daha da sevirəm. Bəlkə də bu sizə eqoizm kimi gələcək, amma qoy olsun. Məncə, hər insan az ya da çox eqoist olmalıdır."
..bu da həqiqətdir ki, bugünkü vəziyyətimdə qalmaq istəmirəm. Tamamilə başqa bir həyat, daha abırlı və daha mənalı bir həyat istəyirəm. Kim bilir, bəlkə də belə bir həyata nail olmaq mümkündür... Lakin içimdə elə bir şeytan var ki... o, məni istəmədiyim hərəkətlərə vadar edir. Onun pəncəsindən xilas ola bilmirəm, mümkün olmur... Təkcə mən yox, hamımız o şeytanın əlində oyuncağıq.