Kənardan baxanda hər şey o qədər aydındır ki: Nəhəng bir çarx, heç dayanmadan fırlanır. Hamı bir qaçhaqaç içindədir; nəsə qazanmaq, uğur əldə etmək, sistemə özünü sübut etmək üçün dəlicəsinə yarışır. Halbuki bu böyük illüziyanın kənarına çıxıb uzaqdan baxanda görürsən ki, həyatın sonunda əldə qalacaq yeganə şey böyük bir heçlikdir. Əldə etdiklərimizin də əslində kürəyimizdə daşıdığımız boş yüklərdən ibarət olduğunu fərq etmək insanı iflic edir. Ya bu insanların kor-koranə bağlandıqları gizli bir yaşama həvəsləri (hansı ki, düşünəndə onlar da boşdur) var, ya da heç bir şeyin fərqində olmayan, nəsə anladığını zənn edən böyük bir axmaq sürüsü. İşin ən iyrənc, ən can yandıran tərəfi də elə budur: Hər şeyin fərqində olub, bu bərbad həyatda nə edəcəyini bilməmək. Böyük bir korlar ölkəsində tək görən göz olmaq kimi bir cəzadır bu. Digərləri kimi kor-koranə qaça bilmirsən, amma bu sistemin içindən necə çıxacağını da bilmirsən. Cəmiyyətin qarşımıza qoyduğu və insanların həyata tutunduğu o hazır paketlər; ailə, maddi azadlıq, sevdiklərin ya da rahat bir yaşam... Hamısı mənasını itiribsə, o insan nə etməlidir? Beyində bəşəriyyətin belə cavabını tapa bilmədiyi suallar… Birinə bu dərdi danışmaq ayrı çətin, danışmağı bacarsan belə qarşındakının səni əsla anlamaması ayrı çətin. Əgər hazırda yaşamağa davam edirəmsə, bu, sadəcə hekayənin sonunu maraq etdiyimdəndir.
Özü ilə üz-üzə gəlmək istəməyən, özünü aldadan insan Dostoyevskini oxumasın. Ələlxüsus "Alçaldılmış və təhqir edilmiş insanlar " romanını. Dostoyevski adamı müayinə edir, insan özü özünün diaqnozunu təyin edir. Məncə, insanın daxili dünyasının nə qədər mürəkkəb, nə qədər ziddiyyətli olduğunu göstərən yazıçıdır. Yəqin ki, çoxumuz əsəbi haldaykən qarşı tərəfi hər hansı yolla olursa-olsun yeddi qatından keçən söz deyərək alçaltmaq istəmişik. Əgər belə olmuşuqsa halımız pisdi, amma bərbad deyil. Bərbad hal birini əzizləyə-əzizləyə, sevə-sevə, qayğısına qala-qala alçaltmaqdır.
Etimoloji Defteri
Mücellit Nedir ?
Sənə gəldim
Min zülmün əlindən mən edib dad sənə gəldim. Hər dərdimə səndən umub imdad sənə gəldim. Əhv et sənə bu halda pənah etdiyim üçün, Min parça, pərişan, belə bərbad sənə gəldim. Sanma yaşadım mən qaragün ömrümü xürrəm, Lakin, çətin anda eləyib yad sənə gəldim. Ömrümcə rahatlıq nədi heç, bilməmişəm mən, Etdim bəşərin zülmünə cihad sənə gəldim. Gəlməklə, sənə dərdimə ortaq demirəm ol, Mən sadəcə bu dünyaya inad sənə gəldim. Ya al məni bu zülmün əlindən elə imdad, Ya öldür elə ruhumu azad, sənə gəldim. Bundan belə haqqım da, qanımda sənə halal, Yox fərqi təbib ol, ya da cəllad, sənə gəldim. Var Vüsalın hər dərdinin hər çarəsi səndə, Var məndə buna min bir etimad sənə gəldim! 30.10.2025
Edebiyat
Son bir ildir ki,...
....işimlə əlaqəli həm həmyaşıdlarıma, həm də məndən yaşca böyük şəxslərə dərs keçməli oluram. Belə olan halda da bir çoxu ilə dərdləşmək qaçınılmaz olur. Elə tələbələrim olur ki, onların dərdlərini dinləyərkən qarşı tərəfə dəstək olduğumu düşünürəm. Və... bəzən əlimdən niyə ona kömək etmək üçün daha çox şey gəlmir deyə dərdlənirəm. Ən bərbad tərəfi isə budur ki, insan bu gün dərdinə şərik olduğu insanın gələcəkdə yerində olmaq qorxusunu yaşayır. Nakam sevgilər, valideyn dəstəyini hiss etməyən və yaxud valideynini çox erkən yaşda itirən gənclər, məhəbbətin yerini böyük bir nifrətə dəyişməsi və s. Bütün şüurlu canlılar üçün həyat bu son bir cümlədə period edir. Bütün başlayan hekayələr öz kədərinin, əzazilliyinin fərqindədir. İnsan itirməyə hazır vəziyyətdə bu dünyaya gözlərini açır. Tale isə hər zaman daha ağrılıdır. Çünki insanoğlu hər zaman kədəri sevincə, sevinci isə kədərə bəxşiş verir. Və... ən dəhşətli anlarda belə içimizdə bir yerlərdə başqasının bədbəxtliyi üçün yarana bir miqdar sevinc mütləq baş qaldırır.
Hüseyn Cavid
Hər qulun cahanda bir pənahı var, Hər əhli-halın bir qibləgahı var, Hər kəsin bir eşqi, bir Allahı var, Mənim Tanrım gözəllikdir, sevgidir. Gözəl sevimlidir, cəllad olsa da; Sevgi xoşdur, sonu fəryad olsa da, Uğrunda mənliyim bərbad olsa da, Son dildarı gözəllikdir, sevgidir. Gözəlsiz bir gülşən zindana bənzər, Sevgisiz bir başda əqrəblər gəzər, Nə görsəm, hanki bəzmə etsəm güzər, Həp duyduğum gözəllikdir, sevgidir.
Aprel, bazar ertəsi
Hər gün müxtəlif saatlarda yatmağı və oyanmağı sevirəm. Beləliklə, özümə təkrarlanan təkrarların içində olmadığımı isbat etməyə çalışıram. Lakin hər gün eyni otaqdayam. Gün ərzində minlərlə müxtəlif düşüncələrim. Bu bir otağa sığışdıra bilmirəm. Düşüncələrim, həmin düşüncələrim ki 1 saat əvvəl həyatın necə də gözəl olduğundan, indi isə həyatımın necə bərbad olduğundan gileylənir. Həyat haqqında ümumi və ümid verici danışmağı sevirəm. Həyatım barədə isə bunu deyə bilmərəm. Ola bilsin çox insanda belədir. Ümumi şeylər haqqında danışarkən və ya başqasının həyatı ilə bağlı hökm verəndə həmişə optimist düşüncələrimiz bizimlə olur. Bilirsən niyə? Ona görə ki, bilmirsən.