Bəzi kitablar var, çevrilib geriyə baxarkən yaxşı ki 20’li yaşlarımda oxumuşam deyirəm. Bu əsər də tam belə təsir yaratdı düşüncələrim üzərində.
Çalışın oxumadan ölməyin, cavan ikən oxuyun və orjinalından, yazıldığı kimi oxuyun, tərcümə ilə kitabı bərbad günə qoyurlar bəzən və bu variantları heç kimə tövsiyyə etmirəm.
Son zamanlar oxuduğum ən sıxıcı hətta ən mənasız kutab olduğunu düşünürəm. Fikirləşirəm mən də problem varsa o halda oxuduğum hər hansısa 50,60 səhifəlik kitabı niyə çox bəyənirəm. Heç bir şəkildə insana bir şey qatdığını düşünmürəm özəlliklə Azərbaycan dilindəki tərcüməsinə o qədər çox dialekt sözkər salınıb ki yəni kitab boyunca ən azı 100 ədəd söz gördüm və bu insanın bütün diqqətini yayöndırırdı. Yəni qısacası hansısa hekayənin sonunda kədərlənəcəm deyə 300 səhifə boyunca maraqsız bir material oxumaq çox bərbad hiss etdirir
Bərbad tərcümə edilib. Üstəlik müəllif sanki yazdıqlarına güvənmir. Davamlı vəd verir. Amma o vədlərin çox da qarşılığını görmədim. Ona görə də tövsiyə etmirəm.
Azərbaycan klassiklərindən oxuduğum ilk kitab. Bəlkə, buna görə incələmə yazma ehtiyacı hiss etdim. Amma digər tərəfdən mövzu ilə bağlı fikirlərimi yazmaq istədim. 19 yaşlı bir qızla 30 yaşlı bir oğlanın evləndikdən sonra başlarına gələn hadisələrdən danışılır. Bu klassik azərbaycansayağı evlilik sayılmır. Adil imtahan nəzarətçisi olan zaanm Sərriyyəni görüb ondan xoşu gəlir. Səriyyə ilə söhbət etdikdən sonra isə ümumi razılıqla evlənirlər. Bu evliliyə sadəcə Adilin ailəsi narazı olurlar.
1 il ərzində hər şey qaydasında gedir. Amma sonra Adilin işiylə bağlı rayona getməli olurlar. Adil rəis kimi işləyir, Səriyyə isə körpüsalanlar briqadasında işləməyə başlayır. Hətta Adil istəyirdi ki, daha sonra Sərgiyə əyani şəkiçd universitet də oxusun. Lakin işlər bundan sonra başlayır.
Səriyyənin daxilində briqadada 23-24 yaşlı Qəribcana qarşı hansısa hisslər oyanır. Bunun nə olduğunu kitabın sonuna qədər özü də izah edə bilmir. Amma Adil belə onun bu hisslərini hiss edir. Və buna görə də ara-sıra Səriyyəyə briqadada çalışmasını qadağan edir, amma Səriyyə bunu önəmsəmir. Sonradan Adil artıq qəzəbin, nifrətin işə yaramayacağını qəbul edir və Səriyyəyə qarşı daha mülayim davranır və onun briqada ilə işlərinə qarşı çıxmırdı.
Amma Səriyyə indi də Adilin ona qarşı belə mülayim davranmasına qəzəblənir, bunu ikiüzlülük, saxtakarlıq adlandırır.
Son hadisələrdə isə Qəribcanın ayağına sel zamanı daş düşdüyü üçün Adilin maşınını götürərək onu rayondan Bakıya xəstəxanada gətirməli olur. Əslində, bu hərəkətini pisləmək olmaz, bununla ayağının kəsilməsinin qarşısını alır. Amma nəzərə alınmalıdır ki, kitabdakı hadisə XX sərin ortalarında cərəyan edir və hələ indiki Azərbaycana baxanda belə, evli bir qadının belə bir şey etməsi normal qarşılanmaz. Burada Səriyyəni günahlandırmıram. Səriyyənin
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0743 okunma
Mən oxudum, kaş oxumaz olaydım, özü kimi bərbad kitab çox azdı. Əvvəli yenə nisbətən normaldı, sonra ortada mənasız o qədər çox personaj kitaba girir ki, adam bir yerdən sonra yorulur. Axırı da mənasız bitir.
Bir insanın dəli olduğunu sübut edən nədir? Onun digər insanlardan fərqli davranması, paranoyaya qapılması mı? Bəs dəlixanalar nə üçün var? Ruhi xəstələrin şəfa tapması üçünmü? Axı dəlixanalardakı vəziyyət o qədər bərbad və acınacaqlıdır ki, oraya düşən ağıllı insan da bir müddət sonra dəli olar. Bəs buna niyə müdaxilə etmirlər? Çünki bu vəziyyətdən şikayət eləyə biləcək potensial insanların hamısı “dəlilərdir”. Bir dəlini kim ciddiyə alar, bir dəliyə kim inanar ki?! Kitabda, ruhi xəstə sayılan, oxumuş adam olan İvan Dmitriç doktor Andrey Yefimıçə daim dəlixanadakı bu özbaşına vəziyyətdən şikayət etməkdədir. Bu palatada məruz qaldıqları ədalətsizliklər, bərbad yaşayış tərzləri, bir dəlini müalicə etməkdən çox, ölənə qədər normal insanlardan təcrid etmək məqsədi daşımaqdadır. Bəs bu ruhi xəstələrin vəziyyəti? Hansısa xəstəlikdən, paranoyadan əziyyət çəksələr də, nəticə etibarilə onlar da bir insandır, və insan kimi davranılmağa layiqdirlər. Amma hətta müasir palatalar üçün belə bu aktual deyil. Ruhi xəstələrə xəstəxanalarda heyvan kimi rəftar edilir, onlar təhqirə məruz qalır, döyülür, söyülür, alçaldılırlar. Amma niyə? Ümumiyyətlə sağlam insanla dəli arasındakı fərq nədir? Ya da dəli adlandırılıb xəstəxanaya göndərilən xəstələrin diaqnozu nə dərəcədə düzgün və dəqiq qoyulur? Ruhi xəstəxanalarda xəstələrlə düzgün rəftar edilirmi, müalicələri üçün əllərindən gələni edirmi həkimlər? Xəstənin müalicəsinin düzgün getdiyinə və vəziyyətinin yüngülləşdiyinə düzgün nəzarət olunurmu? Fikrimcə, Rosenhan eksperimenti bu haqda öz sözünü yetərincə deyir, bu yalnızca bir roman mövzusu deyil, kimsənin diqqətə almadığı aktual bir problemdir.. Və günümüzə qədər də, təəssüflər olsun ki, hələ də aktuallığını qoruyub saxlayır..
Doktor Andrey Yefimıç xəstəsinin bütün şikayət və
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,2bin okunma