Bəsdi
Demirəm, – dar gündə dadıma yetiş, Ölmüşəm, qalmışam, yoxlasan, bəsdi. Əlindən gəlmirsə, sevmə, eybi yox, Bir hörmət – bir xətir saxlasan, bəsdi. Mənə neyləyəcək bu şaxta, ayaz? Mən ki heç ummadım səndən bahar, yaz. Bilirəm, hər gecə imkanın olmaz, Bir gecə sinəmdə yuxlasan bəsdi. Xəbər al Şairi, yoxla arada, Bir hörmət – bir xətir saxla arada. Demirəm, – mənimlə ağla arada, Öləndə bir dəfə ağlasan, bəsdi. 13.06.2026
Edebiyat
Səni gözlər...
Yollarda qalıbdır ala gözlər, səni gözlər Yaş töksə də hər gün yenə gözlər səni gözlər Ey qəmli könül yelkəni, durma daha üz get Həsrətli ürəklərdə dənizlər səni gözlər Gül çöhrəni seyr etmək üçün növbə çəkirlər Ay gecə, günəş isə günüzlər səni gözlər Sanma ki, çəməndə bu qədər lalədi, şahım Al qırmızı örpəyli kənizlər səni gözlər Görcək səni diz çökməmək olmur, mələyim,gəl Qatlanmağa hazırdır bu dizlər, səni gözlər Ey ruhuma həmdəm qələmim, bəsdi dayandın Qəlbdən süzülən qüssəli sözlər, səni gözlər Sən gəldiyin o yolları bu Fəhmi həvəslə Göz yaşı ilə gündə təmizlər, səni gözlər... İlqar Fəhmi
Edebiyat
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Belə!
Gözünün yaşını tökmə. Bu soyuq ahı yığışdır, Bu bulud süni buluddur. Bu yağış saxta yağışdır. Dünənin qəhqəhəsiylə, Bu günün naləsi eyni, Gülüşün ağlamağınla, Arası bircə qarışdır. Məni yorma, sənə qurban, Bu yağış saxta yağışdır... Həyəcanla dolu sözlər, Bu tərəddüd dolu gözlər Üşüyən nəmli baxışlar, İti kirpikdəki yaşlar Mənə çoxdankı tanışdı Daha yox təsiri qəlbə, Bu yağış saxta yağışdı. Necə ağlarsa buludlar, Necə oynarsa umudlar Necə şimşək çaxar olsa, Necə sellər axar olsa, Soyuq olsun ya da isti, Nə olar, ağlama bəsdi. Fərqi yox, yazdı ya qışdı, Nə qədər yağsa da yağsın, Bu yağış saxta yağışdı. Bu yağış saxta yağışdı. İlqar Fəhmi.
Şiir
Uyma hər zülfü qara sevgili canana, könül, Bu vəfasızlar edərlər səni divanə, könül. Mümkün olduqca çalış, yanmayasan eşq oduna, Şəm`dən gör nə çəkir hər gecə pərvanə, könül. Sən hələ eşq kəməndində əsir olmamısan, Uyma Məcnun kimi hər zülfi-pərişanə, könül. Güldə olsaydı vəfa, xar ilə yar olmaz idi, Bülbülün ahi yayılmazdı gülüstanə, könül. Aşina olmaq əbəsdi bu pəriçöhrələrə, Yenə bir gün olacaqlar sənə biganə, könül. Sevdiyin olsa Züleyxayi-zaman, sən Yusif, Məkr edib saldıracaqdır səni zindanə, könül. Vahidin ömrü bütün nazlı gözəllərlə keçib, Bu həqiqət sözü zənn eyləmə əfsanə, könül. Əliağa Vahid
Qəzəl
QƏZƏL Dərd çəkmə ürək, dərddən usandın, daha bəsdi, Hicr atəşinə su çilə, yandın, daha bəsdi. Ey könül, artıq meyə, meyxanəyə meyl et, İllərdi ki, minbərdə dayandın, daha bəsdi. Qoy minbər ilə mehrabı zahidlərə qalsın, Canan çağırır bəzmə, yubandın, daha bəsdi. Ol məclisə gir, buseyi-can təklif edir yar, Öp ləblərini, bunca utandın, daha bəsdi. Yar busələri çünki səni cavidan eylər, Bu aləmi-mövtada dolandın, daha bəsdi. Ərz eylür o dilbər ki:-"Uzaq durma, yaxın gəl, Gözlərimi can cəlladı sandın, daha bəsdi. Gəl, tellərimi bənd eləyim boynuna, şad ol, Qəlbiqəm olub, şadlığı dandın, daha bəsdi!..." Elsevər Qəlbiqəm, 10. 09. 25.
Şiir
QƏZƏL Dərd çəkmə ürək, dərddən usandın, daha bəsdi, Hicr atəşinə su çilə, yandın, daha bəsdi. Ey könül, artıq meyə, meyxanəyə meyl et, İllərdi ki, minbərdə dayandın, daha bəsdi. Qoy minbər ilə mehrabı zahidlərə qalsın, Canan çağırır bəzmə, yubandın, daha bəsdi. Ol məclisə gir, vəsli-şərab təklif edir yar, Öp ləblərini, bunca utandın, daha bəsdi. Yar busələri çünki səni cavidan eylər, Bu aləmi-mövtada dolandın, daha bəsdi. Ərz eylür o dilbər ki:-"Uzaq durma, yaxın gəl, Gözlərimi can cəlladı sandın, daha bəsdi. Gəl, tellərimi bənd eləyim boynuna, şad ol, Qəlbiqəm olub, şadlığı dandın, daha bəsdi!..." Elsevər Qəlbiqəm, 10. 09. 25.
Şiir