Gecdi daha
Yadındamı, onda dünya gözəl idi, O məhəbbət hər sevgidən əzəl idi. Keçdi şirin çağlar, Soldu yaşıl bağlar, Xatirələr ağlar, Gecdi daha... Yadındamı, o məhəbbət dəniz idi, O duyğular hər duyğudan təmiz idi. Soyuq yellər əsdi, İllər yolu kəsdi, Xatırladıq, bəsdi, Gecdi daha... O arzular sənsiz heçdir daha, O günlərə dönmək gecdi daha, Xatirələr nə istəyir bizdən, Olan oldu bizə, keçdi daha... Xatirələr çağırsa da, hara gedim ? Yadındamı, mən səninlə xoşbəxt idim ? Olan oldu, keçdi, Bu xəyallar heçdi, Bir də sevmək gecdi, Gecdi daha...
Sayfa 52 - Zərdabi Nəşriyyatı·Kitabı okudu
Şiir/Müzik
“Mən həmişə demişəm ki, təhsildə ciddi, müntəzəm təlimat, nəzarət olmadısa, hansısa ciddi uğurdan danışmaq əbəsdi.”
Alıntı
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Cahandar ağa dözmədi. Üzünü əlləri ilə qapayıb ağzı üstə döşəndi. Birdən saçında bir əlin gəzdiyini hiss etdi: - Dərdin ürəyimə, niyə ağlayırsan? Cahandar ağa dinmədi. Hıçqırığını boğmağa çalışdığından çiyinləri qalxıb-endi: -Elə eləmə, yoxsa özümü öldürərəm. Di yaxşı, bəsdi, məni də ağlamaq tutur. Cahandar ağa başını yuxarı qaldırdı. Qızarmış gözlərini bacısının, üzünə zillədi: - Keç günahımdan, Şahnigar, məni halal elə.
Atam arxasını mənə çevirib dedi: - Bəsdi, sus. Paltosunu götürüb evdən çıxdı. Getməyinin mənasını anladım. O himayəsini çəkib, məni evdəkilərə tapşırdı.
Sayfa 70·Kitabı okudu
Yoxdusa
Göz yaşını axıtmağa dəyərmi? Sonunda bir güləcəyi yoxdusa. Hər görüşə sevgi demə, əzizim. Əgər onun gələcəyi yoxdusa. Sevgi yoxsa ürək quru qəfəsdi. Kor ümidə nə qərəzi, nə qəsdi? Yüz yol geri çağırmağın əbəsdi Əgər geri dönəcəyi yoxdusa
Ilqar Fehmi - Saxta Yağışdır
Gözünün yaşını tökmə, Bu soyuq ahı yığışdır, Bu bulud süni buluddur , Bu yağış saxta yağışdır. Dünənin qəhqəhəsiylə Bu günün naləsi eyni, Gülüşün ağlamağınla Arası bircə qarışdır, Məni yorma, sənə qurban, Bu yağış saxta yağışdır... Həyəcanla dolu sözlər , Bu tərəddüd dolu gözlər , Üşüyən nəmli baxışlar , Iti kirpikdəki yaşlar , Mənə çoxdankı tanışdı. Daha yox təsiri qəlbə, Bu yağış saxta yağışdı. Necə ağlarsa buludlar, Necə oynarsa umudlar Necə şimşək çaxar olsa, Necə sellər axar olsa, Soyuq olsun ya da isti, Nə olar, ağlama bəsdi, Fərqi yox, yazdı ya qışdı, Nə qədər yağsa da yağsın, Bu yağış saxta yağışdı...