Puan vermedi·880 syf.··
2026 4. kitabı
·
46 günde okudu
·
Okunma: 14 Mart 2026 19:52
Bəlkə də qəlbimin hansısa dərinliyində bu kitabı Rusiyanın soyuq,boz günlərində oxumaq istəyi vardı,bilmirəm… İllərdir haqqında eşitdiyim,ətrafımdakı insanların dilindən düşməyən, "mütləq oxunmalıdır" deyilən bir şah əsəri 45 gün sonunda bitirdim.Rs dövrümə təsadüf etdiyi üçün biraz gec oldu,yoxsa daha tez bitirərdim.Kitaba başladığım andan etibarən gözlərim hər sətirdə Annanı axtarırdı,səbirsizliklə kitaba daxil olacağı anı gözlədim.Adı Anna olan,amma Annadan 100–150 (təxmini)səhifə bəhs edən bir kitab.Müəyyən yerə qədər Levini oxuduqca əsəbləşirdim "Bəsdi, artıq mən Annadan oxumaq istəyirəm" deyə oxumağa həvəsim ölürdü.Ancaq sonradan düşüncəm tərsi yönündə dəyişdi.Levini oxumaqdan çox böyük zövq aldım.Onun daxili dünyası,düşüncələri,həyata baxışı o qədər gözəl təsvir olunmuşdu ki,zaman-zaman Levində özümə oxşarlıqlar tapırdım.Xüsusilə də son hissədə kitabı yerə qoymaq qeyri-mümkün olmuşdu.Bu müddət ərzində kitabla o qədər bütövləşmişdik ki,bitməsin deyə oxumaq istəmirdim. İndi isə gələk Annaya… Haqqında həm çox danışmaq istədiyim,həm də söz tapmadığım bir obraz.Əslində qalsa,mən Annaya heç bir yerdə haqq qazandıra bilmədim.Yəni qəlbində bir məhəbbət olduğunu hiss etmədim,o duyğu mənə keçmədi.Məhəbbətdən ziyadə,sanki bağlılıq,obsesiya vardı.Sanki durğun,sıxıcı,mənası olmayan həyatında bir məna axtarırdı,həyatındakı boşluqları doldurmaq üçün cəhd edirmiş kimi təsir bağışladı mənə."Vronski üçün məhəbbətim üçün Seryojamdan vaz keçdim" düşüncəsinin bağışlanılacaq tərəfi yoxdu,deyə düşünürəm.Mənasız qısqanclıqları Vronski ilə bərabər məni də sıxırdı.Lakin çox qəribə şəkildə ona tam nifrət edə,onu qınaya bilmədim.Hərəkətləri,xüsusilə də sonlara yaxın,Levinlə bağlı olan hissə məndə ikrah doğurdu,amma bunu obraza qarşı nifrət adlandırmaq mümkün deyil.Mənə maraqlı gələn daha
Anna KareninaLev Tolstoy · Bakı, Teas Press Nəşriyyatı · 202355,6bin okunma
2/10
·491 syf.··
2025 12. kitabı
·
9 günde okudu
·
Okunma: 23 Ağustos 2025 23:36
Yorumların çoxu oxuyun, oxutdurun deyə bağırır Lakin mən sıxıldım, 500 səhifəlik kitab yazıb amma çox sıxıcı, sürəti zəif gedir. Sonda isə gözlənilənə dəymir Bu kimi mövzular 200 səhifə olsa bəsdi mənim fikrimcə Çox uzadıb anlamsız olaraq. Birdə yəgin ki, Katzenbachın kitabını oxumaram mənə uyğun olmadı.
PsikoanalistJohn Katzenbach · Koridor Yayıncılık · 20103,449 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·104 syf.··
2025 8. kitabı
·
16 saatte okudu
·
Okunma: 18 Şubat 2025 08:20
Ətim töküldü . Gecə ağlayan qız görürsən, elə həmin gecə də ona pafoslu ifadələr sərf edir . "Ahhh,Nastenka,mən sizin haqqınızda bütün gecəni bütün həftəni bütün ili xatırlayacağa" ; "Sabah da görüşək,amma bir şərtim var mənə aşiq olmayın" eee bəsdi də . Dostum, çox xəyalpərəst adamsan, get yağışı nəzərə almadan görüşə gələn qızı sev , bu sənin adamın deyil axı . Nastenka yerinə həmin gecə Bağdagül olsa idi,ona da eyni sözlər sərf ediləcəkdi, Məşhur Nastenka da o qədər nənəsi ilə qalıb ki , qarşılaşdığı ilk oğlana aşiq olur , yəni qısası boş dura bilmir də ,17 yaşı var hərdəmxəyal bir qız. Digər kitablar üçün ürəyim gedir ,amma bu yox o deyil )
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102,2bin okunma
Sən öləndə kim olacaq gözlərini bağlayan?!
Puan vermedi·80 syf.··
2024 6. kitabı
Yazıçı müsahibələrindən birində deyir:"Oyun havası" birnəfəsə yazılıb. Təxminən on gün ərzində. O zaman mən kifayət qədər qələm təcrübəsinə malik idim. Nə isə yazmağa başlayanda özümü necə deyərlər, suda balıq kimi hiss eləyirdim. Hadisə həyat materialı idi və mən yalnız adları və məkanı dəyişdirmək istəyirdim ki, yazı çap olunandan sonra xırda dedi-qodulara səbəb olmasın. Amma bununla belə yenə də prototiplər özlərini tanıdılar, hətta mənə artıq-əskik sözlər də çatdırdılar". Əsərdə Əlizamanın ölümünün gətirdiyi reallığı görürük. Vaxtı ikən həyatı mənfiliklərlə dolu olan, həyat yoldaşına belə " yoldaş" olmayan adam gənc oğlan tərəfindən öldürülür. Və biz onu yalnız xatirələrdə görürük. Qarşımızda sadəcə avtoritet Əlizamanın cəsədi var. Və cəsədi qəbul etməyən " yaxın"ları. Qadın isə( həyat yoldaşı) onu qəbul edir. Cəsədi basdırmaq üçün çalışır. Kənd əhalisindən bir-iki nəfər istisna ona köməyə gələn olmur. Hamının başı həmin gün olan toya qarışıb. Halbuki Əlizaman nə qədər avtoritet olsa da, işləri ondan keçərmiş.İnsan övladı sağ ikən pisə pis deyə bilmir də, öləndən sonra yaxşısına da, pisinə də deyinir. Həyat yoldaşı( neçə il ayrı qalsalar da qanuni yoldaşı idi) içində Əlizamanı danlasa belə , onun ölümünü səbirsizliklə gözləsə də, yoldaşının öldüyünü biləndə heç də sevinmir. Necə də Azərbaycan qadını siluetini bizim gözümüz önünə gətirir bu kadrlar. Hansı ki çox zaman bağışlayan, nəciblik edən qadın olur. Nədənsə əsəri oxuyanda Ramiz Rövşənin misraları yadıma düşdü: Bu qadın baş daşımı öpüb sığallamaqdansa, Yumruğuyla döysə, döysə yaxşıdı. Qəbrimin üstündə ağlamaqdansa, Məni söysə yaxşıdı. Yeri, yeri, qara paltarlı qadın, Kiri, kiri, qara paltarlı qadın. Bu qəbir de min qəbirdən biridi, baş daşımı bəsdi basdın bağrına. Bütün mənə ağlayanlar kiridi, sən də kiri,
1000Kitap
Oyun HavasıMəmməd Oruc · Qanun Nəşriyyatı · 201827 okunma
10/10
·288 syf.··
Beğendi
·
2022 5. kitabı
·
4 günde okudu
·
Okunma: 30 Ocak 2022 00:00
Romanın adında üç dost olsa da, əsas surətlər Səlimə və Şahlardı. Səlimə şəhərdən Qartallı dərəyə zootexnik işləmək üçün gəlir. Qarlı qış günündə Şahların yardımı ilə kəndə çatır. Hadisələr isə bundan sonra başlayır Səlimə obrazını çox bəyəndim. Xüsusən, "mənim nəyimə lazımdı, maaşımı alıram, bəsdi" düşüncəsi ilə deyil, öz vicdanı və məsuliyyətilə hərəkət edir. Kənd camaatının bəzilərinə maldarlıqda yeni qayda və üsulları öyrətmək çox çətin olsa da, Səlimə əsla ruhdan düşmür. Böyük həvəslə və şirin dillə insanları razı salmağa, təkmilləşdirməyə çalışır. Bundan əlavə tövlələrin vəziyyətini yaxşılaşdırır, kənddə tibb məntəqəsi, uşaq baxçasını da bərpa etdirir. Kənd camaatının da birgə səyi nəticəsində kənd daha da canlanır. Bu səhnələri gözümün önündə canlandıranda yaşamadığım bir dövrün gözəlliyini duyuram. İnsanların mehribanlığı, səmimiliyi, birgə əməyin şirinliyi, xalqlar arasında olan dostluğun gözəlliyi və s. o qədər gözəl təsvir olunmuşdur ki... Bu hadisələr fonunda Səlimə və Şahların da sevgisinə şahid oluruq. Səlimə oxumuş, fəhlə ananın qızıdır, Şahlardan isə 2 yaş böyükdür. Şahların anasını da narahat edən budur. Səlimə kasıb qızıdır, oğlundan da böyükdür. Buna görə də onu oğluna yaraşdırmır. O, Şahların kəndin ağsaqqalı olan Çıraq dayının qızı Güləbətinlə evlənməsinə istəyir. Güləbətin daha gənc, gözəl, imkanlıdı, həm də Çıraq dayı kimi atası var. Təəssüf ki, cəmiyyətimizdə hələ də belə hallar mövcuddur Əsərdəki 3 dost 3 fərqli millətdən olan, əsgərlik vaxtdan dostlaşan azərbaycanlı Şahlar, ukraynalı Mikola, erməni Haykdır. Əsər Sovet dövründə qələmə alındığı üçün erməni-azərbaycanlı dostluğunu gözəl şəkildə təqdim edir. Bu hissəni oxuyanda çox düşünürdüm: axı bu ermənilər niyə belə etdilər? Bu kin, nifrət onlara nə qazandırdı? Dostluqları, qonşuluqları, hər
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017216 okunma
8/10
·816 syf.··
2023 42. kitabı
·
13 günde okudu
·
Okunma: 02 Eylül 2023 20:42
Uzun zaman öncə oxuduğum kitabın bu gün sonuncusunu bitirdim. Kitab başlanğıcda çox geridən başladı. Nə yalan deyim bəzi hissələri unutmuşdum və bu sayədə kitabın tamamını xatırladım. Kitabın mövzusu,məzmunu çox gözəl və ilgi çəkicidi. Amma kitab boyunca eyni senaryoların davamlı təkrar olunması biraz can sıxıcı idi. Bəzi yerlərdə artıq bu qədərdi bəsdi deyib əsəbləşdiyim yerlər oldu. Amma yenədə səbirlə sonuna qədər oxudum və son hissələr məsələn, "yabancı" adlı bölümü çox möhtəşəm idi. Doğa suda boğularkən son anda Ediz onu öldürməkdən imtina edir və sudan çıxarır. Bu hissədən sonra hadisələr zincir kimi davam edir. Doğanın atasının qəddarlığı və uşaqlarına qarşı olan soyuqluğu çox acıqlı idi. Doğa bu intiqam oyunun bitməsini istəsədə Ediz intiqam alınmadan durmaq istəmirdi. Kitabda durmadan polislərdən qaçan Ediz,Doğa, Gece, Uygar dördlüsü var. Gece bu kitabda çox sinir pozucu idi. Durmadan gerçəkləri deyir və Doğanı küncə sıxışdırırdı. Sadəcə özünü və sevdiklərini düşünən Gece artıq bütün bu qaçışlardan yorulur. Uygarın ölümü isə Geceni tamamilə məhv edir. Dağ evinin yanma hissəsi də çox möhtəşəm idi. Doğanın qəza keçirməsi çox gözlənmədik oldu. Və kaş uşağı ölməsəydi. Edizin öldüyünü bildirən səhnələr isə o qədər depressif idi ki, oxuyarkən özümü bir məngənənin arasında sıxılırmış kimi hiss edirdim. Sanki qaranlıq otaqda divarlar üzərimə gəlirdi. Son səhnədə isə Doğa və Edizin avtomobildə yola çıxarkən bitməsi çox yaxşı olub. Biraz fərqli olub düzdür,amma 800səhifəlik bir kitab üçün yetərli idi.
2023 Okuma Raporları
Yabancı - ElyelÖznur Yıldırım · Pegasus Yayınları · 2023754 okunma