Puan vermedi·376 syf.··
2023 125. kitabı
Yaxşı kitab çox qiymətli xəzinədir deyib Həsən bəy Zərdabi.Dünya, ədalət, din, siyasət, sevgi və ailə sevgisinin təbiəti və tipləri kimi mövzularla genişləndirilmiş, dəlillərə əsaslanmış, tarixi fakt və hadisələrlə zəngin bir kitab oldu Koma. Mənə görə 3 tip oxunan kitab var, dadına vararaq aramla oxunan, sadəcə oxudugun, və acgözlüklə oxuyub bitirməyə can atdıgın. Mən bu kitabı heç birinə aid edə bilmədim. Oxuduqca yaşadıgım duyguları, kitabın məndə qoydugu izləri sözlə ifadə edə bilmərəm.. Kitabda hər bölüm bitdikdən sonra gələn köşə yazıları, boş ucları bağlamağa və bölümə son toxunuş verməyə meylli olan epiloq, ya da gələn bölüm üçün gizli sirr verən proloq oldu.. Əraf hissəsini oxuyarkən elə hiss etdim ki, məni bir qəfəsə salıblar. O qəfəsdən çıxaq istəmədiyim kimi, eyniylə də sonsuzluga qədər orda qalmaqdan da qorxurdum. Həm kitab bitsin istəyirdim, həm də bitməsini istəmirdim.. Jonas obrazını ilk tanıyandan sona qədər eyni fikirdə qaldım, hətta kitabın ortalarında Jonasın ani yox olması belə mənfi düşüncələr yaratmadı onun haqqında.. Sonun necə, kimin planın bir parçası oldugunu bilmədən Jonas haqqında düşündüyüm bu oldu, pul insanı düşüncəsiz edər, acgöz edər, hətta xaraktersiz edər, amma sevən bir insan edə bilməz... Romanda daha çox pərəstiş etdiyim obraz Adelin valideyinləri oldu, xüsusilə də atası(bəlkə də atası ilə müqayisədə anası bir az kölgədə qaldıgından) Kimliyindən asılı olmayaraq, hər insan vicdan mexanizmi ilə birlikdə yaradılır. İnsanları bir-birlərindən ayıran xüsusiyyət isə onların öz vicdanlarını nə qədər istifadə etdikləridir. Hər insanda vicdan var. Lakin vicdan nə qədər istifadə edilir, mühüm olan budur... Adelin atası Yusif yaddaşımda vicdanlı, aylarını, illərini ömrünü, gözlərini qırpmadan dünyanın xilası üçün qurban verən, həm də Adel
KomaTural Hesenli · 214748364736 okunma
Sədalanan həyatlar
8/10
·504 syf.··
2024 14. kitabı
·
21 günde okudu
·
Okunma: 13 Ekim 2024 13:48
Ve Dağlardan Səda Gəldi Əfqanıstandan Amerikaya, Parisdən Tinosa qədər uzanan, nəsillər boyu bir-birinə toxunan yaşamlardan və dərin bağlardan bəhs edən bir romandır. Kitab, kiçik bir əfqan kəndində - Şadbağda başlayan hekayəsilə, Abdulla və balaca bacısı Pərinin ayrılığı ətrafında formalaşıb, ailə sevgisi, fədakarlıqlar, itkilər və peşmanlıqlar üzərində durur. Khaled Hosseini , hər personajın həyatına toxunaraq, sevginin necə qarmaşıq olduğunu və keçmişin silinməz izlərinin insan ruhunda necə dərin izlər qoya biləcəyini məharətlə təsvir edir. Oxuduğum müddətdə elə hey düşünürdüm ki, görəsən, niyə kitabın adı məhz belədir. Epiloq hissəsində də qeyd olunduğu kimi bu ad qismən William Blake'in - Nurse's Song şeirinə əsasən qoyulub: The little ones leaped, and shouted, and laughed, And all the hills echoed. Amma məncə əsas məna buradakı personajların həyatında baş verənlərin zaman, məkan fərq etmədən illər boyu davam edən təsirini ifadə etməkdən ibarətdir. Yəni, səsin dağda yaratdığı əks-səda kimi baş verən hadisələrin ağırlığı da, sədaları da digər nəsillərdə özünü büruzə verir, bir növ yankılanır. Ümumilikdə götürəndə bəyəndiyim bir kitab oldu. Amma 8/10 verməyimin səbəbləri də var təbii ki. İlki ondan ibarətdir ki, kitabda personajların çox olmasına baxmayaraq onların hər birinin həyatlarına toxunulması möhtəşəm bir şeydir, amma təəssüf ki, yazılanda bütün təsiri demək olar ki, yoxa çıxıb. Bunun səbəbi isə məncə keçmiş və gələcək arasında olan keçişlərin çox sıx olması idi. Belə olanda baş verənlər bir az qarmaşıq hal alır və qeyd etdiyim kimi təsiri itir. İkinci səbəb isə ondan ibarətdir ki, müəllif müasir dövrün inikası olaraq personajların yaşadığı həqiqi dünyanı əks etdirməyə çalışarkən, bəzi məqamlarda cinsi, arqo ifadələri üstün tutan bir danışıq tərzini uyğun görüb. Amma düşünürəm
2024 Okuma Raporları
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201342bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
6/10
·416 syf.··
2024 37. kitabı
Cara Hunter kitablarını oxumağa davam edirəm. Kitab iki yeniyetmə qızın başına gələnlər haqqındadır. Araşdırmalar zamanı müxtəlif istiqamətlərdə təhqiqatlar davam etsə də ən sonda gözlənilməz son yaşandı. Vəhşicəsinə qətl edən hətta öncəsində təcavüz olunaraq öldürülən cinayət qurbanına bütün bunları yaşadan ən yaxın dostları-15 yaşlı 4 qız imiş. Təbii ki real həyatda da belə insanların varlığına inanıram amma bu hekayədə bütün bunlar şişirdilmiş gəldi mənə. Və ya polis təcavüz olduğunu düşünüb forensics də bunu niyə təsdiq etmədi o zaman? Qızların Sashanı belə vəhşicəsinə öldürmə səbəbi sadəcə qısqancıq idi? Belə detallı ölüm düşünmək sonra isə belə rahatca uzun müddət polisdən yayına bilmək. Bütün bunlara görə kitabı bir az digərlərindən az sevdim amma yenə də Adam Favvley team ə görə oxumağa dəyər. Epiloq isə növbəti kitabı oxumağa adamı sövq edir. Kitabla qalın və dost seçiminə extra diqqət edin.
All the RageCara Hunter · Penguin Books Ltd · 2024169 okunma
9/10
·636 syf.··
Beğendi
·
2024 27. kitabı
·
12 günde okudu
·
Okunma: 11 Ağustos 2024 10:24
Çox uzun zaman dolabda saxladığım, oxumağa cəsarət etmədiyim #k:91127. Nəhayət bu utancdan özümü xilas edə bildim və rus ədəbiyyatının bu şah əsərini oxuya bildim. Bəzi fikirlərimi bölüşmək istərdim əsərlə bağlı. Öncəliklə əsər bir çox aspektdən təhlil edilə bilər təbii ki. Lakin burada əsas fikir budur məncə: İnsanın öz eqosunu tətmin etmək üçün, özünü doğrultmaq üçün etdiyi cinayət, lakin sonda yaşadığı xəyal qırıqlığı ucbatından aldığı (bəlkə də özünə verdiyi) cəza. Bəli, Raskolnikov-gənc tələbə, hüquqşünas-müəllim bir idealistdir, fikir sahibidir. Əsərdə haqqında az söhbət getsə də, əsəri quran elə onun yazdığı məqalədir. Hansı ki, o məqalədə insanları "adilərə" və "qeyri-adilərə" bölmüşdür. Raskolnikov özünü bu bölgüdə "qeyri-adilərin" sırasında görür. Napoleonla bir sırada. Napoleon bir çox cinayətlər törətmiş, lakin sonda rəğbət görmüş bir hakimdir. Raskolnikov da niyə onun kimi ola bilməsin? Elə bu düşüncələr onu cinayətə sövq edir. Sələmçi qarını və onun bacısını (olsun ki, bacısını bilmədən öldürür və bunu anlayır) öldürür. Maraqlısı budur ki, əsərin sonuna qədər, özünü polisə təslim etsə belə günahkar olduğunu qəbul etmir. Və dünyanı, insanlığı lazımsız, vicdansız bir bitdən xilas etdiyini düşünür. Bəzən özünün də elə bir bit olduğunu fikirləşir əslində. Dostoyevski dühasi insan psixologiyasını çox gözəl yansıtmışdır əsərdə, bunu xüsusilə Raskolnikovun və Svidriqaylovun timsalında görə bilirik. Svidriqaylov Raskolnikov ilə müqayisə edilə bilər bir baxımdan. Hər ikisi cinayətkardırlar. Lakin ölümdən qorxsa da, Svidriqaylov özünü öldürdüyü halda Raskolnikov həyatdan yapışmağı seçir, hərçənd, o da neçə dəfə özünü öldürməyi düşünmüşdür. Bəs bunun səbəbi nədir? Niyə polisə təslim olmağı ölümdən üstün tutur, öz diliylə desək. Burada əsas səbəb Raskolnikovun
Düşünce
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013194,5bin okunma
10/10
·256 syf.··
Beğendi
·
2024 23. kitabı
·
4 günde okudu
·
Okunma: 22 Temmuz 2024 22:40
Hər kəsə salam. Aqata Kristi tərəfindən yazılan "On zənci balası" kitabı olduqca maraqlı idi. Kitabda hər kəs üçün sirli olan "Zəncilər" adasında baş vermiş 10 cinayətdən bəhs edilir. Kitabda qatili tapmaq o qədər çətin idi ki, hətta bir ara epiloq hissədə belə qatilin kim olduğu ortaya çıxmayacaq deyə dəli olacaqdım. 1 nəfərdən ciddi şəkildə şübhələnirdim ki, o da müəyyən bir hissəyə qədər doğru idi. Amma bütün hər şeyi planlaşdıranın kim olduğunu öyrənəndə dedim bəlkə səhv başa düşdüm təkrar oxudum. Və çox təəccübləndim. Aqatanın hər bir kitabında öz-özümə bu dəfə necə təəccüblənəcəm deyə düşünürəm və hər dəfə də yanılıram. Oxuyacaq olanlara xoş mütaliələr. 10/10
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201443,7bin okunma
Səssiz isyan
9/10
·128 syf.··
2024 9. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Haziran 2024 00:00
Bu əsər, Osamu Dazai -nin 1948-ci ildə yayınlanmış, müəllifin son əsəri kimi bilinən, lakin əslində elə olmayan və Yaponiya ədəbiyyatının çox məşhur olan əsərlərindəndir. Qeyd edim ki, Dazai-nin son əsəri yarım qalan Goodbye kitabı olmuşdur. İnsanlığımı Yitirirken əsəri isə özündə bir çox avtobioqrafik elementlər ehtiva edən, 20-ci əsr yapon ədəbiyyatına məxsus I-novel (mən-roman) janrında yazılmışdır. Bu janr haqqında kitabın sonsöz hissəsində ətraflı danışılıb. (Ps. epiloqu kitabı bitirəndən sonra oxuyun) Yeri gəlmişkən, Mark Gibeau tərəfindən yazılmış bu epiloq həqiqətən təqdirəlayiqdir. Oxuyub başa düşmək düz 1 günümü alsa da, çox zövq aldım və daha çox məlumatlandım. İndi isə keçək mövzusuna... Roman, Yozo Oba adlı gənc bir adamın həyatını və daxili çöküşünü izah edir. Yozo, cəmiyyətə uyğunlaşa bilməyən, daxili böhranlar yaşayan və özünü insanlar içində daim bir yad kimi hiss edən personajdır. Yozo'nun aldığı travmalar, etdiyi intihar cəhdləri, alkoqol asılılığı və anlam axtarışı kitabın əsas sujet xəttini təşkil edir. Yuxarıda da qeyd etdiyim kimi, kitab Dazai'nin öz həyatını, depressiya və insanlara qarşı özgələşmə hisslərini əks etdirir. Əsərin ədəbi cəhətdən çox dərin və güclü olduğunu düşünürəm, təsirli və düşündürücüdür. Özünəməxsus kədərli atmosferi ilə insanı öz iç dünyasında dərinliklərə çəkib aparsa da, mənim fikrimcə, hər bir oxucunun ömründə heç olmazsa bir dəfə oxumalı olduğu kitablar sırasında yer almalıdır. Lakin, tövsiyəm o yöndə olacaq ki, özünüzü rahat hiss etdiyiniz, sakit əhval-ruhiyyə içində, eləcə də sakit bir mühitdə mütaliə edəsiniz. Bəzi oxucular üçün həqiqətən ağır gələ biləcək bir romandır. Personajın daxili mübarizəsi ilə yanaşı, kitabın qaranlıq teması bəzən ciddi olaraq insanı yora bilir. Bir rəydə hər yaş qrupu üçün uyğundur yazıldığını gördüm,
2024 Okuma Raporları
İnsanlığımı YitirirkenOsamu Dazai · İthaki Yayınları · 202560,4bin okunma