Teymur șəhəri dövlətinin paytaxtı seçəndə böyük həssaslıqla onun inkişafina diqqət ayırmıșdı. Şəhərdə saraylar, məqbərələr, mədrəsələr, məscidlər inșa edilmișdi. Dövlətin və hökmdarın əzəmətini göstərmək üçün bütün tikililər həcm və ərazi baxımdan böyük və geniș inșa edilirdi. Paytaxt şəhərinin möhtəşəmliyini önə çəkmək məqsədilə Teymur șəhərətrafi kəndlərə Dəməșq, Şiraz, Bağdad kimi Şərqin böyük şəhərlərinin adını vermişdir. Əsrlər keçir, lakin hökmdarların eqosu ilə müasir siyasətçilərin davranışları heç fərqlənmir. Məsələn, Erdoğanın göstərişi ilə Istanbulda inșa edilən Çamlıca məscidi kimi. Haradan baxsan, yöndəmsiz görkəmi ilə məscid özlüyündə Süleymaniyyə camisinin yaziq versiyasıdır. Təəssüflə bunu qeyd etməliyəm. Deyirlər, məscidin elə yüksək də inşa edilməsi də Süleymaniyyə camisinin ehtişamını azaltmaq məqsədi güdüb. Lakin canlı gedib görüncə na memarlığı, nə də daxili işləmələrinin Süleymaniyyə məscidi ilə müqayisəyə gəlmədiyinin şahidi olursan. Üstəlik, olduğu təpəyə Süleymaniyyə məscidi yarașıq, Çamlıca məscidi isə çox bərbad bir görkəm verir.