Âhirete inanmayanlar meleklere dişi varlıkların isimlerini veriyorlar.
﴾ Necm 27 ﴿
Oysa onların bu konuda bir bildikleri yok; sadece zanna uyuyorlar. Zan ise asla gerçek bilginin yerini tutamaz.
﴾ Necm 28 ﴿
Bəyim öz taxtına doğru addımladı. Bir az əvvəl xiyabanı dolaşarkən cismən yorulmuş, könlü isə qanadlanmışdı. İndi Şəhla öz nobarı ilə bəyimi sevindirmək istəmişdi, ancaq onu necə bir fikrə düçar edib getdiyini bilməmişdi. Bəyimin qəlbində el dərdi qövr elədi: " Bir deyil, iki deyil, hansına çara eləyəcəksən ? Əlində malı-pulu olanlar, imkan sahibləri eyşü-işrətdə, kefdə, qumarda... Bir gecədə kim nə qədər uduzursa, onunla fəxr edir. Kim ova daha çox tazı aparırsa, kimin tulası daha baha qiymətə alınıbsa, onunla lovğalanır. Gecələri sübhədək çəngilərə çəpik çalırlar. Xalq isə.... Yazıq bəyim bir sən nə edə bilərsən ?
Bəyim Şəhlanın yalın ayaqlarını, yamalı köynək və tumanını görüb ürəyi qısıldı. Bir az əvvəl bahar gözəlliyini özündə cəmləşdirən doğma şəhərinə "sən nə gözəlsən" demişdi, fərəhlənmişdi. İndi isə Şəhlanın batmış ordlarına, əskimiş geyiminə baxdıqca "sən nə yoxsulsan, nə qədər böyük ehtiyac içindəsən, əziz xalqım, doğma elim-günüm!" deyə düşündü. Elə bil ki onun çırpınan ürəyini bir piyalə soyuq su içinə salıb övkələdilər.