Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
360 syf.
7/10 puan verdi
·
38 günde okudu
Theodore Dreiser'in qələmindən gənc qızın iztirablı həyatı...
Kitabı "2022 Cinciva Oxu Marafonu"nda (#150936137) mövzuya uyğun olaraq, aprel ayında (oxuyacağam deyə-deyə qocaldılanlar) oxumaq üçün seçmişdim.
Theodore Dreiser
Theodore Dreiser
'dən oxuduğum ilk kitabdır və nədənsə çox "maraq" göstərilən kitablarından biridir. Kitabın qısa məzmunu; Kitabın baş qəhrəmanı Cenni Herhardt gənc yaşlarından anası
Cenni Herhardt
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014440 okunma
Düşmənimiz də şərəfli olmadı...
"Adıgözəlov Hafiz Ramiz oğlu 1990-cı ilin yanvarında Qazax rayonunun Bağanis Ayrım kəndində anadan olub. 1990-cı il martın 24-də ermənilər bələyinə benzin töküb yandırıblar. Dünyada cəmi iki ay yarım yaşayıb. Gənc anası köməyə gələndə onun da üstünə benzin töküb yandırıblar. Kənddə danışırdılar"
Sayfa 59 - Bütün millətlərə, beynəlxalq məhkəməyəKitabı okudu
Reklam
287 syf.
·
Puan vermedi
·
3 günde okudu
Çətinliyə düşdüyümüz zaman, birindən yardım umduğumuz zaman ya da ən bəsiti ən xoş, sevgi dolu anlarımızda ailəmizdən sonra başqa kəslərin olmasını arzulayırıq. Bir çoxlarımız sadiq dostlar deyəcəyik, amma kimin həqiqətən etibarlı olduğunu bilə bilərik? Dostluqla tutub, düşmənliklə yıxma deyiblər. Bəli, dostluğu edirsənsə şərəflə, ləyaqətlə edəsən
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
Karamazov Qardaşları
Ancaq oxucudan xahiş edirəm, gənc dostumun saf qəlbinə gülməyə tələsməsin.
285 syf.
10/10 puan verdi
İlk incələməm Vətənə millətə xeyirli olsun )))
Deməli belə, Azərbaycanın gənc ədəbiyyatına marağım olmayıb və bu kitaba da önyarğı ilə, sıxıcı olacaq deyə düşünərək başladım. Amma söz verdim və bitirməyi qarşıma hədəflədiyim üçün oxumağa başladım. İstər çatdırdığı fikir olsun, istər süjet xətti hamısı maraq doğururdu. Təssüf hissi ilə təhsilin bu durumda olduğunu təsdiqləyirəm. :( Kitabı ələ alan kimi oxu oxu ləzzət alırdın. Üzüldüyüm məqamlar, təbəssüm doğuran hissələr hamısı hamısı çox gözəl yazılıb.
Nəimi
Nəimi
yazarın özünə uğurlar diləyir və kitabın tamamını dörd gözlə gözləyirəm)) özü də dediyi kimi bitmədi. Daha biz Muradla Hümranı oxuyacıq deyə ümid edirəmmm :D
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
160 syf.
6/10 puan verdi
·
Beğendi
Hallo guyss (Spoiler içərir) Evvet, bu günkü əsərimiz Johann Wolfgang Goethe' Gənc Verterin iztirabları : • İncələmə yazmağı çoox xoşlayıram, məni daha rahat hiss etdirir. Goethe çoz sevdiyim, yazarlardan biridir, onun çox sevdiyim bu kitabında da,çooox xoşuma gələn alıntılar var. Kitabda həddindən artıq, sevgiyə aid alıntı var,əmin ola bilərsiniz.(intihar hekayəsi olmasına baxmayaraq) Çox hissiyata qapanan bir gənc olan Verter Lotta adlı qıza vurulur,lakın Lotta ərli və ərinə sadiq bir qadındır. Bunu bilən Verter sevdanın baş tutmayacağını anlasa da,ümidlərini itirmir. Çəkdiyi əzablarla birgə yaşayır.Verterin qardaşı Vilhemə yazdığı məktublarda Höte insan qəlbinin gizli hisslərini çox ustalıqla qələmə almışdır. Əsərdə Varterlə Albert arasında intihar edən insan haqqında dialoqlar verilib. Albert bunun zəiflik Varter isə güclü olmaqdan irəli gəldiyini bildirir. Əsərə sevgidən yox,bir intihar hekayəsi kimi baxılmalıdır. İntihar edən kəsə cəmiyyətin baxışı,onun intiharından öncəki həyatı, iztirabları və s kimi məsələlər əsərdə qeyd olunub. • Çox dərin bir mənaya malik miniklassika əsəridir. Bu əsəri oxuyarkən çox diqqət etmək lazımdır, çünkü bəzi oxucular,nə qədər oxusalar da, anlam verə bilmirlər. (Həqiqətən də,çox dəhşət bir əsərdir) Bu arada, sizə bir məlumat da verim ki, Romanın yayılması Avropada intihar hallarının sayının kəskin artmasına gətirib çıxarmışdı. Buna sonralar Verter effekti adı verilmişdi. Bu effekt o qədər güclü idi ki, bir çox ölkələrdə kitabın nəşri qadağan edilmişdi. • Xoş mütaliələr
Gənc Verterin İztirabları
Gənc Verterin İztirablarıJohann Wolfgang Von Goethe · Qanun Nəşriyyatı · 0121,7bin okunma
Reklam
122 syf.
·
Puan vermedi
·
4 günde okudu
"Hərbistan" incələməsini sevə - sevə etdiyim bir kitab oldu. Bəzi kitablar var ki, heç bitməsin istəyirik. Məhz bu kitabda heç bitməsini İstəmədiklərimdən biri oldu. Buna səbəb yazıçının məharəti olduğunu deyə bilərəm. Hansı cümlə ilə oxuyucuya necə təsir edəcəyini çox yaxşı bilir. Öncəliklə burdan gənc yazarımıza
Asəf Hüseynov
Asəf Hüseynov
uğurlar arzu
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202342 okunma
276 syf.
·
Puan vermedi
·
18 günde okudu
“1000kitapın” ən sevdiyim xüsusiyyəti oxuduğun kitaba xal verməyindir.İlk dəfədir bir kitaba xal verə bilmədim.Bu faciəyə ,bu dəhşətə, bu acılara necə xal vermək olar?... Uzun insan ömründən 8gün nədir ki ? deyə düşünmək olar.Lakin bu 8 gün yaşananlar bir ömrü necə də məhv edə bilərmiş. Fiziki yaralar sağalır,bəs mənəvi? Kitabı oxuduğum müddət ərzində Dürdanə ilə yıxıldım,döyüldüm, əzildim ,işgəncələrə məruz qaldım deyə bilərəm. Hər bir hadisəni sanki gözlərimlə gördüm , sanki məndə “Xocalıdan” , evimdən qovulan ,didərgin düşən biri oldum.Oxucu olaraq mənə belə təsir edibsə , bunu yaşayan Dürdanə nə haldadır düşünə bilmirəm. Oxuduğum bioqrafik əsərlərdəki qadınların hər birinin adını qəlbimə yazıram , onlar həyatımın geri qalanını mənimlə addımlayırlar. Dürdanə də bugün onlardan birinə çevrildi... Bu gün yurdumda “Qarabağ müharibəsi “ gedir. Torpaqlarımızı min şükür ki, geri alırıq .Ama şərəfsiz düşmən “Xocalı faciəsini” davam etdirir.Sivil insanlarımızı öldürür. Tərtər,Gəncə ,Goranboyu və dünəndən Bərdəni də atəşə tutublar. Ölən və yaralanan insanlar var.Ən dəhşətlisi uşaqlar var.Dünyada ədalət yoxdur ,əgər olsa bugün Dövlətlər “Xocalı faciəsini” tanıyar daha sonra isə , düşmənə dəstək olmaqdan imtina edərdilər.Eybi yoxdur Olmayan ədaləti ORDUMUZ yaradacaq...Qarabağ Bizimdir !Qarabağ Azərbaycandır!
Ermeni Zindanında Sekiz Gün
Ermeni Zindanında Sekiz GünDürdane Ağayeva · İHH Yayınları · 201679 okunma
NO COMENT!
K.MARKS: "Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur” F.ENGELS: “Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən ilk rəqqasə və fahişələr erməni kənizləri olmuşlar” Böyük TEYMURLƏNG deyirdi: “Tarix mənə 2 şeyi
224 syf.
10/10 puan verdi
Spoilər ola bilər, cavabdeh deyiləm:D
24 sərbəst iş yazmalı olduğum halda kitabı bitirəcəm deyə sərbəst işlərim qaldı:D Amma kitabın hər səhifəsinə dəyər deyə düşünürəm:) İlyas Əfəndiyevdən oxuduğum ilk kitab oldu. "Söyüdlü arx" 1958ci ildə yazdığı ilk roman olub. Kitabın mövzusu: Nuriyyə adlı yetim bir qızın həyatından və onun uzaq bir kənddə başına gələnlərdən bəhs olunur. Tələbəlik illərində gənc bir leytnantla tanış olur və onlar arasında ilk görüşdən böyük bir sevginin təməli qoyulur. Lakin tale onları ayırır. İllər sonra sevdiyi insanla qarşılaşır, amma onun evli olmasını öyrənən zaman Nuriyyənin bütün ümidləri qırılır... Kitabın mövzusu sıradan gələ bilər, lakin kitabın içərisində nakam sevgi ilə yanaşı, zəhmətkeşlik, əzmkarlıq, dostluq da aşılanır. Kitabın əsl məğzi, bir qadının öz sevgisi uğrunda nələrə tab gətirə biləcəyini, qadın sevgisini, eşq acısı və qısqanclığı zərif və gözəl formada oxucuya çatdırılır. Kitab da mənə ən çox təsir edən Nuriyyənin yaşadıqları oldu. Ömrü boyu əziyyət çəkmiş bu qız aktrisalıq edərək qəlbi ağlasa da ətrafındakılara gülüş bəxş edə, onlara nələrsə öyrədə bilirdi. Kaş ki, hər kəs bu qız kimi güclü, mərd, işinə can yandıran, tək öz mənafeyini düşünməyən insanlar olsa... "Mən özümü öz böyük eşqimə qurban verirdim. Mən cəfakeş bir eşqin ali səadəti ilə sevərək, gülümsəyərək ölürdüm. Mən, uğrunda həlak olduğum oğlanın xəyalını özümlə birlikdə əbədiyyətə aparırdım..." - Bu sətirlərə ürəyimi qoydum...♡ Bu alıntıdan sonra, artıq sözə ehtiyac yox deyə düşünürəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020781 okunma
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.