Rəsul Rza - İnan ki...
Gözlərinə baxmasam, Göz nəyimə gərəkdir. Adını çəkməz olsam, Dil nəyimə gərəkdir, Söz nəyimə gərəkdir. Qulaqlarım səsini Eşitməz olacaqsa, Yaxşıdır bu dünyada, Bu aləmdə tək qalam Könlüm ayrılığında sızlasın ağlam-ağlam. Saçlarının ətrini duymaz olacağamsa, Neyləyirəm yasəmən ətir saçır, ya saçmır. Neyləyirəm bənövşə, nərgiz açır, ya açmır. Təbəssümün olmasa, neyləyirəm ki, Başqa dodaq qaçır, ya qaçmır. Səndən uzaq olanda gecələrim uzanır. Sənə yaxın olanda nitqim, dilim qısalır. Elə bil ki, tale də əlimdən yanğılıdır: Fürsət tapdı, mənimlə öcəşir, qisas alır, Nə deyim, nə söyləyim. Belədir. Deyim sözün düzünü; Səni görəndən bəri, Lap qarışıq salmışam, Bu dolaşıq ömrümün gecəsini, gündüzünü. Rəsul Rza
Şiir
Əhməd Cavad - Qitələr
Sən bəni bircə an gözləməsən də Səni ömrüm boyu gözləyəcəyəm! Sən bəni bircə yol səsləməsən də Səni ömrüm boyu səsləyəcəyəm! Min dəfə gülsən də, demərəm sağ ol, Sən ey həyatıma, ömrümə qənim! Qonmasa, gülmərəm, gülmərəm bir yol Dodaqdan-dodağa gülüşüm mənim! Demişdin: "Ölüm də ayırmaz bizi!" Sənə kim demişdi, de, bu cümləni? Demişdin: "Sən qoru, saf eşqimizi!" Aldadıb, aldadıb oynatdın bəni?! Sənə kim demişdi, de, bu cümləni? Məhəbbət gələndə insan ömrünə, Sanırsan hər yerə ilk bahar gəlib, Məhəbbət gedəndə - lənət o günə, Sanırsan dünyaya boran, qar gəlib! Sanki varlığımı salırlar bəndə, Sevən könüllərdə qəm ötüşəndə! Alışıb yanıram səməndər kimi Məhəbbət yanılıb oda düşəndə! Mənə nə lazımdır gündə bir gözəl, Onları dişimə çox vurmuşam mən. Dost, tanış çox dedi, bir sən də düzəl, Bu yolda özümü çox yormuşam mən,
Şiir
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bağlı
Yox məndə ümid zərrəcə insanlara bağlı. İnsan ürəyi iblisə, şeytanlarla bağlı. İnsanmı qalıb ki, edəsən etibar, ey dost? Et çevrəni dost görkəmi düşmanlara bağlı. Dövran ki, özün gər-gədaya gördüsə layiq, Əlbət, olar aslan kimi oğlanlara bağlı. Etdinsə azad qolları qandallara təslim, Hakim verəcək hökmünü böhtanlara bağlı. Ormanda edər şahlığı çaqqal ilə tülkü, Tanrım eləsə ormanı aslanlara bağlı. Bir gün qıracaq qəddini qanun, bu gərəkdir, Hər gün yaşasan ömrünü nöqsanlara bağlı. Ruhun doğulandan, Vüsala, tanrıya məxsus, Qəlbin yara, cismin qara zindanlara bağlı. 12.08.2024 / Bakı
1000Kitap
𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 Bədəndə hər üzvün olur öz yeri, Qolun qol yeri var, gözün göz yeri. Ölkəyə bilək də, göz də gərəkdir, Qılıncla bərabər söz də gərəkdir. ✍🏻Məhəmmədhüseyn Şəhriyar 𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃 ✧𓂃
Şiir
“Bədənə bağlananlar ruhla həmişə uduzar.”
Müasir insan münasibətləri sevgi, bərabərlik və azadlıq üzərindən anlamlandırmağa çalışır. Lakin insan psixologiyası heç vaxt idealizmin qaydalarına tam olaraq tabe olmur. Görünən nəzakətin altında güc ehtiyacı, görünən bağlılığın altında isə nəzarət istəyi yatır. Və qadınla kişinin arasındakı münasibətdə bu düzən həmişə səssiz bir hakimiyyət savaşını özündə daşıyır. Qadın təbiəti etibarilə təslimiyyət fikrinə yaxın görünə bilər, lakin bu təslimiyyət yalnız bir şərt yerinə yetirildikdə gerçəkləşə bilər: kişinin onu zehni baxımdan üstələməsi. Burada üstün gəlmək fiziki güclə deyil; sözlərin, duruşun və bəzəksiz cümlələrin dərinliyi ilə baş verir. Qadın ancaq ağlı və daxili intizamı özündən daha güclü olan bir kişinin kölgəsində rahatlıq tapa bilir. Niccolo Machiavelli də demişdi: "İnsanlar ya sevgi ilə, ya da qorxu ilə idarə olunur." Müasir dünyada sevgi ideyası ön planda olsa da, qadının dərin şüuru kişini heyranlıq və cazibə ilə qəbul edir. Bu heyranlıq zəifin güclüyə duyduğu ehtiramla eynidir. Qadın güclü bir zehin, sarsılmaz bir iradə və qarşısında çözə bilmədiyi sükutla qarşılaşanda – istər-istəməz təslim olur. Müasir münasibətlərdə ən böyük illüziya bərabərliyin bağ yaradacağına olan inamdır. Halbuki həqiqi bağ asimmetriyada doğulur. Biri verir, biri alır; biri danışır, biri susur; biri tələb edir, digəri isə əvvəlcədən anlayır. Qadın hər zaman özündən bir addım öndə olan kişi ilə bağ qurmaq istəyir. Bu, şüurlu seçim deyil – içgüdüdür. Burada qadın və kişilərin düşdüyü axmaq dövrlərə toxunmaq lazımdır. Kişilər çox vaxt öz daxilinə dönə bilməyən, daxili boşluğunu qadının xarici gözəlliyi ilə doldurmağa çalışan aciz varlıqlara çevrilir. Özlərindən kiçik, zehni olaraq uşaq kimi qalan qadınlara aşiq olurlar – çünki belə qadını asanlıqla idarə edəcəklərini düşünürlər. Bu,
Duygu ve Düşünce
İnsanın başının ön hissəsinə “üz” deyilir, farsca isə bu məfhum “surət” adlanır. Bir yazının yeni vərəqə köçürülməsinə “üzünü çıxarmaq”, “surətini çıxarmaq” deyilir. Üzü çıxarılan əsldir, üz varsa, demək ki, əsli də var. İnsanda da üz varsa, deməli, əsli də var. O əsli olan mənadır, insanlıqdır. Hürufilər deyir: “Həqqin özü insanın üzündə təcəlla etmişdir.” İnsanın üzü, surəti dediyimiz mənanın görsənişidir. Müsəlmanlar qadının üzünü gizlədirlər, örtürlər. Əslində isə həqqi, hürufilərin dilində desək, mənanı gizlədirlər, mənanın görünməsinə qoymurlar. Üzün gözəlliyi mənanın nişanəsidir; bu gözəlliyi gizləmək küfrdür. Nəsimi deyir: “Üzünü məndən nihan etmək dilərsən, etməgil!” Bu həqiqəti anlamayanlar həqqi-mənanı bilməzlər, cahil yaranıb, cahil ölərlər. Mənanın nişanələri insanın üzündə göstərişə gəlirsə, ona yüksək münasibət bəsləmək gərəkdir. İslamda insan bölünür. Qadının üzünü örtməklə onu kişidən ayırırlar, əksildirlər, vəhdət yaratmır, fərq yaradırlar. İkinin mənada bir olması. “Vəhdət-i-vücud”. İkiliyin aradan qalxması.
Felsefe