Puan vermedi·880 syf.··
2026 4. kitabı
·
46 günde okudu
·
Okunma: 14 Mart 2026 19:52
Bəlkə də qəlbimin hansısa dərinliyində bu kitabı Rusiyanın soyuq,boz günlərində oxumaq istəyi vardı,bilmirəm… İllərdir haqqında eşitdiyim,ətrafımdakı insanların dilindən düşməyən, "mütləq oxunmalıdır" deyilən bir şah əsəri 45 gün sonunda bitirdim.Rs dövrümə təsadüf etdiyi üçün biraz gec oldu,yoxsa daha tez bitirərdim.Kitaba başladığım andan etibarən gözlərim hər sətirdə Annanı axtarırdı,səbirsizliklə kitaba daxil olacağı anı gözlədim.Adı Anna olan,amma Annadan 100–150 (təxmini)səhifə bəhs edən bir kitab.Müəyyən yerə qədər Levini oxuduqca əsəbləşirdim "Bəsdi, artıq mən Annadan oxumaq istəyirəm" deyə oxumağa həvəsim ölürdü.Ancaq sonradan düşüncəm tərsi yönündə dəyişdi.Levini oxumaqdan çox böyük zövq aldım.Onun daxili dünyası,düşüncələri,həyata baxışı o qədər gözəl təsvir olunmuşdu ki,zaman-zaman Levində özümə oxşarlıqlar tapırdım.Xüsusilə də son hissədə kitabı yerə qoymaq qeyri-mümkün olmuşdu.Bu müddət ərzində kitabla o qədər bütövləşmişdik ki,bitməsin deyə oxumaq istəmirdim. İndi isə gələk Annaya… Haqqında həm çox danışmaq istədiyim,həm də söz tapmadığım bir obraz.Əslində qalsa,mən Annaya heç bir yerdə haqq qazandıra bilmədim.Yəni qəlbində bir məhəbbət olduğunu hiss etmədim,o duyğu mənə keçmədi.Məhəbbətdən ziyadə,sanki bağlılıq,obsesiya vardı.Sanki durğun,sıxıcı,mənası olmayan həyatında bir məna axtarırdı,həyatındakı boşluqları doldurmaq üçün cəhd edirmiş kimi təsir bağışladı mənə."Vronski üçün məhəbbətim üçün Seryojamdan vaz keçdim" düşüncəsinin bağışlanılacaq tərəfi yoxdu,deyə düşünürəm.Mənasız qısqanclıqları Vronski ilə bərabər məni də sıxırdı.Lakin çox qəribə şəkildə ona tam nifrət edə,onu qınaya bilmədim.Hərəkətləri,xüsusilə də sonlara yaxın,Levinlə bağlı olan hissə məndə ikrah doğurdu,amma bunu obraza qarşı nifrət adlandırmaq mümkün deyil.Mənə maraqlı gələn daha
Anna KareninaLev Tolstoy · Bakı, Teas Press Nəşriyyatı · 202355,7bin okunma
Puan vermedi·48 syf.··
2026 1. kitabı
·
6 günde okudu
·
Okunma: 03 Ocak 2026 13:21
Kitabın əsas verdiyi mesaj budur ki, insanın axtardığı xoşbəxtlik çöldə deyil, öz içindədir. Sadəcə onu görə bilmək üçün sükut və düşüncə lazımdır. İnsan səhv edə-edə öyrənir; onu qınamaq yox, anlamaq gərəkdir. Əsas olan insanın niyyətinin təmizliyi və Allaha tərəf yönəlməsidir. Bu kitab təkrar-təkrar oxunacaq bir kitabdır. Hər oxunuşda insana yeni bir fikir, yeni bir baxış qazandırır.
İlahinaməƏllamə Həsənzadə Amuli · İbrət Nəşriyyatı · 202112 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi·455 syf.··
2025 12. kitabı
Kitabın əsas mövzusu fərqli həyatlar yaşasalar da bir gün yolları kəsişən 2 qadından - Məryəm və Leyladan bəhs edilir. Məryəm 15 yaşında ikən 45 yaşında Rəşidlə məcbur evləndirilir. Məryəmin ən çətin həyatı da elə bundan sonra başlayır. Leylaya gəkdikdə isə o tam uşaqlıq həyatı yaşayarkən müharibə onun həyatını tamamilə dəyişir. O da 14 yaşı olanda Rəşidlə evlənir. Bu iki qadın əvvəl bir-birinə nifrət etsə də sonra əslində onların eyni taleli olması onları barışdırır və onlar bərabər mübarizə aparmağa başlayır. Məryəm Leylanı qızı kimi görür və onun bu çirkin həyatdan qurtulmasını istəyir. Kitab başdan - başa maraqla oxuyacağınız səhnələrlə doludur, inanın. Ümumiyyətlə, onu deyim ki, kitab oxumaq istəyib "Maraqlı kitab olsun, kitaba daha da həvəslənim" deyənlər üçün Xalid Hüseyni kitabları möhtəşəm başlanğıcdır. Kitabdan mənə maraqlı fikirləri sizlərlə bölüşürəm. " Adamlar öz sevgilərini əvvəlki uşaqlarına verirlərsə, sonrakı uşaq nəyinə gərəkdir onların?!" " Yadında saxla qızım, həmişə şimalı göstərən kompas kimi kişinin günahlandıran barmağı da mütləq bir qadını işarə verər"
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,6bin okunma
8/10
·392 syf.··
Beğendi
·
2025 34. kitabı
·
23 saatte okudu
·
Okunma: 02 Temmuz 2025 19:30
"Böyle Buyurdu Zerdüşt" – Bir İnsanın Daxili Səfəri Friedrich Nietzsche-nin “Böyle Buyurdu Zerdüşt” əsəri adi bir kitab deyil – o, oxucunun ruhuna enən, orada uzun müddət qalmaq istəyən, səninlə danışan və səni dəyişdirməyə çalışan bir əsərdir. Onun sətirləri bəzən poetik, bəzən sərt, bəzən hətta ağrılıdır. Amma bircə şey dəqiqdir: bu kitab sənə rahatlıq vermək üçün deyil, səni oyatmaq üçün yazılıb. Ön söz: Dağdan enmək Zərdüşt on il dağlarda tək yaşamışdı. Bu, sadəcə metafora deyil. Sanki özümüz də zaman-zaman cəmiyyətin səs-küyündən bezib bir “daxili dağımıza” çəkilirik. Orada özümüzlə baş-başa qalırıq, susuruq, düşünürük. Amma bir gün hiss edirik: “Mən artıq dolmuşam, bu doluluq da mənə aid deyil təkcə. Paylaşmalıyam.” Zərdüşt dağdan enir və insanlara çağırır: “İnsan aşılması gərəkən bir varlıqdır.” Bu cümləni ilk oxuyanda adam bir anlıq durur. Mən? Mən aşılmalıyam? Mən indi olduğum halımla kifayət etmirəm? Və buradadır Nietzsche-nin bizə atdığı ilk sual: “Sən olduğun halınla razısanmı?” Birinci Bölüm: Camaat səni anlamayacaq Zərdüşt camaatın arasına düşür. Onlara Übermensch – “üstinsan” anlayışını izah etməyə çalışır. Ancaq camaat onu eşitmir, anlamır. Hətta gülür. Onlar daha sadə, daha səthi, daha təhlükəsiz bir həyat istəyirlər. Zərdüşt isə deyir: “Axırıncı insan – o heç xəstə olmur, çünki ehtiraslanmır. O, çox sevmir, çünki çox acı çəkmək istəmir.” Bu, kütləvi uyuşmanın portretidir. İnsanlar artıq öz həyatlarını sevmirlər, amma dəyişmək üçün də cəsarətləri yoxdur. Bu hissədə mən ən çox “ipüstəçi” səhnəsinə toxundum. Zərdüşt bir ipüstə çıxmış adamı izləyir – o, yəni insan, riskə girmişdir. Amma ipdən yıxılır və ölür. Bu, mənim üçün çox ağrılı bir simvol idi: yaşamaq – risk deməkdir. Ya cəsarət edirsən, ya da ölməmişdən əvvəl ölmüş olursan. İkinci Bölüm:
Böyle Buyurdu ZerdüştFriedrich Nietzsche · Say Yayınları · 202347,7bin okunma
Qərb Yalanlarının İçində Yanmayan Həqiqət
9/10
·311 syf.··
2025 16. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Haziran 2025 00:20
Tarix səhnəsi bir teatrdır – rollar dəyişir, aktyorlar ölür, səhnələr yenidən qurulur. Bəziləri bu səhnədə zalım, digərləri isə xilaskar obrazında görünür. Amma əsil məsələ budur: pərdənin arxasında kim ssenarini yazır? “Babil Yanarkən” adlı möhtəşəm və sarsıdıcı kitab, məhz bu sualın dərinliklərinə baş vurur. Bu əsər, iki cəsur və yorulmaz jurnalist – Yunus Şen və Eyüp Coşkun – tərəfindən yazılıb. Onlar sadəcə tarix yazmayıb, həqiqətin toz basmış qatlarını aralayıblar. Səddam Hüseyn rejiminin dağılmasından, Amerikanın sülh maskası ilə törətdiyi qanlı səhnələrə qədər uzanan bu yolçuluq, oxucunu öz rahat baxış bucağından silkələyib ayıldır. Qərbin Parıldayan Yalanları Bizə illərlə öyrədilən bu idi: Qərb azadlığın beşiyidir, Amerika demokratiyanın daşıyıcısıdır, insan haqları onların prioritetidir. Amma bu kitabı oxuyanda anlayırsan ki, azadlıq dedikləri neft borularının içindən axan bir illüziyadır. Demokratiya dedikləri isə ancaq onların maraqlarına uyğun gələndə məqbul sayılır. “Babil Yanarkən”, Qərbin və xüsusilə ABŞ-ın Orta Şərqdə apardığı "mədəni işğal"ın real simasını göstərir. Onlar bir sivilizasiyanı yıxmaq üçün əvvəlcə onu demonizə etdilər. Qaynaqları ələ keçirmək üçün əvvəlcə beynimizi işğal etdilər. İraqın “azad edilməsi” adı altında törədilənlər, əslində bir xalqın yaddaşını, kimliyini və qürurunu bombalamaq idi. Bağdadın son sultanı - Səddam Hüseyn Səddam Hüseynin adı çəkiləndə beynimizdə formalaşan obraz, Qərb media nəhənglərinin illərlə yaratdığı “şərq diktatoru” stereotipidir. Amma “Babil Yanarkən” bu təsviri sındırır. Səddam bu kitabda öz xalqının müstəqilliyi üçün son damla qanına qədər savaşan, imperializmin qapısında diz çökməyi rədd edən bir lider kimi göstərilir. Əlbəttə, heç kim "müsbətlərdən" ibarət deyil. Amma tarixin bəzi dönəmlərində,
Tarih
Babil YanarkənYunus Şen · Mimta Yayınları · 202054 okunma
9/10
·394 syf.··
Beğendi
·
2025 20. kitabı
·
3 saatte okudu
·
Okunma: 10 Mayıs 2025 17:33
Mən bu kitabı oxuyanda elə bildim ki, Dostoyevski illər əvvəl mənim beynimə girib, orda dolaşıb, sonra çıxıb deyib: “Gəl, sənə səni göstərim”. Və göstərdi. Deyim ki, xoş oldu? Xeyr. Amma həqiqət idi. Həqiqət heç vaxt rahat olmur. Gecə yarısı bitirdim bu romanı. Amma bitirmək deyəndə – kitab qapanır, amma insanın içində bir şey açılır, açıldıqca da ağrıyır. Gözüm tavanı görürdü, beynim Nataşanın gözlərində idi, Vanyanın acizliyində, Nelli'nin ölü bədənində... Mən dostlarımı, özümü, sevdiklərimi düşündüm. Düşündüm ki, bu roman heç də bir hekayə deyil – bu roman bizim haqqımızda yazılıb. Mənim haqqımda. Sənin, onun, hər kəsin. “Dostoyevski psixoloji yazır” deyirlər. Yox. Dostoyevski psixoloji yazmır – psixologiyanın özüdür. Kitabdakı bütün obrazların – yaxşısının, pisinin – içi açılıb önümüzə qoyulub. Knyaz Valkovski'yi oxuyanda nifrət edirəm. Amma bir də baxıram ki, o nifrətin içində tanış bir şey var – bəlkə də məndən bir parça. Sonra utanıram, susuram. Dostoyevski mənə bunu çox edir – mənə özümü göstərir, və deyir: "Gör, sən də beləsən". Ən pisi də budur – bəli, mən də beləyəm. Vanya – sevgisini içində boğub başqasının xoşbəxtliyi üçün yaşayan bir yazıçı. Elə yazıçı deyil, bir ağrıdır o. Kitabı oxuyarkən elə bildim, Dostoyevski Vanya vasitəsilə susduğumuz bütün duyğuları danışır. Bu qədər sevib susmaq – bu qədər bağlı olub imtina etmək – yalnız əzilənlərin alfabesidir. Nataşa – ailəsindən ayrılmış, sevgiyə sığınmış bir qadın. Amma o sevgi də onun içini parça-parça edir. O qədər güclü, bir o qədər də qırılmışdır. Mən çox insan gördüm bu həyatda – amma onların heç biri Nataşa qədər mənim qəlbimi sındırmadı. Nelli – o artıq bir obraz deyil. O, uşaq üzlü, acı gözlü, yetim bir insanlığın heykəlidir. Onun əli Vanyanın əlində olanda mən özümü tutub ağlamamaq üçün
EzilenlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202223,8bin okunma