Bir gün gözümüzün çəkdiyi həsrət,
Bir gün dilimizdə duadır qadın.
Bir gün könlümüzdə sevgi, məhəbbət,
Bir gün ruhumuza qidadır qadın.
Ondadır dünyanın gözəllik sirri,
Ali bir zirvədir qadının yeri.
Doğulub dünyaya gələndən bəri,
Haqdan, ədalətdən yanadır qadın.
Nəğməkar bir kölnün avazıdır o,
Tanrının dünyaya niyazıdır o.
Qeyrətin canlı bir obrazıdır o,
Göz ilə görünən həyadır qadın.
Odur bir atanın nazəni qızı,
Odur hər igidə bir alın yazı.
Odur hər ocağda bitməyən arzu,
İsti bir ocaqdır, yuvadır qadın.
Bir isti ocağdır, xoşbəxt yuvadır,
Daim həqiqətəndən, haqqdan yanadır.
Canından can verib insan yaradır,
İlahi qüdrətdə anadır qadın.