Kor Amal
Puan vermedi·336 syf.··
Beğendi
·
2025 3. kitabı
·
12 günde okudu
·
Okunma: 14 Kasım 2025 20:49
"Bizdən başqa heç kəs..." Bu cümlə, məncə, romanın bütün ideyasını bir cümlədə tamamlayan əsas mesajdır. Rövşən Abdullaoğlunun "Koramal" əsərində dəfələrlə hiss edirik ki, Qarabağ müharibəsinin ən çətin günlərində bizdən başqa heç kim bizim yanımızda olmadı. Bu torpağın yükünü, ağrısını, qələbəsini də yalnız biz daşıdıq. Bu Vətəni var edən - Xudayarlar, Abdullalar, Mikayıllar, Allahverdilər, Poladlar kimi öz canını düşünmədən döyüşən oğullardır. Onların fədakarlığı təkcə tarix yazmadı, həm də bir xalqın kimliyini yenidən təsdiq etdi. Azərbaycan xalqı igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. "Koramal" romanı da bunu bir daha sübut etdi: bu xalqın qəhrəmanlığı təsadüf deyil, əsrlər boyu formalaşmış milli ruhun davamıdır. Bu gün torpaqlarımızda sülh və azadlıq varsa, bu, öz canını Vətənə sipər edən o igidlərin sayəsindədir. Onlar yaşadıqca tarix də, Vətən də yaşayır. Rövşen Abdullaoğlu Koramal
Roman
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0207 okunma
“Kitabi-Dədə Qorqud”
7/10
·150 syf.··
Beğendi
·
2025 5. kitabı
·
22 günde okudu
·
Okunma: 30 Temmuz 2025 15:03
Dədə Qorqud Dastanları təxminən min il bundan əvvəl qələmə alınmış, dəqiq bir müəllifi olmayan əsərdir.Dədə Qorqud Dastanları təxminən min il bundan əvvəl qələmə alınmış, dəqiq bir müəllifi olmayan əsərdir. “Kitabi-Dədə Qorqud”un bütöv əlyazma nüsxəsi Drezden kitabxanasında (Almaniya), yarımçıq nüsxəsi isə Vatikanda (İtaliya) saxlanmaqdadır. “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycanda hakim olan Osman Paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılmışdır.”un bütöv əlyazma nüsxəsi Drezden kitabxanasında (Almaniya), yarımçıq nüsxəsi isə Vatikanda (İtaliya) saxlanmaqdadır. “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycanda hakim olan Osman Paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılmışdır. Bir müqəddimə və 12 boydan ibarət olan dastanda qeyd olunan qədim Azərbaycanın yaşayış yerləri: “Oğuz”, “İç Oğuz”, “Daş Oğuz”, Bərdə, Gəncə, Dərbənd, Dərəşam, Qaraçuq dağı və s. “Dədə Qorqud” qəhrəmanlarının doğma vətənləridir. Onlar öz vətənlərini göz bəbəyi kimi qoruyurlar. Dastanda yarıoturaq, yarıköçəri həyat şəraitində yaşayan qədim Azərbaycan oğuzları qışda aqban evlərdə yaşayır, atlarını tövlələrdə saxlayır, yayda isə yayda isə yaylaqlara köç edirdilər. Onlar təkcə maldarlıqla deyil, bağçılıqla da məşğül olur, üzümdən şərablar hazırlayırdılar. Şifahi xalq ədəbiyyatımızın bu numunəsində də, bütün boylarda yuxarı təbəqəyə mənsub qəhrəmanların aşağı təbəqəyə qarşı son dərəcə mülayim və rəhmdil münasibəti vardır. Qəhrəman sinifii mənsubiyyətinə görə deyil, işinə, hünərinə görə qiymətləndirilir. !"Spoiler"! adlana biləcək bir sıra qeydlər: Dastanın baş qəhrəmanı Salur Qazandır. O, 12 boyun 8-də bilavasitə iştirak edir, Oğuzun hakiminə çevrilir. Qazan həyati bir obrazdır. Vətənpərvvərlik,
Edebiyat Öykü
Dədə Qorqud DastanıAnonim · Altun Kitab · 201813,3bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
8/10
·80 syf.··
2025 8. kitabı
Çingiz Aytmatov- Cemile Kitabdakı xarakterlərdən Türkcə adları ilə bəhs edəcəyəm çünki mən onları elə tanıdım. Cemile, Danyar və Seyit. Əslində bir kitabı bitirdikdən sonra o əsər haqqında yazmaq mənə ağır gəlir. Açığı həm bir az tənbəllik edirəm çünki hər əsərə bir yazı sərf etmək ildə 30- dan çox yazı deməkdir, həm də bir az çəkinirəm ya da qorxuram. Qorxuram ki o kitabın məndə buraxdığı hisləri zədələyərəm. Kitabın, qəhrəmanların dilini unudaram, özümküləşdirərəm. Seyit özündən danışmaz, Həsənin prizmasından danışar. Belə olduğu zaman Çingiz Aytmatovun yaratdığı sehr zədələnər. Seyitin yazıları öz-özlüyündə qalsa, məndə kitabın içi ölər, duyğuları qalar. Onu mənim yazımla danışdırsam, bu zaman kitabın içi zehnimdə qalar, hisləri zədələnər yaxud rəng dəyişər. Bu rəng dəyişimi ilə razı olduğumdan Cemile əsəri haqqında bir az yazmaq istəyirəm. Yazı Cemilenin yoldaşı Sadık`ın ögey qardaşı olan Seyit tərəfindən yazılır. Onun hardasa 15 yaşı olar. Ögey qardaşı Sadık Cemile ilə evləndikdən çox qısa bir müddət sonra cəbhəyə yollanır və onun hekayəsi bu səbəbdən uzun bir müddət rəfdə qalır. Cemile bir az fərqlidir, bozkır normlarına tamamilə sadiq qalan bir gəlin deyil. Həyat doludur, çəkingənliyi yoxdur və necə deyərlər, bir az kişi kimidir. Sözünü gizləməz, fikri sözü birdir. Seyit hələ uşaqdır, sadəcə uşaqlığını yaşaya biləcəyi bir dövrdə olmadığından və işlədiyi üçün ancaq özündən böyük insanlarla münasibətdə olduğundan artıq yetkinlik qazanmışdır. Bizə kitabı oxutduran üç əsas obrazımızdan sonuncusu isə, Danyardır. Onu kitabdan bu hissə ilə təsvir etmək istəyirəm: Avılda*, cigit* denince, kendilerini ve başkalarını savunma gücü olan, iyilik etmesini bilen, ama ara sıra toylarda veya cenaze şölenlerinde aksakallara kafa tutarak canının istediğini yapan bir genç insan
CemileCengiz Aytmatov · Ötüken Neşriyat · 201944,6bin okunma
Puan vermedi·210 syf.··
2025 8. kitabı
Əsər İki od - Rusiya və İran arasında qalan xanlıqlardan bəhs edir. Təəssüf ki o dövrdə xanlıqların öz aralarında olan hakimiyyət davaları sayəsində ən böyük əziyyəti elə xalq çəkmişdi. Kitabı isə oxumağı məsləhət görmürəm. heç bir müsbət, igid qəhrəman yoxdu. Kişilər zalim , gördükləri bütün qadınlafa aşiqdilər. Qadınlar isə başıboşdur bu əsərdə. Düşünürəm xanlıqlar dövrü ilə bağlı daha maraqlı, düşündürücü əsərlər vardır.
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013200 okunma
Əlif Hacıyev
Puan vermedi·240 syf.··
2025 15. kitabı
·
11 günde okudu
·
Okunma: 27 Nisan 2025 00:23
Varis Yolçuyevin, Qırmızı Ləçəklər kitabını oxuyuram. Əlif Hacıyev.... sən həqiqətən necə bir insansan belə? Qalinanın dediyi qədər varsan. Bir insan, xüsusilə də kişi, bu qədər incə düşünə bilər mi? Bir insan, vətənə, xalqa bu qədər bağlı olar mı? Sənin sevgin vətən, sənin sevgin ailən, sənin sevgin doğma yurdun. Sən, və sənin timsalında neçə igid Azərbaycan oğlu. Sənin və sənin kimlərlə qürur duyuram. Ruhun qarşısında baş əyirəm şəhidim!
Alıntı
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202044 okunma
9/10
·264 syf.··
2023 96. kitabı
·
1 saatte okudu
·
Okunma: 11 Nisan 2023 00:00
"Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapmışdır. Əsərin qəhrəmanı qüvvətli, iradəli olduğu qədər də mübarizliyi ilə seçilən gənc Mərdandır. Ədib baş qəhrəmanını Mərdanın sarsılmaz anası Sona, ağıllı Bahar, igid Yaqub, dünyagörmüş Mövlam kişi, xeyirxah usta Rəhim və başqa bu kimi parlaq surətlərlə əhatə etmişdir. Burada xarakterlərin son dərəcə aydınlığı "Bir gəncin manifesti" romanının bədii dəyərini artıran ən əsas amillərdən biri kimi xüsusi qeyd edilməlidir. Romandakı xarakterlərin demək olar ki, hər biri fərdi xüsusiyyətlərə malikdir. İstər zəhmətkeş xalqı, istərsə də hakim təbəqəni təmsil edən adamların sinfi təbiəti əsərdə çox aydın və təsirli şəkildə, fərdi xüsusiyyətlərlə canlandırılmışdır.
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019350 okunma