Bəzən bəzi kitablar süjetindən çox, sənə hiss etdirdikləri ilə yadda qalır. Gənc doktorun anıları mənim üçün belə oldu.
Kitab 1916–1918-ci illərdə ucqar kənd xəstəxanasına təyin olunan gənc bir həkimin hekayələrindən ibarətdir. Maraqlısı isə budur ki, əsər tamamilə uydurma deyil. Müəllif Mixail Bulqakov özü tibb təhsili alıb və həmin illərdə kənd həkimi kimi işləyib; kitabdakı hadisələrin çoxu onun şəxsi təcrübələrindən ilhamlanıb. Buna görə də əsərdəki qorxu, çaşqınlıq, özünə inamsızlıq və eyni zamanda məsuliyyət hissi inanılmaz dərəcədə real görünür.
Kitabı oxuyarkən ən çox gənc həkimin təşvişi məni təsirləndirdi. O, tez-tez qorxur, səhv etməkdən çəkinir, özünü kifayət qədər yaxşı hesab etmir. Amma bütün bunlara baxmayaraq, yenə də xəstələrinin qarşısında dayanır, əlindən gələni edir və öyrənir. Cəsarətin qorxmamaq deyil, qorxa-qorxa irəliləmək olduğunu göstərir.
Məni bu qədər təsirləndirməsinin səbəbi budur: iş həyatımın ilk illərində mən də özümü belə hiss edirdim. Hər şeydən əmin olmayan, səhv etməkdən qorxan, amma yenə də ən yaxşısını etməyə çalışan biri kimi. Ona görə kitabı oxuyarkən tez-tez düşündüm ki, əslində hamımız bir vaxtlar öz həyatımızın “gənc doktoru” olmuşuq.
Bulgakov bu əsərlə təkcə bir həkimin peşəkar inkişafını deyil, insanın öz qorxularıyla üzləşərək böyüməsini də çox səmimi şəkildə göstərib. Və məncə, kitabın illər keçsə də aktual qalmasının səbəbi də məhz budur.
Mahbud Siracinin “Tehranın damları” əsəri ilk baxışda bir sevgi romanı kimi görünür. Lakin romanın dərin qatlarına endikdə onun əslində bir gəncin yeniyetməlikdən yetkinliyə keçidini, həyatın sərt həqiqətləri ilə qarşılaşmasını və daxili dəyişimini görürük.
Əsərin baş qəhrəmanı Paşa, romanın əvvəlində Tehranın damlarında dostu Əhmədlə birlikdə gələcək haqqında xəyallar quran, həyatın gözəlliyinə inanan, məsum və xəyalpərəst bir gəncdir. Tehranın damları onun üçün sadəcə bir məkan deyil, azadlığın, ümidin və insanın özünü sərbəst hiss etdiyi bir dünyanın simvoludur. (Mənə görə Dam məfhumu burda göy üzü ilə yer arasındaki o boşluğun gətirdiyi xoşbəxtliyi simvolizasiya edir)
Paşanın həyatı Zariyə duyduğu sevgi ilə yeni bir rəng qazansa da, onun həqiqi dəyişimi qarşılaşdığı ağır sınaqlarla başlayır. Doktorun siyasi səbəblərlə həbs edilməsi və ölümü Paşanın dünyaya baxışını dəyişir. O, ilk dəfə anlayır ki, dünya hər zaman ədalətli deyil və bəzən yaxşı insanlar da siyasi sistemin və ictimai şəraitin qurbanına çevrilə bilirlər.
Romanın ən təsirli hissələrindən biri xəstəxana bölməsidir. Mənə görə, Paşanın həqiqi böyüməsi məhz burada başlayır. O, yalnız bədənindəki yaralarla deyil, daxilindəki günah hissi, kədər və itki duyğusu ilə də mübarizə aparır. Nənəsi ilə olan söhbətləri vasitəsilə həyatın hər zaman insanın istədiyi kimi davam etmədiyini, bəzi itkilərin qəbul edilməli olduğunu və insanın bütün ağrılarına baxmayaraq yoluna davam etməli olduğunu anlayır.
Əsərdə məktəb mühiti də diqqət çəkən məqamlardandır. Məktəb cəmiyyətin kiçik bir modeli kimi göstərilir; burada güc münasibətləri, qaydalar və insanın öz fikrini ifadə etmə mübarizəsi görünür. Bu təcrübələr də Paşanın ədalət anlayışının formalaşmasına təsir edir.
Mənim fikrimcə, “Tehranın damları”nın ən
Tehranın DamlarıMahbod Serajı · Qanun Nəşriyyatı · 2021606 okunma
Hekayənin yazılış tərzi yaxşı idi ancaq mən kitabı çox da bəyənə bilmədim. Bir qızın anasının ölümümdən sonra atası ilə olan münasibəti yeni dostları,həyat tərzindən və.s danışırdı. Hekayənin məzmununu oxuyanda maraqlı gəlmişdi lakin oxuduqdan sonra mənə sıxıcı gəldi. Təssüf ki gözləntimin aşağısında bir kitab oldu. :( Limon KütüphanesiJo Cotterill
Kitab möhtəşəm idi. O qədər axıcı yazılıb ki, təxminən iki saata bitir. Mütləq tövsiyə edirəm. İnsan təbiəti haqqında həm düşündürücü, həm də öyrədici dərslər verir.
Hekayənin əsas mesajı budur: İntiqam, hirs və obsesiya kimi hisslərin arxasınca getdikdə bunun bədəli həyatınız ola bilər.
Romanda Ahab adlı obrazın Mobi Dik adlı balinanı ovlamaq istəyini oxuyuruq. İnsan vəhşiliyinin başlanğıcı da məhz burada görünür. Öz halında yaşayan bir balinaya hücum edən Ahab bunun nəticəsində ayağını itirir. Lakin yaşadığı hadisədən dərs çıxarmaq əvəzinə bunu intiqam məsələsinə çevirir və həyatını yalnız həmin balinanı öldürmək məqsədinə həsr edir.
İllərlə davam edən bu intiqam mübarizəsi onun təkcə ayağını deyil, ruhunu da əlindən alır. Ətrafındakı insanlar zərər görür, ailəsi dağılır. Ahab bütün bunların fərqində olsa da, vaz keçib həyatına davam etmək əvəzinə obsesiyasının arxasınca getməyi seçir.
Sonda isə bunun bədəlini həm canı, həm də sevdiyi və sahib olduğu yeganə şey – gəmisi ilə ödəyir.
Kitabdan çıxarılan nəticə budur: İntiqam və takıntı insanın həyatını məhv edə bilər. Mövzu nə olursa olsun, hər mübarizəni qazanmaq məcburiyyətində deyilsiniz. Bəzən nə qədər çətin olsa da, buraxmağı bacarmaq lazımdır. Çünki bəzi hisslərin arxasınca israrla getmək insanın sonda özünü itirməsinə səbəb olur.
Mobi DikHerman Melville · Libra Kitab Yayınevi · 20237,3bin okunma
Kitabın çox sadə görünən bir dili olsada mövzu etibarı ilə mənə ən çox təsir edən əsərlərdən biridir. Həkimin obsesiyası qadının ölümə mane olmasa da sirrini qoruya bilir
Amok KoşucusuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2021134,7bin okunma
Rey Bredberinin "Fahrenheit 451" kitabı mənim oxuduğum 24-cü kitab oldu və mənə tam mənası ilə reallıq şoku yaşatdı. Kitabda insanların düşünməyi unutması və tamamilə ekranlara bağlandığı, kitabların yandırıldığı bir dünya təsvir olunur ki, bu mənə tam olaraq bizim indiki dövrdə smartfon asılılığımızı ( məndə daxil ) xatırlatdı. Müəllifin illər öncə yazdığı "divar ekranlar" və "balıqqulağılar" sanki elə bu günümüz üçün deyilib. Baş qəhrəman Monteqin sistemin adamı olmaqdan çıxıb, kitabların dəyərini anlamağa başlaması və özünü tapma çabası çox maraqlı idi. Kitabın sadəcə sonluğu bir az tez bitdi deyə yarımçıqlıq sezdim deyə bilərəm və buna görə də 9 bal verirəm. Onu da əlavə etmək istərdim ki ki, əgər bundan əvvəl 1984 və Yeni Cəsur Dünya kimi şahəsərləri oxumusunuzsa, bu kitab sizə səthi gələ bilər. Yenə də fərqli bir distopiya axtaran hər kəsin mütləq oxumalı olduğu əsərlərdən biridir.