Feels Like Home 2025-Gábor Holtai
Bu şehirde hiç kimse olmak çok kolay ama birisi olmak çok zor" Geniş bir kitleyi yöneten sapkın bir aile düşünün Hayatta kalmanın da sorgusuz sualsiz bir itate dayalı olduğu bir yaşam hayal edin Burada baba ailenin gücü elinde bulunduran, sözü emir ve yasa gibi algılanan kişisidir Ailedekiler devlete boyun eğer gibi babaya itat ederler.Kurbanlar gücü elinde bulundurana karşı direnişleri kırıldığında öz benliklerini ve kimliklerini yitirirler . Film bu aşamada bana Nietzscheyi hatırlattı Nietzsche'ye göre insan, başkasının değerleriyle yaşadığında kendi özünü yitiriyordu. Onun için özgürlük, başkaldırının ötesinde bir şeydi yaşamı bütün acısıyla ve ağırlığıyla kabul etme cesaretiydi belkide Filmde tam olarak bunu konu alıyor. .... Spoiler.... Kurban rolündeki ana karakter önce baskı ve şiddet yoluyla öz benliğini yitirip aile bireyine dönüşüyor.Sonra kurban rolündeki ana karakter bir anda gardiyana dönüşüp ancak gücü elinde bulunduranın merkezden çıkarılmasıyla herkesin özgürlüğüne kavuşacağına aile bireylerini ikna ediyor. Bu sefer de aile parantezinde kurban rolündeki ana karakterin mikro faşizmini devreye giriyor.
Film
Bəzəkli Qəfəslər: Sənət və Din Qadını Necə Həbs Etdi?
Bəşər tarixi boyunca qadın varlığının ətrafında keçilməz divarlar kimi hörülən namus, ismət və qeyrət kimi anlayışlar heç vaxt təsadüfi bir mənəvi ehtiyacdan doğmadı. Bunlar minilliklər ərzində ən kiçik detalı belə unudulmadan, həssaslıqla inşa edilən nəhəng bir nəzarət sisteminin görünən, qanuniləşdirilmiş və müqəddəsləşdirilmiş üzləri idi. Bu sistem qadını yalnız fiziki zəncirlərlə küncə sıxışdırmaqla kifayətlənmədi. O, insan ruhunun ən ali qatlarına - düşüncəyə, dinə, mifologiyaya, sənətə, estetikaya və hətta sevginin özünə belə sızaraq qadını daxildən ram etməyə çalışdı. İnsanlığın bu məsələdəki ən qorxulu tərəfi qadına qarşı sadəcə qəddar olması deyil, həm də bu qəddarlığında ağlasığmaz dərəcədə yaradıcı olmasıdır. Onu məhdudlaşdırmaq üçün quru qanunlar yazmaqla yetinməyib, qanlı mifologiyalar uydurdu, dinləri patriarxal maraqlara uyğun yozdu, şeirlər qoşdu, heyranedici rəsmlər çəkdi və hətta bədəni deformasiya edən modalar icad etdi. Ən acınacaqlısı isə odur ki, bütün bu zəncirlər dünyaya gözəllik, fədakarlıq, əxlaq və müqəddəslik adı altında, olduqca cəlbedici və etirazı qeyri-mümkün edən bir qablaşdırmada təqdim olundu. Hər şey ibtidai dövrlərin sərt fiziki güc hökmranlığı ilə başladı. İnsanlığın şəfəqində həyatda qalmaq birbaşa ov, savaş və vəhşi təbiətdən müdafiə kimi fiziki üstünlük tələb edən amillərə sıx bağlı idi. Kişinin bu bioloji əzələ üstünlüyü, zaman keçdikcə sadəcə bir fiziki fərq olaraq qalmadı, sistemli bir sosial hakimiyyətə çevrildi. Qadının hamiləlik, doğum və övlad böyütmə dövrlərindəki təbii həssaslığı isə bu sistem tərəfindən bir bioloji imtiyaz və ya həyatın davamı üçün zərurət kimi deyil, bir zəiflik və asılılıq faktoru kimi istifadə edildi. Beləcə, ilk qanun ilk yumruğun kölgəsində, "güclü olan haqlıdır" prinsipi ilə şüurlara qazındı.
1000Kitap
Reklam
Quran maarifi - Peyğəmbərlərin risaləti
Allah insanların səadət va xoşbəxtliyi üçün peyğəmbərlər göndərmişdir: وَلِكُلِّ أُمَّةٍ رَّسُولٌ -Və bütün ümmətlər üçün peyğəmbər vardır. Peyğəmbərlər insanları doğru yola hidayət etmək üçün açıq-aşkar dəlillər və kitab gətirmişlər: لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الكتب -Və şüphəsiz göndərdik peyğəmbərlərimizi aşkar dəlillərlə və nazil etdik onlarıa kitab. Səadətə çatmaq üçün ilk addım, şübhəsiz ki, Allaha bəndəlik etmək va azğınlardan uzaq olmaqdır. Bütün peyğəmbərlər insanları bu iki önəmli işə dəvət etmişlər: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ» -Və şüphəsiz seçdik bütün ümmətlərdən peyğəmbər ki Allaha ibadət edin və tağutdan çəkinin. Misal olaraq, həzrət Nuh (ə) öz qövmünü Allaha bəndəlik etməyə dəvət etmişdir لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ، فَقَالَ يَٰقَوْمِ اعْبُدُوا اللَّهَ» -Şüphəsiz göndərdik Nuhu öz qövmünə, beləliklə dedi, ey mənim qövmüm Allaha ibadət edin. Digər tərəfdən bəzi insanlar dünyanın maddi ləzzətlərinə və dünyapərəstliyə qərq olduqları üçün Allahın əmrlərindən boyun qaçırmağın aqibəti haqda düşünmürlər. Məhz buna görə peyğəmbərlər Allah tərəfindən bu məqsədlə vəzifələndirilmişlər ki, insanları Allahın əmrindən çıxmaqla dünya və axirətdə üzləşəcəkləri mənfi nəticələr barəsində xəbərdarlıq etsinlər. Allah-taala həzrət Nuha (ə) öz tayfasını pisliklərdən çəkindirməyi göstəriş verir: «إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ أَنْ أَنذِرْ قَوْمَكَ» -Həqiqətən göndərdik Nuhu öz qövmünə ki, qorxut qövmünü. Allah onları ardıcıllarının pis və yaxşı əməllərinə şahid olmaq üçün seçib: «إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَهِدًا عَلَيْكُمْ» -Həqiqətən göndərdik sizə peyğəmbərlər sizə şahid olaraq. Bunların müqabilində
Din
“Halqa” Halqa barədə ədəbiyyatçı Pərvin Hüseynovanın fikirləri: 2-3 gün əvvəl Facebook dostum, əvvəllər skeptik yanaşdığım bir gənc yazıçının kitabını aldım. Arxasındakı qısa paraqrafdan elə təəssürat yarandı ki, gənclik entuziazmı ehtiva edən nəsə rebellious bir mətn oxuyacağam. Ağlımdan fərqli süjetlər keçdi, amma əslində olan məni heyrətləndirdi. Söhbət Ramazan Tağıyevin (Ramazan Rizvan) "Halqa" əsərindən gedir. Ədəbiyyatçı olduğumu nəzərə alsaq, romanı detallı analiz etməyə, məncə, haqqım çatır. Romanın mövzusu insanın görünən və görünməyən nəzarət mexanizmləri altında tədricən azadlığını itirməsidir. İnsanlar izlənildiyini bilir, amma dəqiq nəyin baş verdiyini, kimə etibar edilib-edilməyəcəyini anlamır. Məhz bu qeyri-müəyyənlik onları itaətə, ümidsizliyə sürükləyir. Romanın süjetində qorxu ilə idarə olunan cəmiyyət, susmağın məcburi norma halına gəlməsi, fərdin tədricən silinməsi, təhlükəsizlik adı ilə azadlığın əldən alınması, absurdun adiləşməsi kimi mövzular var. Tanış gəldi? Bəli, "1984" romanında belə şeylərlə rastlaşmışıq (Oruel 45 yaşı olarkən adı çəkilən romanı yazıb). Ramazan "Halqa"nı 20 yaşında qələmə alıb, bu roman distopik çalarları olan realist nəsrdir, yetkin və ağır mövzuya giriş edən gənc bir şüurun mətnidir, 20 yaş üçün çox cəsarətli seçimdir. Romanda sosial-psixoloji, simvolik çalarlar var, açıq-aşkar fantastika deyil, amma reallıq normadan çıxarılıb. Romanın güclü tərəflərindən danışsaq, ilk növbədə qeyd etmək lazımdır ki, yazıçının atmosfer qurmaq bacarığı yüksəkdir. Əsəri oxuduqca təsviri sadəcə görmürsən, hiss edirsən, içinə düşürsən sanki. Elə yerlər var, adamın sadəcə qanı donur, ona görə yox ki, hansısa qəhrəmana acıyırsan, ona görə ki, olanları "öz dərində" hiss edirsən. Bəzi təkrarlar Nolan filmlərini (məsələn, "Memento"da var
Əl-Bəqərə, 45:
Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, bu (səbir və namaz), xüşu ilə itaət edənlərdən başqasına ağır gələr."
Din
Sevmiyorum seni çünkü seversem acıtır; Üzgünüm seni koruyacak gücüm yok, Üzgünüm seni tanımaya yüzüm yok. Bilmiyorum seni çünkü bilirsem acıtır; Kıskanırım gölgenden kıskanırım yarim, Severim deli gibi öcü olsa halin. Şuan ki halim.. tabi biraz acıdır; Sen yoksun ışıklar sönmüş, Siyah beyaz görüntü eğlenceye dönmüş. Sonra ki halim.. tabi halen acıdır; İmkansızı bilirim imkansıza inat, Rüyalarda yaşarım hayata itat ederken... %0 -_- _/
Reklam
Reklam