"Sadece yaralı doktor şifa verebilir."
Carl Gustav Jung
İncələməmə bu cümlə ilə başlamağımın səbəbi Jung-ın bəhs etdiyi yaralı həkimlərdən biri Viktor E. Frankl-ın olmasıdır. Frankl ikinci dünya müharibəsində, toplama kamplarında 3 il qalan birisi olaraq, insanın həyatdakı məqsədini, hansı acılara dözə biləcəyini direkt öz həyat təcrübəsi ilə şahid olub. Kitabın bu qədər çox satan olmasının səbəblərindən bəlkə də biri budur. Öz dili ilə yazsaq:
"Çok şükür ki Sigmund Freud, toplama kamplarına içeriden tanıklık etmekten kurtuldu. Onun danışanları Auschwitz'in pisliklerinden değil, Viktoryen tarzda tasarlanmış divanlarda uzanıyordu." (s.154)
Frankl yuxarıdakı sitatda olduğu kimi Freud-dan kitabda xeyli bəhs edir və çox düşüncələrinə açıqca qatılmır. Freud çox düşüncələri keçmiş xatirələr, cinsəllik və travmalarla açıqlamağa çalışarkən, Frankl indiki zamanda Loqoterapi ilə insanın həyatına bir məna, acı üçün dayanıla biləcək bir hədəf qatmağa çalışır. "Aslında logoterapi, anlam odaklı psikoterapidir." (s.104) "Logoterapinin temel dayanaklarından biri, insanın temel amacının haz almak veya acıdan kaçmak değil, hayatında anlam bulmak olduğudur." (s.118) Frankl insanın varoluşsal problemlərini hər zaman xəstəlik olaraq dəyərləndirməkdən qəti şəkildə qaçır. Onu insanın bu həyatdakı ən önəmli problemlərindən olduğunu deməklə yanaşı, həll yolunun da sakitləşdiricilər ilə yox həyat hədəfləri ilə keçəcəyini söyləyir.
Kitabı təsirli edən ən önəmli nöqtələrdən biri, Frankl-ın toplama kamplarında çəkdiyi əziyyətlər olaraq dəyərləndirmək olar. İnsanın görə biləcəyi ən uc nöqtəyə çıxmış, onun nələrə dözə biləcəyini görübdür. "Aramızdaki sağlıkçılar ilk olarak şunu öğrendiler: "Ders kitapları yalan söyler!" Bir yerlerde insanın belli bir saatin üzerinde uykusuz kalamayacağı