Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yorumlar ve İncelemeler

Tümünü Gör
235 syf.
·
Puan vermedi
·
4 günde okudu
Spoiler!!!
"Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir." A romanı reper
Qaraqan
Qaraqan
'nın ilk əsəridir. Dəqiq bilmirəm amma deyəsən əsəri 18 yaşında yazıb. Və bu yaşda belə bir əsər yazmaq inanılmazdır.
Qaraqan
Qaraqan
'ın bütün replerini çox sevərək və düzənli olaraq dinləyirəm. Bütün replerini sevirəm amma
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,584 okunma
Reklam
235 syf.
6/10 puan verdi
·
10 günde okudu
Evakuasiyanı 6-7 il öncə oxumuşdum, bədii kitablarla ilk tanışlığım ərəfəsinə təvafüq etmişdi. Bəyənmişdim, mənə ideal bir kitab kimi gəlmişdi. Uşaq düşüncəsi... İndi illər sonra Qaraqan oxudum və çox ibtidai gəldi. Həm cümlələr... Həm hekayə... Təsdiqlədiyim və yersiz qəbul etdiyim fikirlər var idi. Hekayə özünü oxutdurur, filmi də çəkilsə yaxşı alınar. Amma məncə məktəblilər oxumasın, çünki beyinlərini yuya bilər, savadsızlıq yolunu tutaraq, qanunsuzluğa meyil edərlər. Dünyanı, cəmiyyəti dəyişməyin yolu bu deyil. Əsər bir yerdə plagiat hissi yaratdı. Köhnə və müasir kitbaların, filmlərin mövzudur çünki. İllər öncə bəyəndim Evakuasiyanı, amma A romanında cümlələrin, düşüncələrin şablon və sadəliyini hiss etdim. Son olaraq ümumi nəticədə bəyənmədim. Sadəcə axıcılığa və süjet xəttinə görə 6 verdim.
A
A
Qaraqan
Qaraqan
1000Kitap
1000Kitap
kütüphanecileri sizden ricam, bu kitabın 2024 baskısını uygulamaya eklemeniz. Teşekkürler.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,584 okunma
235 syf.
6/10 puan verdi
·
12 günde okudu
Bu kitabı oktyabrda rəfiqəmin tövsiyəsi ilə oxumuşdum, nə yalan deyim o qədər də sevmədim, məncə yazarın reklamı və sevənləri çoxdur deyə kitabları da bir o qədər sevilir, süjet xəttini bəyənməsəm də, “altından xətt çəkiləsi” cümlələr çox idi, müəllifin fikirləri müasir dövrün ən aktual məsələləri ilə üst-üstə düşürdü, kaş onun kitabında təsvir etdiyi həyat realda da eynilə elə olsaydı: özbaşınalıqlar, alçaldılmalar və cinayətlərdən uzaq…
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,584 okunma
235 syf.
6/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
A-kitab təhlili
Deməli belə. Bir kitabında sonuna gəldik. Təbiki həm sevdiyim həm sevmədiyim hissələr var kitabda. Əvvəlcə sevmədiyimdən başlayaq) Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması,kişinin üstün göstərilməsi... təəssüf ki bu işlənmişdi... "qadınn kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,584 okunma
Reklam
·
Puan vermedi
Romanı oxuduğum zaman bir çox dəfə kitabı yarıda qoymaq istədim bunlardan biri Anar və Ayselin münasibəti idi. Axı Ayselin Anarın döydüyü və "cəzalandırdığı vahişələrdən heç bir fərqi yoxdur. Aysel də həmin fahişələr kimi pul üçün evli adamla münasibət də idi tək fərqi fahişələrin həyatında bağlılığ olmur hərşey bir günlük olur Anar fahişələrə göstərdiyi münasibəti Ayselə də göstərməli idi . Kitabı yarıda qoymaq istəməyimin bir digər səbəbi Anarın valideynlərinə olan münasibəti idi düzdür biz yuvadan ayrılıb öz həyatımızı qurmalıyıq səhvlər edib həyatı yaşamalıyıq biz ömür boyu valideynlərimizə bağlı yaşamalı deyilik axı bu təbiətin qanunudur bəzi " valideynlər" uşaqlara mən səni böyütmüşəm ki sən mənə qocalanda dayağ dur mənə bax kimi sözlər deyirlər bunlar dırnaq içərisində valideyndir. Anarın valideynləri də çox mükəmməl deyildi. Amma uşağı üçün həqiqətən narahat olan bir ana və oğlunun ona daha dünən tanıdığı bir fahişə tipli qıza dəyər verdiyi qədər dəyər verməməsi və bunun çox düzgün bir şeymiş kimi gənclərə göstərilməsi mənə çox səhv gəldi. Kitabda gənclərə yaxşı örnəklərdən çox pis örnəklər verilirdi. Hətta tək yaxşı örnək mənə görə bu idi : Gənclərin birlik olub yeniliklər etməsi.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,584 okunma
235 syf.
4/10 puan verdi
·
9 günde okudu
Hər nə qədər Qaraqanın fikirlərini bəyənsəm də bu kitabı bəyənmədim. Təəsüf ki Qaraqan bu kitabda bir şeylər izah etmək istəyib ancaq fikrini tam olaraq çatdıra bilməyib. Kitabın bədii hissəsi çox zəifdir. Hətta kitab tamamilə kobud dillə yazılıb desəm yanılmaram. Deyəsən Qaraqan bu kitabda Hostun ideologiyasından gələcəkdəki görəcəyi işlərdən bəhs edir. Kitabda bəzi fikirləri bəyəndim ancaq bir çoxu qarışıq gəldi. Bəzi fikirlər isə həddindən artıq absurd. Kitabın axırlarında hətta Anar adlı xarakterin şizofren olduğunu belə düşündüm. Kitabda bəzi problemləri çözmək üçün Hostun ideologiyasının metodlarından danışır. Mənə görə bu metodlar problemi kökündən təmizləməz sadəcə üzdən problemi həll edə bilər. Bir digər nüans isə A adlı birinin gözəgörünməz qəhrəman olması mənə Qaraqanın indi heç bir yerdə gözə görünmədiyini xatırlatdı. :)
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,584 okunma
235 syf.
7/10 puan verdi
·
1 saatte okudu
Qaraqanın fərqli dünyası var. Düşüncə tərzinin fərqiliyi çoxunda antipatiya yaradır. Açığı əvvəl məndə də belə idi. Heç vaxt dinləmədiyim, dinləyəcəyimi də düşünməyəcəyim biri idi Qaraqan İndi isə tamam başqa düşüncədəyəm. Reallığı üzə vuran biri olduğuna sevinirəm Kitab isə bildiyim qədər ilk kitabı olub. İlk kitab üçün gözəldir...
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,584 okunma
235 syf.
7/10 puan verdi
·
3 günde okudu
Yaşın 17 olsun və belə möhtəşəm kitab yazasan. Sadəcə əhsən. Digər kitablardan fərqli olaraq sanki bunu daha rahat oxuyurdum, daha doğma gəlirdi oxuduqca... Ən fəlsəfi suallara ən sərt cavablar.. Həyatın sadələyindən və mənasızlığından bezmiş bir qrup gənc bu dünyanı dəyişə bilərmi? Oxuduqdan sonra bunun cavabını alacaqsınız. Amma sonda cavabını ala bilmədiyim bəzi suallar oldu: Yeni həyat necə oldu? Aysel niyə anidən gərəgahı tərk etdi? A tam olaraq kim idi? 9cu mərtəbədən tullanıb sağ qalan biri adi adam ola bilərmi? Şeytan idi bu yoxsa Allahın elçisi? Abbas öldümü? Ən əsasda Anarın reaksiyası necə oldu? Təbii ki bu sualların cavabı olsaydı daha aydın ola bilərdi sonu amma yenədə ideal bir sonluq gətirə bilib Elxan. Təbii ki buna görə Qaraqanı qınamıram. Fikrimcə 17 yaşında olan bir insanın yaza biləcəyi ən yaxşı əsərdir. Siz indi təsəvvür edin ki 17 yaşında belə uğurlu və əsrarəngiz fəlsəfi, psixoloji roman yazan biri iləridə nələrə qadir ola bilər. Biz onu gördük, indidə görmək istəyirik. Qaraqan bu xalqın sənə ehtiyacı var. Hər kəsi bunu oxumağa səsləyirəm, təşəkkürlər...
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,584 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.