Xəsis, simic, daşqəlbli sələmçi olan Skruc Milad bayramına nifrət edir. Bu milad həmişə olduğu kimi yenə hər kəsin qəlbini qırıb təkbaşına evinə gedir. Gecə onu üç ruh ziyarət edir. Onlardan biri özü kimi xasiyyətə sahib illər öncə dünyasını dəyişən iş ortağının zəncirlərlə dolaşmağa məhkum olunmuş ruhu, digəri bu miladın ruhu, sonuncusu isə gələn miladın ruhu olur. Bu ruhlar ona həm keçmişi, həm indini, həm də gələcəyi göstərirlər. Bu hadisədən sonra Skrucun milad bayramına, doğmalarına, hətta tanımadığı insanlara qarşı olan münasibəti tamam dəyişir.
Parlaq imzalar möhtəşəm iş ortaya qoyub. Həddən çox sevdim kitabı. Murakami doğum günlərinə qarşı olan münasibətimi dəyişmişdisə, Dikkens də milada qarşı münasibətimi dəyişdi.
"Keçmişimi də, bugünümü də, sabahımı da yaşayacam!"
Sevgiylə qalın, kitabsız qalmayın...