Heyvanıstan

George Orwell

En Beğenilen Heyvanıstan Yorumları ve İncelemeleri

En Beğenilen Heyvanıstan sözleri ve alıntılarını, en beğenilen Heyvanıstan kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.510 üzerinden
60,2bin Kişi · 7819 İnceleme
192 syf.
10/10 puan verdi
·
12 günde okudu
İnsanlarla donuzların mənafeləri toqquşmur. Onların qaydaları, problemləri eynidir. Məgər işçi qüvvəsi problemi hər yerdə eyni deyil? Ah Corc Oruel... bu necə mükəmməl bir əsər, necə mükəmməl bir təsvirdir... Kitabı həyatımın ən şanssız və məşğul dövründə oxumuşam, yoxsa çox axıcı bir kitabdır. İnsanoğlu bu kitaba əgər bir şans versə, öz heyvani obrazını tapa bilər(sonsuz sayda Bokserlər). Stalin hakimiyyətinin fəsadları, qonşu dövlətlərin yaratdığı təhlükə və dırnağarası dostluq, hakimiyyəti qorumağa çalışarkən öz mənliyini itirən hakimiyyət, aşağı təbəqənin kölə kimi işlədilməsi və daha nələr-nələr. Napaleonun insanlardan xaric bir malikanə qurmağa çalışarkən zamanla özündə insana məxsus əzazil duyğuları tərbiyə etməsindən tutmuş, Snoubolun haqq-ədalətinin beyinsiz kütlə tərəfindən dəstəklənməməsinə qədər , hər şey bütün haqsızlıqları üzümüzə şillə kimi vururdu. Hələ də öz-özümə sual verirəm, -"Snoubolun başçılıq etdiyi hakimiyyət , görəsən, necə olardı? " Bütün həqiqi mənadan uzaqlaşsaq, kitab eyni zamanda bir mövzunu da çox yaxşı işıqlandırır. Mənfi və müsbət bir-birini çəkən qütblərdir. Nəyə olmaz və yaxud nəyi etmərik deyiriksə, hamısının əksini həyata keçiririk. Çünki düşüncələrimizin fövqündə bütünləşən eynilə bu cür duyğulardır. Pəncərənin o tayındakı heyvanlar gah donuzlara, gah da insanlara baxırdılar və artıq onları bir-birindən ayırmaq mümkün deyildi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
160 syf.
10/10 puan verdi
·
Beğendi
İnsanların bu təbiyyətə heç bir xeiri olmadan sadəcə zərəri olduqlarının bir daha gözəl nümunəsi.Təbiyyətdən hər şey alırıq amma özümüz nəsə vermirik.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
Reklam
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
George Orwellin Heyvanıstan kitabını yeni oxuma fürsətim oldu. Kitab hər hansısa bir ideologiyanın (düşüncəmə görə əsasda Marksizm ) qurulmunu dövrünü təmsil edir. Bie ideologiya və ya dövlət qurularkən onun ardıcıllığı demək olarki hər zaman eyni olur. Öncəliklə qurucu şəxs meydana çıxır və yeni ideologiyanın özgün fikirlərini bizlərlə bölüşərək
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
8/10 puan verdi
·
Beğendi
"Heyvanıstan'' romanı yazıçının məşhur tənqidi və antiutopik əsərlərindən biridir. Əsər bir fermada baş verən hadisələrdən bəhs etsə də, əslində yazıçı SSRİ idarəçilik rejimini tənqid etmişdir. Kitabdan aldığım ən böyük dərs bütün canlılar "eyni"dir. Əsərdə heyvanlar tərəfindən qoyulan 7 prinsipə diqqətlə nəzər salsanız əslində bunun həqiqətən də belə olduğunu başa düşərsiniz. Heyvanların timsalında insan, güc, bərabərsizlik təsvir edilmişdir.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
192 syf.
10/10 puan verdi
·
3 günde okudu
Uzun bir zamandı oxumaq istəyib,amma oxuya bilmədiyim bu kitabı nəhayyət oxumaq üçün fürsət tapdım. Doğrusu,yaxın ətrafımın ağız dolu övdüyü bir kitabıda oxumaq üçün çox səbirsizlənirdim. Kitaba yeni başladığımda sıxılacağımı düşünsəmdə oxuduqca kitabın əslində dərin bir mənaya sahib olduğunu gördüm. Və bu tip içində dərin məna daşıyan kitabları
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.