Heyvanıstan

George Orwell

En Eski Heyvanıstan Yorumları ve İncelemeleri

En Eski Heyvanıstan sözleri ve alıntılarını, en eski Heyvanıstan kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.510 üzerinden
60,2bin Kişi · 7820 İnceleme
8/10 puan verdi
·
Beğendi
"Heyvanıstan'' romanı yazıçının məşhur tənqidi və antiutopik əsərlərindən biridir. Əsər bir fermada baş verən hadisələrdən bəhs etsə də, əslində yazıçı SSRİ idarəçilik rejimini tənqid etmişdir. Kitabdan aldığım ən böyük dərs bütün canlılar "eyni"dir. Əsərdə heyvanlar tərəfindən qoyulan 7 prinsipə diqqətlə nəzər salsanız əslində bunun həqiqətən də belə olduğunu başa düşərsiniz. Heyvanların timsalında insan, güc, bərabərsizlik təsvir edilmişdir.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
160 syf.
10/10 puan verdi
·
Beğendi
İnsanların bu təbiyyətə heç bir xeiri olmadan sadəcə zərəri olduqlarının bir daha gözəl nümunəsi.Təbiyyətdən hər şey alırıq amma özümüz nəsə vermirik.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
Reklam
74 syf.
10/10 puan verdi
·
Beğendi
“Heyvanıstan” həyatımızın başqa açılışı kimi.
kitab mükəmməl ötəsi bir kitab və sanki donuzların məmur təbəqəsi olması, heyvanların isə adi insan - işçi təbəqəsi olmasından danışır. siyasətin bir başqa açılışı kimi. insanların zamanla aldadılmasının, hökümətlərin oyunlarının bir başqa açılışı kimi. edilən yalan vədlərin, sözlərin başqa açılışı kimi. qısası, kitab - yaşadığımız həyatın başqa açılışı kimi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
192 syf.
·
Puan vermedi
İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxırlar. O, süd vermir, yumurtalamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovun tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanlar üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verilir. Qalan nə varsa hamısına özü yiyələnir. Torpaq bizim zəhmətimizlə becərilir, peynimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur...
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
192 syf.
6/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
"Heyvanıstan" - Corc Oruellin "1984" kitabından sonra oxuduğum 2ci kitabıdır. Corcun “Heyvanıstan“ əsərini qələmə almaqda məqsədi siyasətin həqiqi üzünü sevimli heyvanlar üzərindən, hər kəsin başa düşəcəyi bir dildə başa salmaqdır. Əsərdə olan heyvan xarakterləri Stalin dövründəki şəxslərə bənzədilmişdir. Kommunizmi tənqid etsə də, metaforları bizim müasir dövrümüzə mesaj göndərir. Məsələn, o mesajlara nümunə: -Hər azadlıq şüarı altında yaranan hakimiyyət sonunda yenə dönüb dolaşır, öz qanunlarını tapdalayan bir hakimiyyətə çevrilir. Bunu fermada üsyan edərək insanları qovduqdan sonra, azad yaşamağa başlayan, daha sonra öz qanunlarını unudan heyvanların və onlara liderlik edən Napaleonun timsalında görürük. -Bilikli insanların sayı artdıqca hakimiyyət o insanları ictimaiyyətin gözündən salmağa çalışır. Bunu donuz Napaleonun Snobolu fermadan niyə və necə uzaqlaşdırmasında görürük. Yazıldığı dövrdə bu kitabın ya oxunması qadağa edilmiş, ya da bəzi yerləri dəyişdirilərək nəşr edilmişdir.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248,8bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.