Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Heyvanıstan

George Orwell

Öne Çıkan Heyvanıstan Gönderileri

Öne Çıkan Heyvanıstan kitaplarını, öne çıkan Heyvanıstan sözleri ve alıntılarını, öne çıkan Heyvanıstan yazarlarını, öne çıkan Heyvanıstan yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
144 syf.
·
Puan vermedi
·
5 saatte okudu
Uzun zamandır oxumaq istədiyim, mənə çox maraqlı gələn kitablardan biri idi və kitabxanada təsadüfən qarşıma çıxdı. Dünən kitabı oxumağa başladım və fasilərlə elə 1 gündə bitirdim. "Heyvanıstan" povestində Corc Oruell hakimiyyətin bir sözlə əsl qaranlıq iç üzünü üstüörtülü şəkildə oxucuya çatdırmağa çalışıb. Həmdə heyvanların
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2013245,9bin okunma
Reklam
..tək-tənha qaldığım gecələrdə fikirləşmək üçün çox vaxtım olub.
144 syf.
·
Puan vermedi
·
Beğendi
George Orwell «Heyvanıstan» əsərində siyasətin həqiqi üzünü asan dildə insanlara başa salmaq istəmişdir. Bir növ müəllif heyvan simvolları vasitəsi ilə müəyyən fikri üstüörtülü şəkildə oxuculara çatdırmışdır. Əsərin əvvəlində insanlar tərəfindən heyvanlar üzərində avtoritar rejimin hakim olduğunu görürük. Yaşlı mayor donuz ölümündən qabaq
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2013245,9bin okunma
144 syf.
7/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bəşəriyyətin avtoportreti..
Bu kitabı oxuyarkən özünüzü bir teatrda imiş kimi fərz edin. Ya səhnəcikləri izləyəcəksiniz, ya da pərdə arxasını, orada olub bitənləri. Biri sizin gördükləriniz və biri də görmək istəyəcəklərinizdir.
George Orwell
George Orwell
sanki öncədən anlayıb ki, çox az insana pərdə arxası maraqlı gələcək və adam bunu nəzərə alaraq, demək olar ki, səhnədə məhz pərdə arxasını nümayiş etdirib..Və siz fərqində olmadan pərdənin arxasındakıları səhnədə izləyirsiniz. Kitabda hər heyvan özündə xüsusi bir özəllik əks etdirir. Kimi həyatı vecinə almamağı, onu gözardı etməyi(Benjamin), kimi indiki bəzi idarəçiləri, öz mənafeyi uğrunda xalqın haqqına girənləri(Napoleon), kimi də saf niyətlərindən sui-istifadə edilən, alçaldılanları(Bokser) və ən əsası da həqiqətləri güzgü kimi əks etdirdiyi üçün çilik-çilik edilənləri, xain küləyin üfürüb söndürdüyü, qaranlıq otaqdakı yanan sonuncu şamı ifadə edən Snoubol..Və bütün olanları görə bilməyib, başçılarının gözündən həyata baxan digər heyvanlar. Bu heyvanlar da, əslində, özlərində, real həyatda yaşamış insanların bəzi özəlliklərini birləşdirir. Mənim sezə bildiyim qədərilə, Napoleon(donuz)
Josef Stalin
Josef Stalin
, Qoca Mayor
Vladimir İlyiç Lenin
Vladimir İlyiç Lenin
idi. Tanıdığım insanlardan, sadəcə bunları seçə bildim. Amma bu mənim üçün o qədər də mühüm nüans deyil. Siyasəti ədəbiyyata qatmayacağam. Kimi pisləyirsənsə, sonda ona da çevrilirsən. Kitabın sonunda üzümə şillə kimi yayıldı bu.
George Orwell
George Orwell
necə bir əsər yaratmısan sən belə? Həyatın təsvirini kitabında vermisən sanki. Bu bəşəriyyətin ən gözəl avtoportretlərindən biri idi.. Möhtəşəm!
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2013245,9bin okunma
Bütün heyvanlar bərabərdirlər. Lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər.
Reklam
Deyəsən, ikiayaqlı heyvanları unudublar.
İki ayağı üstündə gəzən hər bir canlı düşmənimizdir. Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı dostumuzdur.
İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə ağalıq edir. O, süd vermir, yumurtlamır; kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır.
..zəhmətimizin bütün bəhrəsini insan oğurlayır.
Reklam
İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxır.
Sayfa 22 - Qanun Nəşriyyatı, 2011Kitabı okudu
İnsanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür.
George Orwel
İnsana, onun bütün istəklərinə qarşı düşmənçiliyin hər birinizin borcu olduğunu heç vaxt unutmayın! İki ayağı üstə gəzən hər bir canlı düşmənimizdir! Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı dostumuzdur! Bir şeyi də yadınızda saxlayın. İnsana qarşı mübarizə apararkən biz heç vəchlə özümüzü ona bənzətməyə çalışmamalıyıq. Hətta mübarizə qələbə ilə başa çatandan sonra da İnsanın həyat tərzini qəbul etməyin. Evdə yaşamaq, yorğan-döşəkdə yatmaq, paltar geyinmək, spirtli içki içmək, siqaret çəkmək, pulgirliyə qurşanmaq və ticarətlə məşgul olmaq heç vaxt, heç bir heyvanın ağlına da gəlməməlidir. İnsanın vərdişlərinin hamısının mayasında pisliklər dayanır.
Mayor
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.