İllər sonra ilk fəlsəfi kitab cəhdim!
Kitab rəsmən üfqümü genişləndirdi, yoxdu belə bir şey! İlk səhifəsindən son səhifəsinə qədər insanın təbiəti və ondakı əsl məqsədi üzə çıxarıb yazar. İnsan nə qədər fədakarlıq, yaxşılıq, xeyirxahlıq etsə də bunu ilk növbədə özünün yaxşılığı üçün edir. Bunu mən demirəm, müəllif deyir :). Doğrudur ilk növbədə bu fikirlərlə qəti razılaşmırdım amma oxuduqca bəzi şeylərin fərqinə həqiqətən varırsan. Məhz özünün vicdanın rahat olsun deyə edirsən bütün mənəvi yardımları. Bunu dəyişmək olar? Əlbəttə xeyr! Çünki insanın xasiyyəti heç zaman dəyişmir.
Kitabın mahiyyətini anlamaq üçün yazmağım kifayət etməyəcək, gərək özünüz oxuyasız. Şedevr:)