Ölümsüz aşklar var da
Ölmeyen aşık var mı?
Güvenme gençliğine
Ölen hep ihtiyar mı?
Normalda kitabı mahnı dinləyərək oxuduğum üçün Son səhifələrində bu mahnıya rast gəldim. Və yeni bitirib hələ həzm edə bilməmiş olduğum bu hekayə mahnı ilə birlikdə yaşadığım duyğunun daha da artmasına səbəb oldu
Kitab Sabahattin Ali'nin qələmindən ilk oxuduğum kitab oldu. Çoxdandı oxumaq istəyirdim hamının dilində gəzən Madonnanı. Sevdinmi desələr? Hə deyərdim, dedikləri qədər olmasa da( hansı ki, digər oxuduğum romanlarla müqayisədə ötürdüyü duyğu bir az sönük qaldı, o hüznü tam ala bilmədim) hər kəsin oxuması gərəkən bir eşq romanıdı.Sabahattin Ali qələminə heyran oldum.Həqiqətən də sürükləyici yazılıb və tez bir anda kitabı bitirmək istəyirsən
Kitabın ana qəhrəmanı olan Raif efendinin Maria'ya olan sevgisinə heyran qaldım rəsmən.Sabahattin Ali duyğuları ayrıntısına qədər elə mükəmməl ötürüb ki, hiss edə bilməmək mümkün deyil.
Kürk mantolu Madonnanı oxumaqla insanların çöldən göründükləri qədər bəsit olmadıqlarına, hər səssizliyin arxasında yatan bir kədərin olduğu və insanları yaxından tanımadan onların iç dünyasında nələri yaşadığını bilmədiyimizi bir daha bu kitab vasitəsilə xatirlamış olduq