Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Müşfiqli Günlərim

Dilbər Axundzadə

Müşfiqli Günlərim Hakkında

Müşfiqli Günlərim konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Əziz oxucu, Dilbər Axundzadənin «Müsfiqli günlərim» xatirə əsərini heç bir nöqtə-vergülünə toxunmadan transliterasiya edərək sizin ixtiyarınıza veririk. Bəri basdan qeyd edirik ki, əsər Sovet dövrünün «qəddar və kəskin» təbliğatı ruhunda yazılıb. Çox güman cavan nəslin nümayəndələri əsərin bəzi yerlərini oxuyub «şoka» da düsəcəklər. Əsəri sovet təbliğatı əlamətlərindən təmizləmək üçün «senzura» da etmək olardı. Amma biz əsəri olduğu kimi sizin ixtiyarınıza veririk ki, o dövrün ab-havasını, təbliğat yönünü, saxta beynəlmiləlçiliyini özünüz hiss edəsiniz. İndiki dövrdən baxanda «Müsfiqli günlərim» əsəri pafosdan da əskik deyil, bəzən sənə elə gəlir ki, «xatirələr» deyil, 37-ci ilin Sovet qəzetini oxuyursan. Bununla belə əminik ki, diqqətli oxucu əsərdə həddən artıq maraqlı məqamlara rast gələcək. İllah da ki, müəllif Azərbaycanın ən görkəmli səxsiyyətlərindən biri olmus sairimizin cəmi 10 illik, «dağ uçqunu kimi dağıdıcı gücə malik» yaradıcılığını çox gözəl diqqətə çatdırıb. Əsərin hər bir səhifəsində Müsfiqin həyat sevgisi özünün dediyi kimi hiss olunur: Ah, mən gündən-günə gözəlləşən, İşıqlı dünyadan neçə əl çəkim! Bu yerlə çarpısan, göylə əlləsən, Dostdan, aşinadan necə əl çəkim! Əsərin bir maraqlı cəhəti də budur ki, Dilbər Axundzadə xatirələr içərisində də xatirələrə yer ayırıb, bu da o dövr üçün az xarakterikdir, əsərdə Müsfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır...
Tahmini Okuma Süresi: 4 sa. 18 dk.Sayfa Sayısı: 152Basım Tarihi: 2019Yayınevi: Kitab Klubu Nəşriyyatı
ISBN: 9789952824568Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 85.9
Erkek% 14.1
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Dilbər Axundzadə
Dilbər AxundzadəYazar · 1 kitap
İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq. 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir. Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.