Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Jan Forstner Serisi 2

Oyunbaz

Wulf Dorn

Oyunbaz Yorumları ve İncelemeleri

Oyunbaz yorumları ve incelemelerini, Oyunbaz kitabı hakkındaki okur görüşlerini , Oyunbaz puanlarını 1000Kitap'ta bulabilirsiniz.
451 syf.
·
Puan vermedi
·
3 günde okudu
Vulf Dorn qələmindən oxuduğum ikinci kitab....Detektiv əsər oxuyanların bir müddət sonra qarşılaşdığı problem:artıq sona çatmamış,əvvəldən qatilin kim olduğunu bilməkdir.Lakin bu kitabda sonuna qədər qatili əsla təxmin edə bilmirsiniz.Həyəcan,qorxu,adranalin kitabın hər səhifəsində var...Bir sözlə,möhtəşəm.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
451 syf.
8/10 puan verdi
·
40 günde okudu
Salam, dəyərli oxucular! Axır ki, bu kitabı bitirdim və bitirdiyim üçün özümü xoşbəxt hiss edirəm. Kİtabın anısı mənim üçün çox gözəldir: kirayə kitab səhifəmdə bir oxucum hədiyyə etmişdi. Kitab psixoloji-polisiye janrında yazılmışdır. Sevgisiz böyüyən bir insanın sonrakı həytında olan travmalar və ətrafına göstərdiyi reaksiyalar , nəticələri göstərilmişdir. O dərəcə ki, bir insan sevgisizlikdən şizofreni belə durumuna gəlib çıxır. Həmin insanın həyatı o qədər pis təsir etdi ki bəzən…. ama əsərin sonunda tam gözləmədiyim hal oldu: qadın kimi təsəvvür etdiyim insan əslində elə deyilmiş.. tamam başqa məqamlar ön planda imiş. Xoş oxumalar!
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
Reklam
250 syf.
9/10 puan verdi
·
Beğendi
"Aşiq olur, təqib edir, öldürür!" Nəhayət ki, Wulf Dornun 3cü kitabı və hələlik doğma dilimizdə nəşr olunmuş sonuncu kitabı olan "Oyunbaz (Dunkler Wahn)" psixoloji romanını böyük həyəcanla oxuyub bitirdim. Müəllifdən oxuduğum 3 kitab arasında hətta ən maraqlısı və həyəcanı yüksək dozada hiss elədiyim roman bu oldu. İlk başlarda sakit irəliləyən hadisələr cansıxıcı olmağa başlamışdı, öncəki kitablarından zəif olacağını düşünmüşdüm. Amma 150 səhifədən sonra diqqətimi ayıra bilmədim və 300dən sonra artıq həyəcandan qanım donmağa başlamışdı. Kitabı bir an belə olsun əlimdən qoya bilmirdim, hədisələrin sirli sonunu görmək üçün səbrim tükənirdi. Surpriz sonluq deyə bir şey var, amma bu kitabın hər səhifəsində qandonduran bir sürpriz var idi, kitab son anına qədər məni aldatmağı bacardı.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
451 syf.
9/10 puan verdi
·
3 günde okudu
Vulf Dornun oxuduğum ikinci kitabı. Yan Forstnerin ikinci hekayəsi. Kitabı bitirdikdən sonra mən də nacizanə fikrimi demək istədim. Çünki ilk dəfə idi ki, bir kitabı belə maraqla 3 gün ərzində bitirdim. Kitab çox axıcıdır. Hekayə insanı əlində saxlayır. Heç vaxt detektiv oxumağı sevməmişəm çünki təxmin etməyin asan olduğunu düşünmüşəm. Ancaq bu kitabda qətiyyən təxmin etmək mümkün olmadı. Yazar oxucunu kürəyindən vurmaq istəyib sanki. Və Yan Forstnerin ikinci hekayəsi ilk hekayəsindən daha həyəcanlı və gərgin idi. Oxumağı şiddətlə tövsiyyə edirəm.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
Oyunbaz kitabı insanı daima gərginlikdə saxlayır.Kitabın çox qaranlıq atmosferi var.Kitabda bəzi insanlar üçün pis gələ biləcək səhnələr mövcuddur.Yəni zorakılıq,ölüm və sair kimi.Triller sevənlər üçün çox gözəl bir kitabdır.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
451 syf.
9/10 puan verdi
·
4 günde okudu
VULF DORN / Oyunbaz
Vulf Dorn qələmindən beyin fırtınası yaradan kitab... Gözlənilməz sonluq, ağılalmaz hadisələr, gərilim... Hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm!!!
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
Reklam
451 syf.
·
Puan vermedi
·
4 günde okudu
Bu kitabı çox uzun zaman öncədən oxumaq istəyirdim, ancaq oxumağa daha yeni nail oldum. Həqiqətən də istəyimdə haqlı imişəm. Çox əla kitabdır. Gözlənilməz hadisələrin baş verməsi kitabı oxucu üçün çox maraqlı edir. Həmçinin yanıldıcı və qorxuducu səhnələrin olması həyəcanvericidir. Kitabda bir psxiatrın başına gələn inanılmaz hadisədən söhbət gedir. Bu hadisələrin baş vermə şəkli və sonda çox qorxunc şeylərin olması kitabı oxuma səbəbimiz ola bilər. Məncə oxumağa dəyər, mən heç peşman olmadım. Ancaq evdə tək olarkən oxuya bilməniz üçün çox cəsur olmalısınız.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
451 syf.
·
Puan vermedi
Hamıya salam! Bugün ilk dəfə bir kitabı başqaları üçün şərh edəcəm. İnanıram ki, bəyənəcəksiniz. Kitab bir psixiatrın bir gün gözləmədiyi halda , kimdən gəldiyi bəlli olmayan gül hədiyyəsi alması ilə başlayır.Əvvəldə bu ona heyran olan bir oxucunun göndərdiyi hədiyyə kimi görünsə də sonradan evinə göndərilən adsız məktublar heç də bunun "sadə bir hədiyyə" olmadığını göstərir..Ona sevgisini etiraf edən , ona telefonla zəng edən bu qadın tərəfindən izlənildiyini ve işin getdikcə daha da təhlükəli hal aldığını hiss edir, çünki ətrafda insan cinayətləri başlayır və bunu da edən həmin qadındır. Bu yazıçının oxuduğum ilk romanı idi. Mənə görə çox möhtəşəm idi .Çünki kitabı hər vərəqləyib oxuduqda sanki bol gerilim, bol aksiyonlu bir film izləyirdim .Kitabda hadisələrin gedişatını öncədən təxmin etmək də qeyri-mümkündür. Yazıçı sanki insanın bütün məntiqini ortaya qoyub cavab tapmasını istəyir.Kitabı oxuduqca ağlımıza gələn bütün ssenariləri boş verin , çünki sonluğu insanı təəccübləndirəcək tipdəndir...
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
250 syf.
9/10 puan verdi
Kitab Rəyi!
Kitab Rəyi!!! Başlıq: Oyunbaz Yazar: Vulf Dorn Səhifə: 452
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
451 syf.
9/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Əvvəla salam əziz oxucu dost.Kitabı oxuyan zaman bəzi işlərim olduğuna görə bir qədər gec oxuyub bitirdim.Əslində isə kitabın dili asan və axıcıdı.Bəzi rəylərdə yazıldığı kimi kitabın sonun təxmin etmək həqiqətən mümkünsüz kimi birşeydi.Çünki sonunu təxmin etmək üçün bir qədər başqa məlumatları da bilməlisiz.Bu arada kitabda yerinə görə dünyagörüşünüzü artıracaq maraqlı faktlar və məlumatlar da var ki,bu cəhətdən çox bəyəndim kitabı.Mənim üçün qaranlıq qalan bir neçə məqam oldu kitabda,ancaq spoiler olmaması üçün bu hissələrdən danışmıram.Müəyyən qədər araşdırmalarımdan sonra bu hissələrin yazıçı tərəfindən bir qədər yola vermək xatirinə üstündən keçdiyini düşünmədim desəm yalan olar açığı :).Kitabın sonu da mənim üçün qaranlıq qaldı.Sonda qəhrəmanın etdiyi şey sevdiyi üçün bir cəza yoxsa hədiyyə idi? bu seşimlər arasında düşündürdü məni.Son olaraq dedektiv tərz sevən dostlarım üçün məncə yeni baxış pəncərələri yarada biləcək gözəl bir kitabdır.Oxumağa dəyər mütləq.Və birdə unutmadan yazarın digər kitablarını oxumadan ilk bu kitabını oxudum və digər kitablarına da mütləq şans verəcəm.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
Reklam
451 syf.
10/10 puan verdi
·
Beğendi
Wulf Dorn
Wulf Dorn
Klassiğinde bir kitap okurken her zaman bir merak içinde kalacaksınız. Kimse kimseye güvenmiyor ortada bir psikopat dolaşıyor ve kim olduğu belli değil thriller sevenler için mükemmel bir kitap okumanızı şiddetle tavsiye ederim
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,605 okunma
Geri117
268 öğeden 256 ile 268 arasındakiler gösteriliyor.