Söyüdlü Arx

İlyas Efendiyev
Tahmini Okuma Süresi:
10 sa. 22 dk.
Sayfa Sayısı:
366
Basım Tarihi:
1974
İlk Yayın Tarihi:
1959
Yayınevi:
Gənclik Nəşriyyatı
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi
Böyle sevgi kitaplarını severim. Sonu kimine göre mutsuz,kimine göre olması gerektiği gibi)) Nuriyye ile Murad bir birlerini gördükleri an seven iki gençtir ve kütüphanede buluşmak için anlaşırlar. Murad asker olduğu için göreve gitmek zorunda kalır ve Nuriye aylarca kütüphaneye giderek onu bekler ve sonunda vazgeçer. Universiteyi bitirdikden sonra tayini bir köye çıkar ama gece vakti yolda yalnız başına kalır ve tesadüf Nuriye ile Muradı yeniden karşılaştırır ama Murad evlidir ve git gide kötüleşen evliliği yüzünden yeniden Nuriyeyi ister ama sizce sonrasında neler olur? Kitabın sonu beni çok ama çok etkilemişti, keşke böyle değilde böyle olsaydı diye çok düşünmüştüm ama bunun bencilce bi düşünce olduğunu fark etdim ve kitabın bitiş şeklini kabullendim ve öyle sevdim kitapı. Kitabı kitab yapan zaten sonluğu değil midir?
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,307 okunma
Söyüdlü Arx
9/10
·224 syf.··
2024 15. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Nisan 2024 05:47
İlyas Efendiyevden okuduğum ilk eserdi, fakat fırsat buldukça diğer eserlerini de okumaya çalışacağım. Kitap Güney ve Kuzey bölgelerinde geçiyor. Yetim büyüyen ve eziyetle geçmiş bir hayatı olan baş karakterimiz Nuriyye nin yaşantısı ustalıkla anlatılmış. Ben kitabı beğendim, tavsiye ederim.
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
Puan vermedi·224 syf.··
2026 18. kitabı
·
23 saatte okudu
·
Okunma: 15 Nisan 2026 18:46
Bazı kitaplar vardır hiç bitmesini istemezsin, bu da öyle bir kitaptır, o kadar etkileyici o kadar hüzünlüydü ki ağlamamak için zor tutdum kendimi. Karakterlerin bir birini çok sevmesine rağmen her ikisinin de başka kişilerle evlenmeleri çok kederliydi. Sonunun böyle bitmesini hiç istemezdim. Nuriye ve Murat'ın kovuşamaması beni çok etkiledi. Güzel ve mutlu bir sonu hak ediyordular.
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
10/10
·185 syf.··
2023 4. kitabı
·
4 saatte okudu
·
Okunma: 18 Ocak 2023 17:14
Salam. Söyüdlü axr kitabını iki gündür ki oxumuşam. Əsərlə bağlı fikirlərimi yazmadan əvvəl iki gün həzm etməyim üçün özümə möhlət verdim. İki gün sonra belə Nuriyyə mənə doğma gəlir. Çox canayaxın personaj idi. İndiyə qədər oxuduğum kitablar arasındakı ən yaxşı qadın obrazı məzh özüdür. Ümumən kitab çox ləzzət verdi. Bəzən ədəbiyyat oxumalarını axsadırıq, ya da bir şey öyrətmir deyib ümumiyyətlə oxumuruq, ancaq bu yaxınlarda bir video gördüm, orada deyirdi ki – Ədəbiyyat bilgi verərək insanları öyrətmir, ədəbiyyat sənə hiss elətdirir və sən sonda əlində sıfır informasiya kitabı bağlasan belə mənəvi olaraq güclü bir dərs almış olursan kitabdakı hər duyğu vəziyyətinə girib çıxaraq. İndi mən də yüz faiz çox şey öyrənmişəm bu kitabı oxuyub. Çünki mən də çox duyğu seli yaşadım kitabda. İki yerdə güldüm, biri yadımdadır ki, Murad gələndə Nuriyyəni yatarkən izlədiyini deyir, Nuriyyə də utanır, deyir bəs, “ deyirlər mən yatanda ağzıaçıq yatıram” hahahaha. Qalan yerlərdə isə çoxca kövrəldim. Son 30 səhifəsini iki saatdan çox zamanda oxumuşam. Cümlələri ağır həzm olunurdu. İndi isə daha ətraflı. Yazarın tərzini çox bəyəndim. Özü, öz yazdıqlarına şərh verirdi sanki. Dialoqlar, hadisələr bir-birinin ardı ilə axır və bir yerdə Nuriyyə özü ilə tək qalıb olub bitənləri qiymətləndirirdi. Məsələn elə anların birində İmi və Cimi qardaşlarından İmi olanına Hümmət “sənin kimi yazarı buralarda tapmaq mümkün deyil” minvalında şeylər deyir, İmi, Hümmətini istehzasını başa düşür, ancaq “ tapmaq olar” deyə cavab verir. Bu barədə Nuriyyə təqribi – “İmi və Cimi kimi adamların həyatda heç vaxt nəinki hücum, heç müdafiə pozisyası tutmayacaq qədər cəsarətsiz olduqlarını fikirləşir. Çünki onlar nə qalib gəlmək nə də məğlub olmaq iqtidarında deyillər. Onlar nə ağ olacaqlar nə qara. Onlar üçün
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,307 okunma
9/10
·223 syf.··
Beğendi
·
2022 20. kitabı
·
3 günde okudu
·
Okunma: 13 Temmuz 2022 00:55
"Söyüdlü arx" İlyas Əfəndiyevdən oxuduğum ilk əsərdi amma son olmayacağına əminəm. Nə qədər də xarici ədəbiyyata üstünlük versəm, hərdən dönüb öz ədəbiyyatımızdan hər hansı bir əsər oxuyanda, digərlərində hiss etmədiyim doğmalığı iliklərimə qədər hiss edirəm. Hadisələr Güney qışlaqla Quzey qışlaq arasında cərəyan edir. Kitabın adı isə hər iki kənd arasında olan arxın adı ilə əlaqədardır. Əsərimizin baş qəhrəmanı yetim böyüyən, öz ayaqları üstündə dayanmağa çalışan taa uşaqlıqdan bütün əziyyətlərə qatlanmış, amma yenə də heç vaxt taleyindən şikayətlənməyən gənc teatr oyunçusu Nuriyyədən gedir. Bəlkə də uzun zamandır ki, bu qədər mükəmməl xarakterli bir qadın obrazlı kitab oxumurdum. Hər şeyi ilə olması gərəkən kimi bir obraz görürük qarşımızda. Bəlkə də olması gərəkəndən artıq. Sevdiyi insanın həyatını özündən daha ön plana qoyan, onun üçün bütün fədakarlığı edən, öz xoşbəxtliyini sevdiyi insanın xoşbəxtliyinə bağlayan, heç kəsin arxasından danışmayan (digərlərinin də danışmağına icazə verməyən) qadınların da cəmiyyətdə öz yerini tapmasına dəstək olan və daha burda saya bilməyəcəyim bir çox özəlliyi özündə daşıyan bir xarakterdən söhbət gedir. Kitabı oxuyarkən Nuriyyənin hərəkətlərini təqdir etsəm də, bitirdikdən sonra düşünürdüm ki, bəs bu qədər fədakarlığa insanlar dəyərmi? Çünki biz fədakarlıqlar etdikcə, insanlar artıq o fədakarlıqları,  bizim borcumuz kimi görür və hər dəfəsində daha artığını istəyirlər. Və artıq sən də  bu çıxmazın içərisində itirsən. Nuriyyə demişkən; "qayda budur: həyat özü həmişə dözümlülərin yükünü artırır." Kitabı bitirdikdə qapağını ağır bir hiss ilə bağladım, yəqin ki, hələ bir neçə gün təsirindən çıxa bilməyəcəm. Hər kəsə bu kitabı oxumağı tövsiyə edir və xoş mütaliələr diləyirəm.
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
Mənəvi dəyərlər və onun cəmiyyətdə rolu.
8/10
·224 syf.·
2026 37. kitabı
İlyas Əfəndiyevin Söyüdlü Arx romanı fikrimcə, Azərbaycan ədəbiyyatında lirik-psixoloji üslubun ən gözəl nümunəsidir. Düzdür, mən bu əsəri ilk dəfə orta məktəb vaxtlarında oxumuş və hələ o zamanlarımda oxuduğum bu kitabın indi mənə hissetdirdiyi duyğuların təmamilə fərqli gəlməyə başladığını gördüm. Məsələn, Nuriyyəni indi daha fərqli baxış pəncərəsindən baxaraq anlamağa başladım sanki. Əsər, Nuriyyənin daxili hisslərini və başına gələn əhvalatı nəql etməsi ilə başlayır. Romanda əsasən, kənd həyatının real mənzərəsi, zəhmətkeş insanların saf duyğularını və cəmiyyətdəki rolu ön plana çəkilir. Amma əsas motiv; Düşüncəmə görə, məhəbbət, sədaqət kimi saf duyğuların tərənnümü və həyatın mənası idi. Dil baxımından sadə, üsubu isə zəngin və lirik üslubun xüsusiyyətlərini özündə daşıyan möhtəşəm bir əsərdir. Ümumiyyətlə, İlyas Əfəndiyevin qələmini çox sevərək mütaliə edirəm. Özünəməxsus qələmi sayəsində bir çox mənəvi və eləcə də, sosial - fəlsəfi düşüncələrin zənginləşməsində əvəzsiz rolu vardır.
Düşünce
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
"Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?"
10/10
·224 syf.··
Beğendi
·
2024 69. kitabı
·
33 saatte okudu
·
Okunma: 23 Mart 2024 21:58
Bəzi kitablar vardır oxumaq istəyib də hər dəfə bir səbəblə oxumağı ertələyərsiniz və bir gün tam da onu oxumaq zamanının gəldiyini düşünüb başlayarsınız oxumağa. "Söyüdlü arx" da mənim üçün o kitablardan idi... Nə yaxşı ki, indi oxudum... Elə gözəl idi ki. Bitməsini istəməyəcək qədər gözəl... Və əminəm ki, daha əvvəl oxumuş olsaydım, bu qədər dərin təsir etməyəcəkdi. Məzmun? Təsirli bir eşq hekayəsi deyib susum... Əsər o qədər gözəl yazılıb, təbiət təsvirləri, kənd həyatı möhtəşəm şəkildə təsvir olunub və elə rəngarəng obrazlar yaradıb ki yazıçı; İmi, Cimi, Nəriman əmi, Murad, Qulu, Qərənfil bacı və s. Bu obrazlar oxuduqca oxucunu gah güldürür, gah da içini sızıldadır. Bir də Nuriyyə var, təbii... Əsas qəhrəmanımız... (Ah Nuriyyə, sən necə güclü, necə dözümlü idin...) Çox sevərək oxuduğum kitab oldu "Söyüdlü arx". Bəzi hissələri gülümsəyərək, bəzi hissələri qəlbimdə bir sızıltı və göz yaşlarımla oxudum... Nuriyyənin həyatından bəzi hissələr vardı, elə qəlbimə toxunurdu ki... Kitabı mənimlə birlikdə oxuyub, oxuduqca da qarşılıqlı şəkildə fikirlərini mənimlə bölüşdüyü üçün @miracleee0808 yə təşəkkür edirəm. Bu kitabın mənim üçün yeri həmişə xüsusi olacaq... Hələ də oxumamısınızsa, tövsiyə edirəm. Kitabla qalın...
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
10/10
·224 syf.··
Beğendi
·
2024 3. kitabı
·
10 günde okudu
·
Okunma: 13 Nisan 2024 15:01
Mən bədii əsər oxumağa İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri ilə başlamışam, hələ də ən sevdiyim əsərlər arasında olduğu üçün "Söyüdlü arx"ın da ən az onun qədər təsirli olacağına əmin idim. Düşündüyümdən daha çox bəyəndim, o qədər doğma idi ki obrazlar, ordakı həyat tərzi.. Bitməsini heç istəmirdim, eyni abu-havanı hiss etmək üçün "Körpüsalanlar"ı yenidən oxumaq fikrinə düşdüm :) Əsər Nuriyyə adlı yetim qızın keşməkeşli həyatından, saf eşqindən, işinə olan sevgisindən bəhs edir. Sevgisi üçün çox fədakarlıqlar edib bəzən səbrimi çox sınadı, amma olsun, hər gözəlin bir eybi var :) Gözləntilərimi artıqlamasıyla qarşıladı, oxumaq istəyən hər kəsə xoş mütaliələr.
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
5/10
·224 syf.··
2025 7. kitabı
·
59 günde okudu
·
Okunma: 20 Eylül 2025 20:46
"Məncə, həqiqi sənətkarın fırçasından heç bir zaman quru müqəvva çıxmaz" "Söyüdlü arx" yazıçının qələmindən oxuduğum ilk əsərdi.Tərif və alqışlarla tövsiyyə olunan Azərbaycan klassiki mənim də diqqətimi çəkmədi deyil.Hələ ki, mövzu bir Azərbaycan qadının öz ayaqları üstə durmasıyla yanaşı, qəlbindəki iztirab hekayəsidirsə...Mövzu axıcı olsa da deməzdim ki gözləntilərimi qarşıladı.Öz adımdan çıxış etsəm, biraz sıxıldım, bu da kitabı uzun müddətə bitirməyimə səbəb oldu.Heç bir halda gözlədiyim kulminasiya nöqtəsinə çata bilmədim,süjet xətti eyni tempdə davam edirdi.Düşünürəm daha maraqlı ola bilərdi.Yazıçının "Körpüsalanlar" əsərini oxumağı nəzərdə tutsam da, artıq qərarsızam.Daha güclü və fədakar qadın obrazları olduğunu nəzərə alsaq,obrazımız biraz kənarda qalır.Amma, yenə də kifayət qədər oxucu tərəfindən abartıldığını düşünürəm.Mövzunu kənara qoysaq,kitabda vaxtaşırı qarşılaşdığım sitatlar məni az da olsa sevindirirdi. Əlavə olaraq kitabda bir məsələnin də işıqlandırılması mənim tam da demək istədiklərimin qələmə alınması kimi oldu. Günümüzdə yazıçı çoxdur...İstedadsız yazıçı isə ondan çoxdur.Pərəstişkarları isə onlardan da çox...Təriflə tövsiyyə olunan kitabı alıb,həm büdcə,həm də zaman etibarilə uduzmaq başqa bir uğursuzluqdur. Bəsit mövzu,vulqar ifadələr,uyğunsuz səhnələr düşünmürəm ki uğurlu yazıçının əsəri ola bilər.Məsələn ad-sanla tanıdığımız həmin o "detektiv əsərlər"-in müəllifi var ki, şans verərək bir kitabın oxudum və tövbə etməyimlə nəticələndi. Ola bilər ki, bu da şəxsə və keyfiyyət anlayışına görə dəyişən amildir.Hər yazıçının dili hər oxucunun zehni və təfəkkür gücünə xitab etməyə bilər.Mövzular məişət üslubu qaydalarına əməl olunaraq anlaşıqlı olmaqla kifayətlənsə də, kütləvi və obyektiv prizmadan yenə də sinifdə qalır.Ən azından bu ölkənin
1000Kitap
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
İlyas Əfəndiyev “Söyüdlü Arx”
Puan vermedi·224 syf.··
2021 19. kitabı
·
4 günde okudu
·
Okunma: 02 Temmuz 2021 01:40
İlk dəfədir ki, hansısa əsər haqqında uzun-uzun fikirlərimi paylaşacağam, ona görə də oxuyacaq olan insanlara öncədən təşəkkürümü bildirir, hansısa səhvə yol verərəmsə bunu mənə bağışlamağınızı rica edirəm. Ən çox əsərdəki obrazların mənə olan qatqıları, məndə oyatdığı hislər barəsində yazmaq istəyirəm. Çünki bu əsərdəki obrazlar oxuduğum əsərlər arasında ən çox qəlbimə toxunan obrazlardan oldular. Bütün obrazların qəlbimdə özəl yeri var, amma mən əsəri oxuduqca məni ən çox təsirləndirən obrazlardan yazacağam. Məsələn, İmi ilə Cimi mənə ancaq sevdiyiniz işdə, sevdiyiniz yerdə xoşbəxt ola biləcəyimi, həvəsim olan peşənin ardınca getməyimi, yalnız o zaman uğurlu ola biləcəyimi öyrətdilər. Sevmədiyin iş üçün nə qədər çalışsam da, hansısa nailiyyət qazana bilməyəcəyimi, Qulunun da onlara dediyi kimi, sadəcə işgüzar işsiz olacağımı öyrətdilər. Qulu… Fədakar dost… Ondan yardımsevərliyi öyrəndim. Dostluğun çox önəmli olduğunu, dostlarım üçün heç bir qarşılıq gözləmədən əlimdən gələnin ən yaxşısını etməli olduğumu, yalnız o zaman həqiqi bir dost ola biləcəyimi öyrəndim. Nəriman əmi…Onun ən çox əzmini, çalışqanlığını, zəhmətkeşliyini sevdim. Çox çalışsam, kiçik addımlarımın qarşımda uzun yollar aça biləcəyinə əmin oldum. Nəriman əmi öz incəsənət sevgisi ilə mənim incəsənət ruhumu daha da alovlandırdı, teatr sevgimi daha da artırdı. Səadət… Ah Səadət, sən çox gözəl qadın olmağına baxmayaraq, özünü necə də məhv edirdin. Səadət mənə həddindən artıq qısqanclıq hissinin əvvəl-axır hüsran gətirdiyini, əsassız şübhələrin insanı, hətta ətrafındakılarını da məhv etdiyini öyrətdi. Amma Səadət eyni zamanda mənə, dinləməyi bacarmalı olduğumu öyrətdi. Bir insanı dinləməyi bacararsam, onun mənim haqsız tərəflərimi deməyinə, mənə göstərməyinə icazə verərsəm, özümə bəlkə də nə qədər qatqım
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma

Yazar Hakkında

İlyas EfendiyevYazar · 37 kitap
Azerbaycanlı yazar. 1972 Azerbaycan Devlet Ödülü ve 1979 Azerbaycan Halk Yazarları ödülünün sahibidir. İlyas Muhammed oğlu Efendiyev 26 Mayıs 1914'te Qaryaginde (şimdiki Füzuli şehri) tanınmış ve saygın tüccar ailesinde doğdu. Nesillerce okumuş ruhani ve zengin tüccar ailesinden çıkmış babası Muhammed 1884 yılında doğdu. Onun anne ve babası tüm Karabağ'da bilinen, fakire, yoksula el tutan, iyi ve asil bir toplum idiler. Bu ailenin bir kolu tüccar soyuna mensup olup alım işleriyle meşgul olmuştur. Diğer kolu ise ruhani eğitimi almış, bilgili hoca ve ulemadan ibaretti. Yazarın babası Muhammed Efendiyev bu ailenin ticaretle uğraşan koluna mensup olmuştur. O, 7-8 yaşında iken babası vefat etmiş, annesi kocaya gitmeyerek tüm ömrünü dört küçük oğlu ile bir kızı yetiştirip ulaştırmaya geçirdi. Muhammed Efendiyev köyde beş yıllık Rus-Tatar okulunu mükemmel fiyatlarla bitirmiş, Rus dilini mükemmel öğrenmiştir. Okulu bitirdikten sonra Qaryaginə taşınarak damadının yanında tarım aletleri satan mağazada çalıştı. Bir süre sonra o ticaretle bağımsız meşgul olmuştur. O, Rusya'nın çeşitli şehirleriyle, Tebriz ve İstanbul'da ticaret ilişkilerine girmiş, birkaç meslektaşı ile birlikte mal getirip satarak servet sahibi olmuş ve büyük saygı kazanmıştır. 1920 yılında Azerbaycan Bolşevikler tarafından işgal edildikten sonra Muhammed çeşitli işletme kontrollerinde çalışmıştır.