Əşyalara, “səliqə” anlayışına və bunun hisslərimizə təsirinin el arasında bildiyimiz qaydalarını kitaba əks olunmuş şəkildə oxudum. Yenidən xatırlamaq daha diqqətli yanaşmağıma kömək etdi. Xüsusilə ətrafdan, evdən bezəndə adamın ağlına min cürə yenilik etmək gəlir, oxuyanda əskik olan şeyin nə olduğunu anlayırsan.
Yaponların minimalistliyinə və səliqə anlayışına heyranam. Bu arada kitabdan dəyərli məlumat öyrəndim, yaponların bu qədər səliqəli olmaqlarının, hətta yerə düşən tək düyünün belə hesabını tutmaqlarının sirri “800 000 allah” qaydasına görə imiş. Belə ki, yaponlara görə təkcə təbiətdə yox, bütün əşyalarımızda, hətta ərzaqlarımızda belə allah gizlənib, bu səbəbdən onlara ehtiramla, sevərək yanaşmaq lazımdır. Bu bizim “şükür içində olmaq, hər şeyə şükür etmək” anlayışımıza uyğun gəlir.