İndi bu uşaqların yanaqlarından qan dammalıydı, çöhrələri gənclik təravəti ilə dolub-daşmalıydı. Amma kiminsə sərt, qaba, zəmanənin özü kimi amansız əlləri onları əzmiş, bütün cizgilərini dəyişib eybəcər hala salmışdı, cındır parçası kimi şiltə-şiltə etmişdi.