Köhnə məktub
Bu nə sevgi məktubudu, İlahi, İndiyəcən ağrıyır hər sözü də,. Yazan qızın nəydi adı ,İlahi, Yaddan çıxıb sifəti də üzü də… Oxuduqca lal sətirlər səslənər, Yavaş-yavaş səsi düşər yadına. Bir hərfdən- qaşı düşər yadına, Bir hərfdən gözü düşər yadına… O gözlərdən yadigar tək varaqda, Göz yaşının ləkəsini görərsən. Birdən donu xışıldayar otaqda, Pəncərədə kölgəsini görərsən…
Şiir
Məktub 30.
Bəzi sualların cavabı sonralar, çox sonralar, köhnə tanış kimi çıxar adamın qarşısına, özü də heç axtarmadığın bir vaxtda, heç gözləmədiyin bir yerdə, baxarsan, deyərsən, aa, hə, odur, özüdür! Yaxınlaşarsan ki, xeyr, sadəcə, bənzətmisən saçından, kirpiyindən, qəmzəsindən.. Məyusca üzr istəyib uzaqlaşarsan.. Rumi demişdi axı, Bir salxımın iki üzüm giləsi kimiydik biz, başqa șüşələrdə șərab olduq..
Sayfa 142 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
İnsan ve Duygular
Yaşamaya vakit kalacak mı
1000k
HƏKİMƏ MƏKTUB Həzin bir nəğmədir ürəyimdəki, Elə hey çağlayar,elə hey daşar, Yarsan-ürəyimdə asta gəz,həkim, Birdən bıçağına arzum dolaşar. Ovcuna çilənsə,qorxma,qan deyil- Büllur bir sevdadır axar sinəmdən, Mənim ki,ürəyim damardan deyil, Asılmış bir qızın hörüklərindən! Həkim, ürəyimi çətin görərsən, Bürünmüş güman ki,dumana,çənə, Güman ki,yaram da köhnəldiyindən Köhnə bir tanıştək yad gələr sənə. Güman ki, ağlarsan,həkim,yenə də, Doğrayıb-qırarsan barmaqlarını, Həkimlər-hər dəfə ürək itəndə, İtirər əlinə etibarını… Vahid Əziz
"Məni bu cür mühakimə etməyin özlüyündə anlaşılmaz idi, ancaq o köhnə günahlar, mənə bəslədiyin nifrət hər şeyi açıb deyirdi... Beləliklə, yenə də bütün varlığım sarsılmalı olurdu, özü də amansızcasına..."
Sayfa 67 - Mini Klassika Seriyası 64 / Qanun Nəşriyyatı·Kitabı okudu
Böyümüş əllər, kiçik qalan dəyərlər
Yenə masa başında oturmuş məktub yazır o 18 yaşlı qızcığaz. Məktub atasınadı. Məktubu bitirib poçta verəcək. Anasıyla yaşayırdı. Anası atasından gördüyü şiddət üzündən evdən kiçik qızını da
Mənim işlərim