g

Gül Şiir

2 üye
Bayatılar
Ay qız, mənim payımsan, Göy yüzündə Ayımsan! Mən səni çox istirəm, Yaxşı mənim tayımsan! Dağlar dağlara baxar, Atəşin bəni yaxar. Həlbət bir gün gələcək,
Sayfa 258 - Qanun nəşriyyatıKitabı okudu
Bayatılar
Hayleylə girdim bağa, Qızıl gülü dərmağa. Qızıl gül bəhanədir Sevən yarı görmağa. Aşiqəm, gül alanda, Gül bitər Gülalanda. Şükri yadıma düşər, Əlimə gül alanda. Məscidin bucağında, Şam yanar ocağında. Baş qoyub, can verəydim, Dostumun qucağında. Əzizim, gəzər bağı, Dost gəlib gəzər bağı. Məhəbbət bir dəstə gül, Açılıb bəzər bağı!
Sayfa 214 - QanunKitabı okudu
Reklam
Bismillah
Atıldı dağlardan zəfər topları, Bürüdü elləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qiz Bəkliyor bizləri zəfər, bismillah! Ey döyünən yürək, dumanlı şəhər, Bilirmisən, bu zor gurultu nədir? Aç sisli qoynunu, ordumuz gəlir, Nişanlın qoynuna girər, bismillah! Ey hərbin taleyi, bizə yol ver, yol! Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sayfa 181 - QanunKitabı okudu
Nəyi pisdi?
Sən hər gecə göylərdə gümüş ay kimi parla, Mən şöləsi titrək çıraq olsam, nəyi pisdi? Sən incə zərif duyğuların məskəni cənnət, Mən orda xəyalən qonaq olsam, nəyi pisdi? Sən bir kitab ol, zövqü olanlar oxusunlar, Mən rəngi saralmış varaq olsam, nəyi pisdi? Sən nur ələyən hər yana büllur saray ikən, Mən torpağa yatmış otaq olsam, nəyi pisdi? Sən çay kimi ax, bəndləri sındır yolun üstə, Mən sadə ve səssiz bulaq olsam, nəyi pisdi?. Sən ruhunu azad ele zülmət qaralıqdan, Mən yarı qara , yarı ağ olsam, nəyi pisdi? Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın... Mən də sənə hərdən dayaq olsam, nəyi pisdi?
Parlaq imzalarKitabı okudu
Bən söylədim dərdimi, Tazə yaşıl yaprağa! Daha dərdim bitmədən O sərildi toprağa
Sayfa 199 - QanunKitabı okudu
Bəncə, dərdin ən yamanı İtirmək dərd anlayanı! Hər yetənə sordum hanı, Göstər bir dərd anlayanı?!
Sayfa 179 - QanunKitabı okudu
Reklam
152 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.