g

Gül Şiir

2 üye · 1 yeni gönderi
Sən məni unuda bilsən...
Sən məni, əzizim, unuda bilsən, Gərək çıxmayasan yaşıl çəmənə. Mən o çəmənlərdən bir bahar çağı Bir dəstə gül dərib vermişəm sənə… Sən məni, əzizim, unuda bilsən, Gərək baxmayasan yağan yağışa. Açıb könlümüzü bir çətir kimi
Suç mənim
Aldanmışam sәrvәtinә dünyanın, Ömrüm-günüm yalan mәnim, puç mәnim. Nahaq yerә yaxasından yapışdım, Tәqsir mәnim, günah mәnim, suç mәnim. Beş-altı gün yas paltarı geyәrlәr, Hәrdәn yaxşı, hәrdәn yaman deyәrlәr. Ehsanımı şirin-şirin yeyәrlәr, Qırxa qәdәr yeddi mәnim, üç mәnim. Qәlәm alsın baş daşımı yazanlar, Bel götürsün mәzarımı qazanlar. Ay Zәlimxan, ağı desin ozanlar, Kәfәn mәnim, karvan mәnim, köç mәnim. 🍂
Zəlimxan Yaqub
Zəlimxan Yaqub
Reklam
Əynindən soyunub qaranlıqları; Qədərin hökmündən ayrılıb gəlir, Pərvanə can atır şam işığına, Gecənin içindən sıyrılıb gəlir. Necə möcüzədi, İlahi, görən Ölümə gələnlər beləmi gəlir?! Əcəli gizlənib qanadlarında, Ömürdən sıyrılıb ölümə gəlir. Ocaq deməliyik, pir deməliyik, Dünyanın dərdini daşıyanlara. Qaranlıq dünyaya nur deməliyik, Pərvanə ömürü yaşayanlara! Sevgisi ömrüdü! Bu sevgisiylə Tək gəlib dünyaya, cahana Tənha! Mənim xislətimdə pərvanəlik var, Tənha - pərvanədir, pərvanə - Tənha!... Gülağa Tənha ©
Sevə bilməzsən
Hələ qəlbimizdə xatirə izi, Hələ ayrılığın nəmlidir gözü, Hələ ki sevirik bir-birimizi, Başqa birisini sevə bilməzsən. Gör neçə nəğmənin bəstəsi qalıb, Bu ocaq sönübsə, tüstüsü qalıb, Əlində əlimin istisi qalıb, Başqa birisini sevə bilməzsən. İncidib, qəlbimə dəyə bilmirsən, Yolunu bir yolluq əyə bilmirsən, Mənə "yox" sözünü deyə bilmirsən, Başqa birisini sevə bilməzsən. İl keçir, ömürdə xatirə qalır, Bahar güllərimiz qönçədə solur, Hələ ki gözlərin məni axtarır, Başqa birisini sevə bilməzsən. Axar gözümüzün yaşı qurumaz, Deyirdik bu ilqar, peyman pozulmaz, Belə sevə-sevə ayrılıq olmaz, Başqa birisini sevə bilməzsən.
Nüsret Kesemenli
Nüsret Kesemenli
Yenə gəlib yaz ayları, Bülbül gülə naz eyləyir, Sevirəm sözün deməyə, Dodaq dilə naz eyləyir. Tamam xəyala dolmuşam, Ürəyi al-qan olmuşam, Görüb yarımcan olmuşam, Bilə-bilə naz eyləyir. Bənövşələr əlindədir, Gümüş kəmər belindədir, Tül libası əynindədir, Bədən tülə naz eyləyir. Aşıq Əhliman ©
Gecəyarı qapıları döyməyin
Gecəyarı qapıları döyməyin, Ürək var ki, tıqqıltıya dayanar. Gecəyarı qapıları döyməyin, Yetim var ki, möcüzəyə inanar. Gecəyarı qapıları döyməyin, Ata var ki, yuxu bilməz həsrəti Ana var ki, namaz üstə yaşayır Oğul var ki, başa çatıb xidməti. Gecəyarı qapıları döyməyin, Bir möcüzə saxlayıbsa sizi sağ, Bu dünyadır, vallah- billah bilinməz Qapı açıb, kim qarşıya çıxacaq? Gecəyarı qapıları döyməyin, Haradasa “Ev yiyəsi!”- deyən var, Gecəyarı evinizə tələsin, - Bəlkə sizin qapını da döyən var.
Zülfüqar Rüfətoğlu
Zülfüqar Rüfətoğlu
Reklam
105 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.