g

Gül Şiir

2 üye
Könlünə baxıb gözlərinin pəncərəsindən Məndən utanan sirləri gizlincə biləydim.
Sayfa 69 - Parlaq imzalarKitabı okudu
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, Bir zaman kuyində ziyarətimdir. Qiblə deyib, qaşlarına baş əymək - Gecə-gündüz mənim ibadətimdir. Hər nə desəm, sən incimə sözümdən, Sərxoşunam, yox xəbərim özümdən, Şol qamətin yayınanda gözümdən, Sanasan ki, həşrü qiyamətimdir. Bağlamışam din-imanı zülfünə, Mənim kimi heyran hanı zülfünə, Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Sənsən mənim ayım, günüm, hilalım, Dövlətim, iqbalım, cahım, cəlalım, Gözəl üzün daim fikrü xəyalım, Sözün dildə şirin hekayətimdir. Sonalar xəcildir siyah telindən, Tutilər lal olur şirin dilindən, Şikəstə Vaqifəm, sənin əlindən Hər kimə ki, yetsəm, şikayətimdir.
Sayfa 81 - Kitab KlubuKitabı okudu
Reklam
M.zade

M.zade

@Sama_
·
1ay
Yenə də qələmi aldım əlimə, Sevirəm kəlməsi yatmır dilimə, Sevsəm də çatmadım mən öz gülümə, Dünyadan, sevgidən nakam gedirəm. Dünyanın işləri belədir, nədən? Sevərək ayrıldım öz gülümdən mən, Çıxara bilmirəm onu qəlbimdən, Dünyadan, sevgidən nakam gedirəm. Nə zaman mən gizli sevmişəm onu, Şeirdə, qəzəldə gəzmişəm onu, Ömrüm tükənibdi, gəlibdi sonu, Dünyadan, sevgidən nakam gedirəm.
qurbanıyam mən
Bir fitnə tellinin, üzü xallının, Bir şirin dillinin qurbanıyam mən. Bir qənd məqallının, ləb zülallının, Bir ağzı ballının qurbanıyam mən Bir süsən muylunun, səmən boylunun, Fəriştə xoylunun, mələk soylunun, Bir cənnət kuylunun, tuba boylunun, Bir şümşad qollunun qurbanıyam mən. Bir gözü şərlinin, cəng nəzərlinin, Zülfü ənbərlinin, müşk tərlinin, Bir səmənbərlinin, zər kəmərlinin, Bir incə bellinin qurbanıyam mən. Bir çox ülfətlinin, məhəbbətlinin, Bir mərhəmətlinin, şəfəqqətlinin, Bir pəri tellinin, gün tələtlinin, Bir məhcəmallının qurbanıyam mən.
Sayfa 57 - Kitab KlubuKitabı okudu
Yalan deyil
Bir gül dərdim yar bağından Gül saralıb solan deyil Çox sevənlər görüb dünya Sənə mənə qalan deyil. Oyna sevdiciyim oyna Qəm qüssəni yaxın qoyma Doğransamda qıyma-qıyma Könül səndən dönən deyil. Yaşayırıq ömür təzə Baxmaram bir özgəsinə And içirəm sevgimizə Bu məhəbbət yalan deyil. Öz haqqındır sən öyünsən Mən yer oğlu , sən göyünsən Könlüm bilir ərköyünsən Her sözünə sınan deyil.... © Fəxrəddin Ziya
Nazrin Najaff

Nazrin Najaff

@_najaffli_
·
2ay
Söyüdləri oxşayaydım əlimlə, Sevinəydim çəmənimlə, çölümlə. Durnaları əyləyəydim dilimlə, Arzularım qönçəsindən çıxaydı, Saçlarıma yaz yağışı yağaydı. Çəkiləydi göy üzündən duman, çən, Yollar çiçək bitirəydi dizəcən. Gül ətrindən məst olaydı yol keçən, Arzularım qönçəsindən çıxaydı, Saçlarıma yaz yağışı yağaydı.
Sayfa 113Kitabı okudu
Reklam
256 öğeden 241 ile 250 arasındakiler gösteriliyor.