Gül Şiir

Gül Şiir

2 üye · 6 yeni gönderi
İtirdi
Bülbül gülünü seyri-gülüstanda itirdi, Bir damlanı sanki gəlib ümmanda itirdi. Bir böylə əzabə dözərək dinmədi könlüm, Təmkinini gəldi şəbi-hicranda itirdi. Leylini görüb Qeys, başından çıxıb əqli, Gör bir neçə il topladı, bir anda itirdi. Kafir demə Sənanə baxıb, ey dili-qafil, İman ilə dini rǝhi-cananda itirdi. Az-maz ki, ağıl qalmış idi Fəhmidə, ey gül, Getdi onu da çöllü-biyabanda itirdi.
Sayfa 95 - Parlaq imzalarKitabı okudu
qurbanıyam mən
Bir fitnə tellinin, üzü xallının, Bir şirin dillinin qurbanıyam mən. Bir qənd məqallının, ləb zülallının, Bir ağzı ballının qurbanıyam mən Bir süsən muylunun, səmən boylunun, Fəriştə xoylunun, mələk soylunun, Bir cənnət kuylunun, tuba boylunun, Bir şümşad qollunun qurbanıyam mən. Bir gözü şərlinin, cəng nəzərlinin, Zülfü ənbərlinin, müşk tərlinin, Bir səmənbərlinin, zər kəmərlinin, Bir incə bellinin qurbanıyam mən. Bir çox ülfətlinin, məhəbbətlinin, Bir mərhəmətlinin, şəfəqqətlinin, Bir pəri tellinin, gün tələtlinin, Bir məhcəmallının qurbanıyam mən.
Sayfa 57 - Kitab KlubuKitabı okudu
Reklam
Quruyar
Qəlb yanır öylə ki, dərya ola dövrəm, quruyar Ol səbəbdəndi gözüm həm yaşarar, həm quruyar. Bülbülün göz yaşıdır gülşənə can bəxş eliyən Rəsmdir, bir gülün olmazsa dibi nəm, quruyar. Tapmadım dərdə dəva hər tərəfi gəzsəm də, Məni-naçara çatanda bütün aləm quruyar. Dedilər, Kəbədədi çarən, o bəxt məndə ki var Bilirəm bassam ayaq Məkkǝyǝ, Zəmzəm quruyar. O gülə dərdlərimi, Fəhmi, deyə bilməyirəm Görcək hər dəfə camalın, dilim ol dǝm quruyar.
Sayfa 116 - Parlaq imzalarKitabı okudu
Sevdiyim, ləblərin yaquta bənzər, Sərasǝr dişlərin dürdanədəndir. Sədəf dəhanından çıxan sözlərin Hər biri bir qeyri xəzanədəndir. Nədəndir sözümə cavab verməmək, Həm camal gizləyib, üz göstərməmək. Gecələr gözlərim xabı görməmək,
Sayfa 5 - Kitab KlubuKitabı okudu
Ola
Yarının vəslinə hər kim çalışır nail ola, Əhli-eşq içrə gərəkdir yetişib kamil ola. Gəzdi könlüm quşu, heyhat özünə tapmadı yer, Yarımın saçları içrə ona kaş mənzil ola. Yarı gördükdə başımdan elə çıxmış əqlim, Qayıdıb bir də çətin öz yerinə daxil ola. Dedi, yar iftara qalmış, sənə gəl busǝ verim, Neynirəm busəni indi, ourucum batil ola. Fəhmiyə cövr eləmə gəl bu qədər, ey afət, Şahımızsan, nə deyim, şah gǝrǝk adil ola.
Sayfa 103 - Parlaq imzalarKitabı okudu
Qalıb
Eşqdən ki ürəyimdə bu qədər yarə qalıb, Kimsə dərman edə bilməz, ümidim yarə qalıb. Həm vüsal istəyirəm, həm də ki hicran qəmini, İki xülya arasında könül avarə qalıb. Səni görcək özünü öylə itirmiş könlüm, Neçə vaxtdır ki, özün axtara-axtarǝ qalıb. Çəkcəyin qəm bıçağın üstümə hicran, gördüm Ürəyim yoxdu, yerində neçə yüz parə qalıb. Qalmadı kimsəyə borcum bu cahanda, ey dil, Bircə can borcu qalıb ki, o da dildarə qalıb. Paylananda hamıya bəxt, mənim bəxtimdən Çatdı növbəm, dedilər - ağ qurtarıb, qarə qalıb? Fəhminin fikrü-xəyalı yenə göylərdə gəzir, Ev-eşik dərdini çəkmək isə İlqarə qalıb.
Sayfa 77 - Parlaq imzalarKitabı okudu
Reklam
262 öğeden 141 ile 150 arasındakiler gösteriliyor.