...buradan belə çıxdı ki, kitablar yalan yazmır, aldatmır. Hə də, mənim xoşuma gəldi. Bütün bunlar ürəyimdən keçdi, elə indi də keçir. Mən sizin evinizin havası ilə nəfəs almaq istərdim. İstərdim, ətrafımda kitablar, tablolar və hər cür qəşəng şeylər olsun, adamlar da sakit və yavaşdan danışsınlar, təmiz geyinsinlər, onların fikirləri də saf, aydın olsun.