Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
8/10
·74 syf.··
Beğendi
·
2026 4. kitabı
·
3 günde okudu
·
Okunma: 21 Haziran 2026 12:08
Frans Kafkanın "Dönüşüm" əsərini oxuyarkən məni ən çox düşündürən mövzulardan biri insanın ona ehtiyac duyulduğu müddətdə dəyərli sayılması oldu. Təəssüf ki, bu münasibət bəzən ən yaxınlarımızda, hətta ailə daxilində belə özünü göstərir. Gregor işləyib ailəsinin bütün maddi yükünü çiynində daşıyarkən hər kəs onun qayğısına qalırdı. O, öz istəklərini bir kənara qoyaraq ailəsi üçün yaşayır, qazandığı bütün pulu onlara verirdi. Hətta maddi çətinliklərə baxmayaraq, bacısını konservatoriyada oxutmağı xəyal edirdi. Lakin Gregor çevrildikdən və ailəsinə maddi dəstək verə bilmədikdən sonra ona münasibət də dəyişməyə başladı. Əvvəllər onunla maraqlanan bacısı belə zaman keçdikcə yoruldu, bezdi və ondan uzaqlaşdı. Bu isə insanın dəyərinin bəzən şəxsiyyətinə görə deyil, faydasına görə ölçüldüyünü göstərən acı bir həqiqətdir. Əsərdə diqqətimi çəkən digər məqam isə Gregorun dörd divar arasında məhkum kimi yaşaması idi. Otağı onun üçün həm sığınacaq, həm də həbsxanaya çevrilmişdi. Bir vaxtlar adi və yorucu görünən işə getmək, küçədə gəzmək, insanlarla ünsiyyət qurmaq kimi şeylərin əslində nə qədər böyük nemət olduğunu Gregorun yaşadıqları vasitəsilə daha yaxşı anlayırıq. İnsan azadlığını itirəndə, gündəlik həyatın ən sadə imkanlarının belə nə qədər dəyərli olduğunu dərk edir. Dönüşüm Franz Kafka
1000Kitap
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022268bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
8/10
·420 syf.··
2026 10. kitabı
·
7 günde okudu
·
Okunma: 21 Haziran 2026 11:31
Sonuna çox əsəbləşdiyim bir kitab oldu.Ümumilikdə axıcı bir kitab olsa da,sadə cümlələri məni az da olsa sıxırdı.Kitabı tam ciddi qəbul edə bilmirdim,sanki 15-16 yaşlı biri yazıb deyə hiss edirdim. Mövzusu global problemlərdən biridi,baxmayaraq ki illər öncədən bəhs edir ,amma hələ də azyaşlı ərə verilən qızlarımız mövcuddur.Davamlı olaraq camaatın düşüncəsinə görə hərəkət olunmasına çox əsəbləşdim.Ailələrdə oğlanların sözünün üstün tutulub,qızlara əşya kimi davranılması,qısaca gender bərabərsizliyi də öz əksini tapır.Həyatını davamlı olaraq kiməsə- atasına,qardaşlarına,evlənəndən sonra yoldaşına,uşaqlarına həsr etsə də sonra öz payına çata bilmir.Amma Məsumə güclü ana obrazında həqiqətən oxucuya təsir edə bilir.Tarixi mövzuları əks etdirməsi,müharibə dövründən bəhs edilməsi də gərginliyi hiss etdiri.Kitabda bəyənmədiyim hissə hadisələrin çox sürətli və sanki üstündən keçilirmiş kimi yazılması oldu. Çərpələng Uçuran kitabına görə dili çox daha sadə idi,bunu sevmədim
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,409 okunma
Puan vermedi·48 syf.··
2026 11. kitabı
"Para ölümü zehirlerse ölümden bir tek öfke çıkar" – məhz fransız naturalizminin atası Émile Zola-nın "Nasıl Ölünür" (Comment on meurt) kitabının ana ideyasını, ruhunu əks etdirir. Zola bu qısa, amma sarsıdıb insanı silkələyən əsərində olduqca çılpaq bir sual verir: Ölüm hamını bərabərləşdirirmi? Müəllif bu suala "Xeyr" cavabını verir. O, cəmiyyətin 5 fərqli təbəqəsindən (aristokrat, burjuva, xırda dükançı/esnaf, fəhlə və kəndli) olan insanların son nəfəslərini və sonrasını 5 qısa hekayədə təsvir edir. Zola göstərir ki, insan necə yaşayırsa, elə də ölür; sosial siniflər, kapital, pul və status insanın yalnız həyatını yox, onun ölüm döşəyini, tabutunu və arxasından tökülən göz yaşlarını da formalaşdırır. Kitabdakı 5 fərqli ölüm portreti təxminən belədir: 1. Aristokratın Ölümü (Qraf de Çalye): Ölüm tam bir teatr səhnəsidir. Hər şey protokollara, "soyadın şərəfinə" uyğun idarə olunur. Əsl kədər yoxdur, sadəcə cəmiyyətə nümayiş etdirilməli olan "alicənab bir yas" rolu var. 2. Burjuvanın Ölümü (Madam Guérard): Həyatı boyu rahatlıq və lüks içində yaşamış bu təbəqə üçün ölüm böyük bir qorxu, qəbul edilə bilməyən bir təhdiddir. Həkimlər, dərmanlar və pul tökərək ölümdən qaçmağa çalışırlar, lakin qaçış yoxdur. 3. Xırda Dükançının Ölümü (Madam Rousseau): Pul qazanmaq hər şeydən üstündür. Qadın yuxarıda can çəkəndə belə, həyat yoldaşı müştərilərə mal satmaq, qəpik-quruş hesablamaq məcburiyyətindədir. Çünki dükkanı bircə saatlıq bağlamaq maddi itki deməkdir. Ölüm yatağında belə pulun zəhəri var. 4. Fəhlə Ailəsinin Ölümü (Kiçik uşaq - Charlot): Yoxsulluq içində yaşayan fəhlə ailəsində ölüm bəzən "boğazın birinin azalması" kimi acı bir rahatlıqla qarşılanır. Çarəsizlik, tibbi yardıma çata bilməmək və ölümün gətirdiyi o soyuq, kimsəsiz reallıq bura hakimdir. 5. Kəndlinin Ölümü
Nasıl ÖlünürEmile Zola · Can Yayınları · 202024,4bin okunma
Dante Alighieri – The Divine Comedy
Puan vermedi
Bəzi əsərlər var ki, onları sadəcə oxumaq olmur; onları anlamağa, hiss etməyə və üzərində düşünməyə çalışırsan. “The Divine Comedy” mənim üçün məhz belə əsərlərdən biri oldu. İlk baxışda bu əsər Cəhənnəm, Əraf və Cənnətə edilən mistik bir səyahət kimi görünə bilər. Lakin oxuduqca anlayırsan ki, Dante yalnız axirət dünyasını təsvir etmir. O, insanın qorxularını, günahlarını, ümidlərini və mənəvi axtarışını poetik bir dillə qələmə alır. Əsər eyni zamanda insanın qaranlıqdan işığa doğru olan daxili səyahətidir. Dantenin yaratdığı dünya son dərəcə təfərrüatlı və təsirlidir. Xüsusilə Inferno hissəsində qarşılaşdığı obrazlar və onların taleləri uzun müddət yadda qalır. Hər cəza, hər məkan və hər personaj müəyyən bir simvol daşıyır və əsəri sadəcə bir hekayədən daha artıq bir şeyə çevirir. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqamlardan biri onun yüzilliklər əvvəl yazılmasına baxmayaraq, insan təbiəti haqqında söylədiklərinin bu gün də aktuallığını qoruması oldu. Günah, vicdan, ədalət, sevgi, peşmançılıq və ümid kimi mövzular əsərin hər səhifəsində hiss olunur. Bu baxımdan The Divine Comedy yalnız orta əsr ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Əsər bəzən mürəkkəb və çoxsaylı istinadlarla zəngin olduğu üçün diqqətli oxu tələb edir. Lakin göstərilən səbr öz bəhrəsini verir. Çünki kitab yalnız bir dövrün düşüncə tərzini deyil, insanın özünü anlamaq cəhdini də əks etdirir. The Divine Comedy mənim üçün sadəcə bir klassik deyil, həm də insan ruhunun və mənəvi axtarışının möhtəşəm poetik təsviri oldu. Bəzi kitablar zamana məğlub olur, bəziləri isə əsrlər keçsə də öz gücünü qoruyur. Dante Alighierinin bu əsəri məhz ikinci qrupdandır. 8/10
İlahi KomedyaDante Alighieri · Alfa Yayınları · 2021240 okunma
Puan vermedi·224 syf.··
2026 32. kitabı
Herbert Uelss - “Görünməz adam” Siz heç görünməz olmaq istəmisiniz? Mən istəmişəm. Amma bu kitabdan sonra istəyimi bir daha nəzərdən keçirməyə qərar verdim. Çünki görünməzliyin insanın başına nələr gətirə biləcəyinə bu kitabda bir daha şahid oldum. Kitabı sonuncu uşaq festivalından əldə etmişdim, üz qapağı və adı diqqətimi çəkmişdi. Kitab gözləntilərimi tam qarşılamadı amma pis kitab da deyildi. Bir fizik alimi işıqla bağlı araşdırmalar edərkən təsadüfən görünməz olmağın yolunu kəşf edir və bunu öz üzərində yoxlayır. Lakin bu vəziyyət başına böyük bəlalar açır. Bir müddət sonra köhnə halına qayıtmaq istəyir. Kitab da bizə onun görünməzlikdən sonrakı həyatını və bu bəladan qurtulmaq üçün çəkdiyi əziyyətləri danışır. Kitab görünməz adamın Aypinq adlı qəsəbədəki mehmanxanada otaq tutması ilə başlayır. Məqsədi araşdırmalarını burada gizlicə davam etdirməkdir. Amma üz-gözünün sarğılarla bağlı olması, eynəyi və paltosu ilə dərhal diqqət çəkir. Görkəmi adama dəlini və ya polisdən qaçan birini xatırladır. Onun əslində kim olduğunu və niyə bu hala düşdüyünü isə ancaq oxuduqca öyrənirik. Kiçik həcmli bu kitabı (128 səh.) sanki iki hissəyə bölmək olar. İlk 60-70 səhifəsi elə bil ancaq səs-küylü, hay-küylü qaçdı-tutdu səhnələrindən ibarətdir: Onu tutun, öldürün, o yıxıldı, bu durdu, o vurdu, bu qaçdı... Adam sağ qalmağa çalışır, qəsəbə camaatı isə onu tutmaq istəyir. İlk hissə ancaq belə keçdiyi üçün mənə bir az sıxıcı gəldi. Amma ikinci hissədə bu insanın niyə bu günə düşdüyü, indi nə etmək istədiyi kimi bütün sirlər aydınlaşır. Buna görə də kitabın ikinci hissəsi mənə daha maraqlı gəldi. Kitab inandığı hər kəs tərəfindən aldadılan, avam kütlə tərəfindən qəddarcasına tənhalığa itələnən bir alimin həyatından bəhs edir. Bir tərəfdə çıxış yolu axtaran istedadlı alim, digər
Görünməz AdamH. G. Wells · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 010,6bin okunma