Levin için koca bir dünyaydı. Babasının ve annesinin yaşadıkları ve öldükleri bir dünyaydı bu. Levin’e her bakımdan mükemmellik ideali olarak görünen, kendi karısıyla ve ailesiyle de yeniden canlandırmayı hayal ettiği bir hayat sürmüştü onlar.
Levin, Nikolay ağabeyinin ruhunda, ruhunun en temelinde, yaşamındaki bütün çirkinliğe karşın en az kendisini hor gören insanlar kadar haklı olduğunu hissediyordu. Böyle taşkın bir karakterle ve kıt bir akılla doğmuş olması onun suçu değildi. Ama her zaman iyi bir insan olmak isterdi.
Ah, əxlaq müdərrisi! Başa düş ki, iki cür qadın var: onlardan biri öz hüququnu müdafiə edir və bu hüquq da sənin məhəbbətindən ibarətdir ki, artiq sən bunu ona verə bilmirsən; digəri isə hər şeyini sənə qurban edir və əvəzində səndən heç bir şey istəmir. İndi belə bir vəziyyətdə sən nə etməlisən? Bu, dəhşətli dramdır.
-Əgər sən bu barədə mənim rəyimi bilmək istəyirsənsə, sənə deməliyəm ki, mən burada bir dram olduğuna inanmıram. Ona görə ki, məncə, məhəbbət... hər iki məhəbbət, xatirindədirmi, Platonun " Ziyafət" əsərində müəyyən etdiyi hər iki məhəbbət insanlar üçün bir məhək daşı misalındadır. Bəzi adamlar bu məhəbbətin birini, başqaları isə digərini qəbul edirlər. Və yalnız qeyri-platonik məhəbbəti qəbul edən adamlar əbəs yerə dramdan danışırlar. Belə bir məhəbbətdə heç bir dram ola bilməz. "Mənim əzizim, mənə bəxş etdiyiniz nəşə üçün sizə acizanə təşəkkür edirəm", budur, bütün dram bundan ibarətdir. Platonik məhəbbət üçün isə yenə də heç bir dram ola bilməz, çünki belə bir məhəbbətdə hər bir şey aydın və təmizdir, Ona görə də...
Bu anda Levin öz günahlarını və keçirdiyi daxili mübarizəni xatırladı. Və o qəflətən: - Amma, bəlkə də sən haqlısan, -əlavə etdi. - Lakin mən bilmirəm, mən heç bir şey bilmirəm.
Dəhşətli orasıdır ki, biz yaşlı adamlar, keçmişimizdə məhəbbət yox, günahları olan biz... birdən-birə pak və məsum bir xilqətlə yaxınlaşırıq; bu nə qədər murdar, nə qədər yaramazdır, buna görə özünü ləyaqətsiz bir şəxs kimi hiss etməməyi bacarmırsan.