Dedim:-Ey gül nə rəvadır belə fəryad eləyim?
Dedi:- Əvvəl de nədir niyyətin imdad eləyim.
Dedim:-Artıq çəkir aləm mni nəcnuna misal
Dedi:-Leyla kimi cəhd etməmişəm ad eləyim.
Dedim:-İnsaf elə,can ver bu ölən sevgimizə
Dedi :- İsa deyiləm möcüzə icad eləyim.
Dedim:Olmaz məni şad eyləyəsən ,Ey zalım?
Dedi:-Öyrəşmişəm aşiqləri naşad eləyim.
Dedim :-Ey şah ,məqam eylə könül taxtında
Dedi:-Vaxtım var o viranəni abad eləyim?
Dedim:-Olmuş yenə könlüm quşu zülfündə əsir,
Dedi:- Bitsin bu cəza müddəti azad eləyim.
Dedim:-Azad eləmə ,yad elə Pünhanı ,gülüm
Dedi:-Yad etdiyim insanı necə yad eləyim?