Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
HƏYAT - diri və canlı olmaq deməkdir. Allah həyat sifəti ilə vəsf olunur. Bu sifəti Allah-təalanın Zatına vacib olan sübut sifətlərin ilkidir və Zati-İlahidən əsla ayrılmayan bir sifətdir. Çünki vücudun, varlığın kamal diri olmaqla gerçəkləşir. Lakin Allaha xas olan həyat məxluqatda görünən, maddənin ruh ilə birləşməsindən əmələ gələn keçici (fani) və maddi bir həyat olmayıb əzəli və əbədidir, bütün həyatlarını qaynağı olan həqiqi bir həyatdır.
Çünki insanın imkanlarının məhdudluğunu dəyərləndirməsi, bu xüsusiyyətinin fəaliyyətinə təsiri, sevmək qabiliyyəti, məhdudiyyətlər çərçivəsində davranışı - məhdudiyyətlər çərçivəsində iztirabları ilə barışması - onun hələ də bəşəri dəyərlərə əməl etmək iqtidarında olduğunu göstərir.
Sayfa 45 - TEAS Press / 2023Kitabı okudu
Reklam
"Ağıl təkbaşına bəşəriyyətə nicat verməyə qadir deyil. Avropa mədəniyyətinin ən böyük nöqsanı budur ki, o, bəşəriyyət gəmisini təkcə ağıl ilə (ruh, vicdan və imanla əlaqəsi olmadan, yalnız ağıl ilə) təhlükədən qurtarmaq istəyir". "Avropa utopiyası heç vaxt onun həyatında canlı amilə çevrilməmişdir". Avropa utopiyasında məqsəd Avropa idealizmi, Avropa mədəniyyətinin bəşəriyyətə verdiyi ideallar, yaratdığı məsləklər, ortaya çıxardığı və onlara qoşulacağı təqdirdə bəşəriyyətə nicat verməsini güman etdiyi "...izm"lərdir. İqbal deyir ki, bu "...izm"lər, həqiqətən, avropalılıq mahiyyətini dəyişdirib onu ümumi insani mahiyyət edə bilmədi. O, söz-söhbət səviyyəsindən qabağa gedə bilməyib. Daha sadə dillə desək, avropalı və Avropa dildə, yazıda və bəyanat verəndə ədalət, yaxşılıq, gözəllik və humanizmdən çox dəm vurur, amma bunlar onun ruhundan deyil, ağıl və düşüncəsindən qaynaqlandığı üçün vicdanında iz buraxmayıb. Avropalı dildə insan deyir, amma əməldə insanı sevmir və humanist deyil. İnsan haqlarından danışır, amma əməl və gerçəklikdə insana və insan hüququna hörmətə inanmır. O öz "...izm"lər mədəniyyətinə görə azadlıq deyir, amma, əslində, onun öz ruhunun dərinliklərində azadlığa imanı yoxdur. Dildə bərabərlik və ədalətdən danışır, lakin vicdanının dərinliklərində ədalət və bərabərliyə bağlı deyil.
Əslində hər bir insanda mövcud olan vicdan adlı bir şey var ki,onun nə olduğunu indiyə kimi heç kəs tam mənası ilə anlamayıb.Bəlkə də vicdan bizim məkanı,forması,kimliyi və necəliyi barədə heç nə bilmədiyimiz Tanrının hər bir insanın içində qərar tutan zərrəsidir və məqamında dilə gəlib insana düz yol göstərir,onu ədalətə,dürüstlüyə səsləyir.İnsanlar həmin zərrənin adına "vicdan" deyirlər və deməli,əslində vicdanı olmayan insan yoxdur,sadəcə,vicdanının səsini dinləyib əməl edən,dinləyib əməl etməyən və ümumiyyətlə,dinləmək istəməyən insanlar var bu dünyada.
Qorxudan xəstəlik - başağrısı əmələ gəlmişdi, başağrısından səhvlər, səhvlərdən ümidsizlik, ümidsizlikdən isə çılğınlıq törəmişdi.
Erix Fromm deyirdi ki, insan ictimai varlıqdır, o mütləq kiməsə tabe olmalıdır. Bəli, məhz tabe olmalıdır. Axı biz milyon illərlə primat olmuşuq və alfa erkəyə itaət etmişik. O nə etmək lazım olduğunu deyirdi və bütün qəbilə onun göstərişlərinə əməl edirdi. Meymunların üstünlüyü onda idi ki, cəngəlliklərin dərinliyində yaşayır və çox nadir hallarda başqa icmalarla qarşılaşırdılar. Onlar üçün hər şey aydın idi: bir meşə, bir ölkə, bir qəhrəman, bir tarix və bir mümkün yol var. Bəs bizdə necədir? Bizdə arxasınca getməyin mümkün olduğu minlərlə alfa erkək və alfa dişi var. Mahatma Qandidən tutmuş Teylor Sviftə qədər - hamısı insanları öz arxasınca aparır. Lakin kimin ən birinci yerdə olduğunu necə müəyyən etmək olar?
Sayfa 266Kitabı okudu
Reklam
Hər bir insan öz taleyinin yazıçısıdır. Tale insanın öz qələmi ilə yazılır. Bu qələmin mürəkkəbi gözəl niyyət, gözəl əməl və gözəl dua olarsa, tale də gözəl və mənalı olar. Başqalarının bu qələmi əlindən alıb, həyatına qara ləkələr salmasına icazə vermə.
Sayfa 370Kitabı okudu
"Şübhəsiz ki, insan üçün öz səylərindən və əməyindən başqa heç nə yoxdur. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır".
Sayfa 303 - Qurani-Kərim, 53/39-40Kitabı okudu
ver bana :d
Baştan Çıkarma Yağı tarifini veriyorum. Aşk büyülerinizin etkisini artırmak için bu yağı her gün parfüm gibi sürünün. Aşağıdaki malzemelere ihtiyacınız olacak. 2 çay kaşığı karanfil 50 ml yağ (ham zeytin yağı ya da iyi kalite ayçiçek yağı) Verbena kökü (tutkuları ateşlediği söylenir)
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.