m sinan

m sinan
𝐊.𝐚𝐭𝐚𝐭𝐮𝐫𝐤 ^ Hukuk ^ Tarih ^ Müzik ^ 突騎施索葛莫賀部
Hələ 1937-də mixi yazılar üzrə görkəmli alim Benno Landsberger böyük ehtimalla qutlari qədim türk boyu kimi gündəmə gətirmişdir. Bu münasibətlə o yazırdı: «Gurium yaxud Kutium xalqının adındakı akadca nisbət şəkilçisi olan qismini ayırsaq, kut qalır. Əgər çox mühüm olan əla-mətlər bizi aldatmırsa, tarixdə türklərlə ən yaxın bir surətdə münasibətdə olan, hətta bəlkə də, eyniyət göstərən tayfa budur.»
Sayfa 237 - 2. bitik
Tarih
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Prototürk boylarından olan subarlar sonrakı çağlarda təkcə azər və türkmənlərin deyil, bulqar (tatar), karaçay-balkar, başqord, qırğız-qazax xalqlarının da tərkibində görünür. Eyni durumu müəyyən fərqlərlə lulu, qut, turuq, kuman boylarına da aid etmək olar.
Sayfa 237 - 2. bitik
Tarih
Baxmayaraq ki, bulqar xanı Kurum özündən üç minil əvvəl Qut çarı olmuş (m.ö. 2141-2140) Kurumun adını daşıyır, onun xələfləri isə tədricən türk adlarını da dəyişmişlər. Belə ki, Kurum xanın (803-814) soyundan olanlar Omurtaq (819-831) və Malamirdən (831-836) sonra I Boris (Barış) Mixail (852-889), I Simon Veliki (893-927), Anna, Piotr və Roman kimi adlar daşıyırlar.
Sayfa 231 - 2. bitik
Tarih
Göytürk yazısında Qapağanın m.ö. XIX-XVII əsrlərdə Urmu yaxasındakı Turuk bəyliyinin tarixinəcən uzanan 65 babasından söz açması, rənglərin semantikasına görə, Azərbaycandan doğuya gedən turuk boylarının adına «doğu» anlamlı göy sözünün qoşulması və göytürklərin yeni (ikinci) Atayurdunun «Türküstan» adlanması ora miqrasiya edən turuklarla bağlı olduğu kimi, orada Su bəyliyinin yaranması da Azərbaycanda özünü göstərən daha qədim sub (suv, su) boylarının Subar (Suv-bi Su-bi) adlı bölgə ölkə və bəyliklərinin təkrarı idi. Beləliklə, boya-cəhət və yön-cəhət sözləri aydın göstərir ki, Altay nəzəriyəsi yanlışdır, çünki türklər Azərbaycana doğudan gəlməmişlər, əksinə, onlar Güney Doğu Anadolu və Azərbaycandan doğuya getmiş, çox sonralar isə bəzi türk boyları ilkin Atayurda qayıtmışlar.
Sayfa 230 - 2. bitik
Tarih
Görünür, vaxtilə xakas-saqay boylarından ayrılıb, doğuya gedən saxalar Baykal yaxasında monqoloidlərlə daha sıx qaynayıb-qarışmış və bura saxalar (yakutlar) üçün ikinci Atayurda çevrilmişdir. Ona görə də daha sonralar quzey-doğuya keçən saxaların fiziki görkəmi monqol-tunqus görkəminə yaxındır. Saxalar türk yurdundan xeyli uzağa getdiyi kimi, saxa dili də başqa türk dillərindən xeyli fərqlənir.
Sayfa 229 - 2. bitik
Tarih