Coğrafi mövqeyinə görə, qədim türk boylarının güneydən quzeyə, batıdan doğuya və əks istiqamətlərdəki köç yolunda körpü rolunu oynayan Orta Asiya bölgəsi hələ m.ö. IV minilin ortalarında Ön Asiyadan gələn türk boylarının yurduna çevrilmişdir.
Bura saga, pardı (parth), as, matien (müyten), oğuz, kanglı, qıpçaq və sair prototürkmən, protoözbək, protoqazax-qırğız boyları üçün Part, Hun və Göytürk imperiyaları ilə ikinci Atayurda çevrilmiş, qonşu türk yurdları ilə birlikdə «Turan ölkəsi» və «Türküstan» adlanmışdır. Çox güman ki, hələ m.ö. Güney Türküstana keçən türk boyları və sonrakı uyğurlar da burada formalaşmışlar.
Lemni adasında təxminən m.ö. 690-larda göytürk və etrusk əlifbalarının ortaq variantı olan bir abc ilə Aker Taqar şadın bəngüdaşına türcə yazılan yazının da qamərlərə aid olduğunu güman etmək olar.
Azaq yaxalarından m.ö. VIII əsrin sonunda Anadoluya qayıdan qamər boyları burada bəylik qurmuşdu. Azərbaycandakı Saqa elinin batıda uzantısı olan Qamər bəyliyi Anadolunun quzey-batısında idi, buradan batı və doğu bölgələrə vaxtaşırı yağma akınları edən qamər atlı alayları Asur, Urartu və Friqiya dövlətlərinin yıxılmasında mühüm rol oynamışlar.