Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
380 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Elxan Elatlı kitablarına baxış..
Hər vaxtınız xeyir, 1k kitabsevərləri!
Elxan Elatlı
Elxan Elatlı
qələminə hakim olduğum yazıçımızdır. Bədii kitablarından sonuncu ikisindən başqa hamısını oxumuşam deyə bilərəm. Və deyim ki, hər kitabını bir nəfəsdə oxuyacaq qədər sevmişəm.
Eksperiment
Eksperiment
kitabını sevmədim sadəcə. Kitaba görə deyil, insan mənəviyyatının bu qədər ucuzlaşması mənim hisslərimə mənfi
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022286 okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bir Çılgın Türk MÜBARİZ!
"İnsan büyür beşikte, mezarda yatmak için. Ve kahramanlar can verir yurdu yaşatmak için."
Hüseyin Nihal Atsız
Hüseyin Nihal Atsız
Herkesin bir hayat felsefesi vardır. Kimisi gezip eğlenmek, kimisi evlenip çoluk çocuğa karışmak, kimisi hayallerinden, sevdiklerinden vazgeçip gençliğini hiçe sayarak; vatanı, milleti, devleti, bayrağı
Mübariz
MübarizYurtseven Şen · Zengin Yayıncılık · 20187 okunma
Reklam
176 syf.
·
Puan vermedi
·
7 saatte okudu
Əsəri bir oxucu deyil, vətəndaş kimi qiymətləndirmək istərdim. Əsərin baş qəhrəmanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Onun anadan olmasından, hərbi məktəb oxumasına və şəhid olmasına qədərki mərhələ əsərin süjetini təşkil edir. Anadan olduğu zaman belə digər yaşıdlarından fərqlənən Mübariz hərbi məktəbin qarşısında bir dilənçi sandığı qadınla rastlaşdığı zaman da fərqliliyini göstərir. Daha sonra məlum olur ki, bu qadın dilənçi deyil. Onun övladlarından biri kiçik yaşlarında erməni təcavüzünə qurban olub. Digər oğlu isə Vətən uğrunda şəhid olub. Əsərdə ermənilərin iç üzü açıq-aşkar əks olunur. Əsərin sonunda Mübarizin təmas xəttini keçdiyinə rast gəlirik. Maraqlısı budur ki, düşmən bunun tək bir əsgər olduğuna inanmaq istəmir. Elə bilir ki, Azərbaycan ordusu hücuma keçib. Düşmənə ağır zərbə vuran Mübariz İbrahimov şəhadət şərbətini içir və şəhidlik zirvəsinə ucalır. Əsərdə diqqəti cəlb edən obrazlardan biri də onun sevdiyi qızdır. Baxmayaraq ki, ürəyində şəhidlik arzusu olduğu üçün o qıza sevdiyini açıq söyləyə bilmir.
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012292 okunma
400 syf.
8/10 puan verdi
·
7 günde okudu
Əsərin yazıldığı dövr, ailə-məişət probelemləri, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə - hər biri bizim ədəbiyyata xas olduğu üçün çox tanış və doğma gəldi. Əsəri oxuduqca müəllifin Stalin və onun siyasətinə, kommunizmə qarşı nifrət açıq-aşkar hiss olunurdu. Bundan başqa kitab fantastik süjetlə yazılsa da oxuduqca göz önündə canlanan kosmik səhnələrlə müəllif insanların hələ də sülh və əmin-amanlıq içində yaşaya bilməməsi problemini gizli şəkildə bildirməyə çalışıb. Əsərin adına gəldikdə isə: baş obraz Yedigeyin can dostu Qazanqapın dəfnində göz önündən film kadrları kimi keçən həyatı göz önündə canlanır. “Əsrə bərabər gün” də məhz odur. Əsərdə mənə ən toxunan məqam Manqurt əfsanəsi, Abutalıb və ailəsinin bir-birinə bağlılığı və onların aqibəti oldu. Sovet sisteminin təhsil adamlarını hədəf alması və neçə-neçə günahsız insanların bada getməsini xatırladıqca bir daha onlara nifrət etdim.
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545,7bin okunma
176 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabı 4 5 saat ərzində oxudum. Oxuduğum zaman keçirdiyim hissləri isə sözlə ifadə etmək mümkün deyil. Kaş ki, bütün gənclərimiz Mübariz İbrahimov kimi Vətən sevgisi ilə dolub daşsa, kaş....
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012292 okunma
·
Puan vermedi
Ah be Martinim
Aşiq olduğun obraz hansıdır desələr heç düşünmədən Martin deyərdim. Onun mübarizəsi,ruhdan düşməməsi,daim öz üzərində çalışması,kitabları sevməsi..Məni daim özünə çəkirdi. Rufa nifrət eləyirdim.Ya da təkcə Rufun ailəsinə ... Uzunmüddətli mübarizə sonrası Martin bacardı.Amma özün də öldürdü.Mən çox təsirinə düşmüşdüm kitabın... Onun ölümü gözümün önündə canlandı..Bir anlıq mən də boğulduğumu hiss elədim. Ən sevdiyim alıntı : Onun təzə dostları isə yoxdur və buna görə də yalnız kitablarla kifayətlənirdi. Martin mərd idi.Ruhdan düşmürdü.Ona baxanda özümü görürdüm.Həyat daima zərbə endirsə də, yenə də özündə güc toplayır.Onu savadsız sanan " ağıllı " zadəganlar söhbətlərinə heyran qalırdılar.Qalmalı idilər də, çünki yetim öz üzərində çalışırdı. Mən çox sevmişdim oxuyanda..
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,4bin okunma
Reklam
176 syf.
·
Puan vermedi
Qisas gecesinin qehremani Milli Qehremanimiz Mubariz Ibrahimov.19.06.2010cu ilde gece hec kime xeber vermeden sadece bir mektub yazaraq"Sehid olsam uzulmeyin,Veten.sag olsun"deyerek ermeni terefine basqin edir.5saat vurusduqdan sonra sehere yaxin.sehid olur.Ermeniler hetta Mubarizin cesedinnen bele qorxaraq elini qolunu baglayib rus medyasina sekil cekib gonderib.cox tessufki lazimi oxucu kutlesine catdrilmamis bir eserdir.Allah butun Sehidlere rehmet elesin!
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012292 okunma
200 syf.
10/10 puan verdi
Yazarın kalemine sağlık. Tek solukta sıkılmadan okudum. Elimden bırakamadım. Çabucak bitti. Gardaş ülke Azerbaycan’ın şehitlerine rahmet olsun. Rahmet olsun Karabağ kürşadı Mübariz’e..
Mübariz İbrahimov
Mübariz İbrahimovEnis Bozkurt · Kamer Yayınları · 202048 okunma
176 syf.
·
Puan vermedi
Azerbaycanimizin Bizim Fexrimiz Şəhidimiz Mübariz İbrahimov
Azərbaycanimizin Bizim Milli Qəhrəmanimiz Fexrimiz ŞƏHİDİMİZ MÜBARIZ İBRAHIMOV Haqqinda Deyerli Yazarimiz Elxan Elatli çox gözel Roman yazib men oxudum çox pis oldum ama qisasini alaciq romani üreyi esil vetenperver eşqiyle döyünen gencler oxuyur ama bezileri xarici yazarlari oxuyurlar ondan sual versen sirazi cavablayirlar ama bezi cavanlara yaxinlaşib Qan Yaddaşimiz 20 yanvar Xocali Şuşa Laçin ADNA haqqinda soruşsaq bilmirler necenci ilde olub ŞƏHİDLƏRIMIZİN adini bilmirler çox ağrili acilidi utansin bele bezi genclerimiz gedib oxusunlar maraqlansinlar öyrensinler Gelin Unutmayaq Unutdurmayaq Milli Qehremanimiz Mübariz İbrahimov! Seni Şehid olmuş esger baci qardaşlarimizi unudanların bu torpaqda yaşamağa haqqı yoxdur!!! Allah rehmet elesin Amin #Şəhidlər #Ölməz #VətəN #Bölünməz İgidimizden Şehidimizden Fexrimizden qorxdular Bizim Bir igid Qardaşimiz Esgerimiz girdi sizi mehv etdi görün biz sizi ne edecik qorxun bizden kökünüzü kesecik Balaca Zehramizin Xocalida balaca balalarimizin Qani yerde qalmiyacaq Balamiza qalxan eli kökünden kesecik birdaha yaşamiyacaqsiz bu heyatda ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ ŞƏHIDLƏR QÜRUR YERİMİZDİ
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012292 okunma
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.