Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Musa Azizli

Musa Azizli
@musaa_aziz
Sabah olmayacaq..
Finance
Management
Bakı
Bakı, 7 Ocak 1997
65 okur puanı
Şubat 2023 tarihinde katıldı
504 syf.
7/10 puan verdi
·
18 günde okudu
Xalid Hüseyni-Və dağlardan səda gəldi
Əsər Əfqanıstanda yaşayan Pəri və Abdulla adlı bacı-qardaşın yaşadıqlarından bəhs edir. Ümumi olaraq, əsərlə bağlı o deyilməlidir ki, Xalid Hüseyninin bütün əsərləri arasında yazıçı keyfiyyətini göstərə bildiyi ən güclü süjet xəttinə sahib əsərdir. Bədii təsvir vasitələrinin istifadəsi, obrazların dinamikası, hadisələr və hekayələr arası əlaqələr bunu deməyə imkan verir. Amma bu dəfə əsər təhlili və ya obraz analizi aparmıram. Buna səbəb də oxuduqca gördüyüm yazıçının bütün kitablarında apardığı ABŞ propaqandası ideyalarının bu əsərdə pik həddə çatmasıdır. Bu mövzunu tənqid etməli olan şəxs isə mən deyiləm.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201334,9bin okunma
Reklam
317 syf.
7/10 puan verdi
·
28 günde okudu
Nəcib Məhfuz-Midak küçəsi
Əsər Midak küçəsində yaşayan müxtəlif xarakterli insanların həyat tərzi və başlarına gələn hadisələrdən bəhs edir. Əsərin konkret baş obrazı olmasa da, süjet daha çox “Həmidə” obrazının ətrafında cərəyan edir. Bu obraz haqqında isə rasional deyil, emosional fikir bildirməliyəm. Əsərdə onu ən yaxşı tanıyan “İbrahim Faraj” obrazının onun haqqında dedikləri kimi: “'Nefis, kuşkusuz. Onun hakkında yanılmadığımdan eminim. Yaradılıştan öyle... İçgüdüsel olarak orospu..”
Midak Sokağı
Midak SokağıNecib Mahfuz · Sabah Yayınları · 19901,507 okunma
341 syf.
8/10 puan verdi
·
52 günde okudu
Sabahattin Ali-İçimizdəki şeytan
Əsər iki gəncin-Mədinə və Ömərin qurduqları ailə və aralarında olan münasibət üzərindən, Türkiyədə həmin dövrdə yaşayan insanların düşüncə tərzlərini ortaya qoyur. Yazıçı Məcidənin uşaqlıqdan yaşadığı hadisələrlə həmin dövr ailələrindəki sosial problemlərə də toxunur. Məcidə-Bütün məsələlərə rasional yanaşsa da, Ömərə qarşı uzun müddət hisslərinin təsiri ilə yanaşan müsbət obraz. Ömər-Bütün günahlarını daxilində axtaran, özünün də yekunda yaxşı və ya pis insan olduğunu bilməyən, nisbi pis obraz(əsərin məzmunu nəzərə alınaraq obyektiv yanaşsaq) Bədri-Məcidəyə olan sevgisini içində boğub saxlayan, məsələlərə daha təhlilli yanaşan müsbət obraz.
İçimizdəki Şeytan
İçimizdəki ŞeytanSabahattin Ali · Qanun Nəşriyyatı · 2019172,2bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
80 syf.
6/10 puan verdi
·
36 saatte okudu
Nəriman Nərimanov-Bahadır və Sona
Əsər iki ali təhsilli gəncin sevgisindən bəhs edir. Oxucu ümid dolu başlanğıcdan sonunu maraqla gözlədiyi finala doğru gedir. Yazıçı dövrünün lüğət tərkibini çox geniş formada oxucuya çatdırıb. Dövr dəyişdikcə dilin lüğət tərkibinin də dəyişməsi oxucu üçün çətinlik yaratsa da, axıcı süjet xətti SONA qədər davam edir. Bahadır-Millətinin hal-vəziyyətini düşünüb, bu hala yanan ali təhsilli azərbaycanlı gənc, baş obrazlardan biri. Sona-Dünyagörüşü çox geniş olub, eyni şəkildə millətini sevən ali-təhsilli erməni qızı, digər baş obraz.
Bahadır və Sona
Bahadır və SonaNeriman Nerimanov · Qanun Nəşriyyatı · 2022168 okunma
96 syf.
8/10 puan verdi
·
4 günde okudu
Qunnar Qunnarson-Advent
Əsər İslandiyada yaşayan, özündən başqa “Çətin” adlı qoç və “Leo” adlı iti olan “Çoban Benedikt”-dən bəhs edir. Baş obraz dostlarıyla birgə qarlı dağlarda itmiş qoyunları axtarmağa çalışır. Yazıçı əsərin axıcı ssenarisinə bir qədər fəlsəfə də yükləyib ki, bu da həcmi qısa olan əsəri daha diqqətlə oxumağa məcbur edir. Belə ki, “Benedikt” obrazı davamlı olaraq, gördüyü iş, həyat və özündən sonra olacaqlarla bağlı düşünür, suallar verir. “Benedikt” sanki Charlie Mackesy`nin bu il məşhurlaşan “Uşaq, köstəbək, tülkü və at” əsərindəki uşağın yetkin yaşlarındakı prototipidir. Düşüncə tərzi, verdiyi suallar, ətrafındakı 3 dostu və s.(“Benedikt”-in əsərdə adı az hallanan dostlarından biri də atı “Fakse”-dir.) Amma bu iki obraz arasındakı fərqlərdən biri də Mackesy`nin obrazının sualları ətrafındakı dostlarına verməsi, Gunnarsson`un obrazının isə özünə ünvanlaması, daxilində düşünməsi idi. Bu da düşünürəm ki, obrazlardan birinin uşaq, digərinin isə daha yetkin yaşlı olmasından irəli gəlir. Amma, nəticə etibarilə, bütün bunlar sadəcə bir FAN THEORY`DİR.
Advent
AdventGunnar Gunnarsson · Qanun Nəşriyyatı · 20189 okunma
Reklam
212 syf.
6/10 puan verdi
·
5 günde okudu
Patrick Modiano-Qaranlıq otaqlar küçəsi
Əsər yaddaşını itirmiş birinin həyatını, keçimişini yenidən öyrənməsinindən bəhs edir. Baş obraz yaxını olan 4 adam haqqında dolayı yollarla məlumat öyrənməyə çalışır. Əsər bir qədər sıxıcı tempdə başlayıb, ortada oxucu üçün maraq yaradıb, sonda isə təəssübkeşlik yaradır. Guy Roland-Yaddaşını itirmiş daima keçmişini araşdırıb ağlındakı suallara cavab tapmağa çalışan baş obraz.
Qaranliq Otaqlar Küçəsi
Qaranliq Otaqlar KüçəsiPatrick Modiano · Qanun Neşriyyatı · 2015265 okunma
140 syf.
7/10 puan verdi
·
24 saatte okudu
Salam Qədirzadə-46 Bənövşə
Əsər insan həyatının gənclik dövründə yaşadığı sevgiyə müxtəlif yanaşmaları təsvir edir. Yazıçı insan və sevgi münasibətlərini müxtəlif subyektlərin xarakter və davranışında bizə çatdırır. Könül-Gənclik dövrünün pak sevgisi ilə addım atmağa çalışan, mövqeyini obyektiv şəkildə ortaya qoymağa çalışan obraz. Dərya-Nə vaxtsa sevdiyini düşündüyü qadına(Könül) qarşı münasibətləri dəyişən obraz. Emin-Böyüdükcə uşaqlıq qayğısı sevgiyə çevrilən obraz.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
312 syf.
8/10 puan verdi
William Golding-Milçəklərin Tanrısı
Əsər kimsəsiz adaya düşən bir qrup uşağın yaşam mübarizəsindən bəhs edir. Yazıçı insanların gözlənilməz situasiyaya düşdükdə anidən necə davranış sərgiləyəcəyini təsvir edir. Əsər həmçinin xaos şəraitində mənfi insan xislətinin cəmiyyət içində müsbət düşüncəyə qarşı necə üstünlük təşkil etməsini, gücün ağla qarşı avantajını da göstərir. Ralf-Məsələlərə çarəyönümlü yanaşıb, ağıl və təmkinlə həll yolları axtaran müsbət obraz. Cek-Gücün hər şeyi həll etdiyini düşünüb, zorakılıqla nələrsə əldə etməyə çalışan mənfi obraz. Piqqi-Heç nə ilə bağlı bütöv düşüncəsi olmasa da, hər şeylə bağlı fikir irəli sürməyə çalışan zəhlətökən obraz.
Milçəklər Tanrısı
Milçəklər TanrısıWilliam Golding · Qanun Nəşriyyatı · 201780,6bin okunma
144 syf.
8/10 puan verdi
·
4 günde okudu
Nəcib Məhfuz-Toy evi
Əsər bir ölüm hadisəsi və bu hadisəyə qədər olan gedişatı müxtəlif obrazların dilindən subyektiv olaraq danışır. Baş obraz hadisələri süjet xəttinin finalında izah edir. Yazıçı ümumilikdə ailə içində olan münasibətlər və maddiyat arasındakı əlaqəni təsvir edir. Kərəm Yunus-Pul qarşılığında hər bir şeyini satmağa hazır olan, ailə münasibətinin sadəcə adını bilən laqeyd ata. Həlimə Əl-Kəbs-Ailə anlayışını tam dərk edə bilməyən, oğlunu(Kərəm Yunus Abbas) kor-koranə şəkildə hər zaman haqlı olaraq düşünən ana. Abbas Kərəm Yunus-Valideynlərinə görə hər şeydən uzaqlaşan, axtardığı sevgini ailəsinin uyğun saymadığı birində tapan, ailə anlayışını özü yaradıb onun üçün hər şeyi etməyə çalışan övlad.
Düğün Evi
Düğün EviNecib Mahfuz · Turkuvaz Kitap · 2010377 okunma
494 syf.
6/10 puan verdi
·
8 günde okudu
Orhan Kamal-Yad qızı(SPOİLER)
Əsər fağır, avam bir qadının başına gələnlərdən bəhs edir. Əvvəlcə əri, qaynanası və qonşusu, sonra qabağına çıxan “kişi”-lər, daha sonra isə həbsxana yoldaşı vasitəsilə başına pis işlər gəlir. Yazıçı oxumamış avam insanla təhsilli insanın müqayisəsini və həyata yanaşmasını da təsvir edir. Nazan-Tək istəyi qaynanası və əri tərəfindən yaxşı münasibət görmək olan, balaca oğlunu(Haldun) çox sevən avam, fağır, bədbəxt bir ana. Məzhər-İşində olan peşəkarlığını və obyektiv yanaşmasını ailə münasibətlərində üzünə-gözünə bulaşdıran ata. Həcər-Hər bir işi neqativ formada təsvir olunan, gəlinindən(Nazan), oğlundan(Məzhər) narazı qaynana. Haldun-Uşaqlığı bədbəxt ailə münasibətləri içində keçən, bütün bunlara baxmayaraq, oxuyub ali təhsil alaraq özünü sübut etmiş uşaq.
Yad Qızı
Yad QızıOrhan Kemal · Qanun Nəşriyyatı · 20091,684 okunma
Reklam
286 syf.
6/10 puan verdi
·
7 günde okudu
Salam Qədirzadə-Qış gecəsi
Ümumilikdə, əsər baş obraz- Adilin həyatının müəyyən bir dövrünü əhatə edir. Yazıçı Adilin həyatındakı bütün qadınların müxtəlifliyini təsvir etmişdir. Diləfruz - Əks cinsi ələ keçirmək üçün əlindən gələni edib, daha sonra matriarxat hökmü ilə yaşamağa çalışan ərköyün uşaq böyütməyi valideyn vəzifəsi sayan qadın. Rəhman - Əslində pis olan xarakterinin, içindəki mənfi düşüncənin pulun və ətrafındakı insanların təsiri ilə üzə çıxdığı, valideynlik xüsusiyyəti olmayan ata Adil - Hissləri qarşısında addım atmalı olduğu anlarda geri çəkilən, işi ilə bağlı isə heç bir yaxınlığı nəzərə almadan münasibət ortaya qoymağa çalışan baş obraz
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
168 syf.
5/10 puan verdi
·
5 günde okudu
Jan Eşnoz-Royal arxasında
Əsər pianoçu Maks Delmarın həyatının hansısa hissəsinə qiyabi olaraq toxunan qadınlar haqqında düşüncələri və ölümündən sonra baş verənləri əhatə edir. Yazıçı əsəri olduqca ağır tonda irəlilətməklə yanaşı, sanki oxucunu bitməyən sonluğa aparır. Maks Delmar-Qeyri-müəyyənlik və özgüvən problemi yaşayan, önəmli anlarda necə addım atmalı olması ilə bağlı davamlı olaraq bilinməzliklə yarışan pianoçu
Royal arxasında
Royal arxasındaJan Eşnoz · Qanun Nəşriyyatı · 201112 okunma
96 syf.
7/10 puan verdi
Anton Çexov-Albalı bağı (SPOİLER)
Əsər bir ailənin uzun müddət sahib olduğu malikanənin və albalı bağının satılması və həmin ana qədər ailədə baş verənləri ələ alır. Ömrünün müəyyən bir aralığını bu mülkdə keçirən Ranevskaya Lyubov Andreyevnanın xatirələrinin olduğu bu evə, albalı bağına olan bağlılığı həmçinin qızlarına olan münasibəti də təsvir olunur. Yazıçı sona qədər oxucunu bağın satılmayacağı ilə bağlı cüzi bir ümidin içində azdırır. Əsərin ən bəyəndiyim hissələri son səhifədə yer alır: “Bütün qapıların açarla bağlandığı, sonra isə faytonların yola düşdüyü eşidilir. Aralığa bir sükut çökür. Bu sükut içərisində ağaca vurulan balta səsi, tənha və qəmgin bir ahənglə səslənir… ..Uzaqdan bir səs eşidilir, elə bil bu səs göydən gəlir. Qırılan bir telin cingiltisi kimi həzindən və qəmli səslənir. Aralığa sükut çökür, yalnız uzaqdan bağdakı ağaclara vurulan balta səsi eşidilir.”
Albalı Bağı
Albalı BağıAnton Çehov · Qanun Nəşriyyatı · 201815,9bin okunma
216 syf.
6/10 puan verdi
Leyla Slimani-Dayə
Əsər ümumilikdə natamamlıq kompleksindən əziyyət çəkən subyektləri vahid süjetdə birləşdirir. Luiz-Müəyyən arzuları olub gerçəkləşdirə bilməyən, daima düşüncələr içində yaşayan, edə bilmədiyi şeylərə görə ümidsizlik içində boğulan və bütün bunlara görə özünü gördüyü işi sevirmiş kimi göstərən dayə. Miryam və Pol-Ailə qurmazdan qabaq karyera xəyalları olan, uşaqlar dünyaya gəldikdən sonra uşaqları böyütmək, yoxsa karyera irəliləyişi barəsində dilemma yaşayan valideynlər.
Dayə
DayəLeila Slimani · Qanun Nəşriyyatı · 2019230 okunma