İçimizin boşluğunu doldurmaq, çatışmazlıqlarımızı tamamlamaq, mütləq və düzəlməz təkliyimizi həmyaşıdlarımızın tənhalığı ilə aradan qaldırmağa çalışmaq, tənhalığı tədricən artırmaq, taleyimizə dözmək üçün təsəlli deyilsə, nədir sevgi?
Heç kəs ölmək istəməz. Hətta bu həyatdan qurtulmaq arzusu ilə intihara qərar verən insanlar da ölümün qorxunc soyuq nəfəsini bu qədər yaxından duyanda, o məşum qərarlarından vaz keçərək həyatı seçirlər. Bu zaman geriyə yol qalıbsa, geri qayıdır, qalmayıbsa, son anda mütləq peşmanlıq hissi ilə can verirlər.
İnsan məhdud, fani, məkan və zaman çərçivəsində olan şeylərin aşiqi ola bilmir. İnsan yalnız mütləq kamal, yəni Haqq və Allahın zatına aşiqdir. Allahı inkar edən şəxs belə, Onun aşiqidir. Allahı inkar edərək Onu söyənlər belə, fitrət və təbiətlərinin dərinliyində mütləq kamal aşiqi olduqlarını, amma yol və məşuqlarını itirdiklərini, səhv etdiklərini bilmirlər.
Mən həmişə düşünürdüm ki, insanın əlindən hər şeyi alınsa, o, ilk fürsətdə mütləq intihar edər. Bunu psixoloqlar da deyirdilər. Ancaq, demək, psixoloqlar insanın bu halından xəbərsiz olublar. İnsanın əlindən alınan hər şeyin içində insanlığı da olarsa, o zaman o, intiharı özü üçün çox görər...
Uşağın xarakteri 3-6 yaşlar arasındakı fəaliyyət və işlə formalaşır. Əgər bu mərhələdə uşağın hərəkətləri mütəmadi olaraq maneələrlə qarşılaşarsa və o, həvəsdən salınarsa, onun inkişafı da mütləq bu qarışıqlıqdan təsirlənəcək. Uşaqlar həyatlarının ilk illərində özlərinə inam qazanmaq üçün böyüklər tərəfindən dəstəyə ehtiyac duyurlar.Onu tərifləməkdən çəkinməyin. Daima tənqid olunan uşaq tezliklə yeni şeylərə marağını itirir.Onun həmçinin həvəsləndirilməyə və təhlükəsizlik duyğusuna ehtiyacı var.Ardıcıllıq və rutin bu yaşda uşaqlar üçün mühümdür. Əgər uşağın gündəlik həyatı müəyyən rutinə tabedirsə, onun etdiyi hər şeydə ardıcıllıq özünü göstərəcək.