Diri bədənlərin ölü beyinləri...
Puan vermedi·96 syf.··
2026 19. kitabı
·
8 saatte okudu
·
Okunma: 15 Haziran 2026 19:44
Əsərdə elmsizliyin, kor-koranə inancın gətirdiyi fəlakət və çarəsizlik elə bir səviyyədə təsvir olunub ki, insan oxuyanda dəhşətə gəlir. Bütöv bir kütlənin bir fırıldaqçının yalanına necə qurban getdiyini, insanların öz iradəsini və ağlını necə heçə saydığını oxuyuruq. Əgər bir insanın düşüncəsi, elmi və sorğulamaq qabiliyyəti yoxdursa, o yaşayan ölüdür. İnsanı sarsıdan çox ağır bir kitabdır. Mütləq oxunmalıdır.
1000Kitap
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,273 okunma
9/10
·240 syf.··
Beğendi
·
2026 19. kitabı
·
11 günde okudu
·
Okunma: 13 Haziran 2026 00:18
Kitabı oxuyub bitirdim, çox bəyəndim və bu haqda fikirlərimi yazmaq istədim; çalışdım ki, bacardığım qədər qısa tutum. Prometheus filmində eşitdiyim "Cəhənnəmdə hökm sürmək, cənnətdə xidmət etməkdən yaxşıdır" sözü, məni Con Miltonun İtirilmiş Cənnət əsərinə aparan ilk addım oldu. Kitab oxumaq öncələri sıxıcı olsa da, daha sonra çox daha axıcı oldu. Əsəri bitirdiyimdə məni ən çox düşündürən mövzu, insan təbiətinin o böyük çıxmazı oldu: Məcburi bir bağlılıq, yoxsa azad iradə? ​Əsərdə Şeytanın azad iradəyə yanaşması, sərhədləri öncədən çəkilmiş bir mükafat-cəza oyununa şərik olmaq deyil, o oyunun qaydalarını kökündən rədd etməkdir. Tanrı tərəfi, hər şeyin yaxşı qalması üçün mütləq bir nizamı və tabeçiliyi tələb edərkən; Şeytan, Cənnətin gətirdiyi o hazır rahatlıqdan imtina edir və başqasının yazdığı ssenaridə iradəsiz bir varlıq olmağı qəbul etmir. Bu baxımdan, kitabda təsvir olunan Şeytan obrazını Yevgeni Zamyatinin "Biz" əsərindəki I-330 xarakterinə çox bənzədirəm; hər ikisi mütləq və məcburi bir nizamın gətirdiyi "xoşbəxtlikdən" imtina edərək, fərdi azadlığın xaosunu seçən üsyankarlardır. ​Adəm üzərindən qurulan azad iradə anlayışı isə tam bir ziddiyyətdir. Tanrı insana ağıl və məntiq verib onu seçimlərində sərbəst buraxdığını söyləyir; ancaq nəyin yaxşı, nəyin pis olduğuna öncədən yenə özü qərar verir. Əgər bir seçimin sonunda ağır cəzalar gözləyirsə, orada gerçək bir azadlıqdan bəhs etmək çətindir. Üstəlik, Başmələk Mikayılın Adəmə gələcəkdə nəslinin çəkəcəyi acıları göstərdiyi hissədə bu ədalətsizlik daha da dözülməz bir hal alır. Bir nəfərin səhvini hələ doğulmamış məsum nəsillərin ödəməsi hansı ədalət sisteminə uyğundur? Günahın irsi olduğu bir nizam quran güc gerçəkdən "ədalətli" sayıla bilərmi? ​Miltonun bu əsəri tamamilə Xristianlığın "İlk Günah" (Original Sin)
Kayıp CennetJohn Milton · Pegasus Yayıncılık · 20151,442 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Puan vermedi·224 syf.··
2026 32. kitabı
Herbert Uelss - “Görünməz adam” Siz heç görünməz olmaq istəmisiniz? Mən istəmişəm. Amma bu kitabdan sonra istəyimi bir daha nəzərdən keçirməyə qərar verdim. Çünki görünməzliyin insanın başına nələr gətirə biləcəyinə bu kitabda bir daha şahid oldum. Kitabı sonuncu uşaq festivalından əldə etmişdim, üz qapağı və adı diqqətimi çəkmişdi. Kitab gözləntilərimi tam qarşılamadı amma pis kitab da deyildi. Bir fizik alimi işıqla bağlı araşdırmalar edərkən təsadüfən görünməz olmağın yolunu kəşf edir və bunu öz üzərində yoxlayır. Lakin bu vəziyyət başına böyük bəlalar açır. Bir müddət sonra köhnə halına qayıtmaq istəyir. Kitab da bizə onun görünməzlikdən sonrakı həyatını və bu bəladan qurtulmaq üçün çəkdiyi əziyyətləri danışır. Kitab görünməz adamın Aypinq adlı qəsəbədəki mehmanxanada otaq tutması ilə başlayır. Məqsədi araşdırmalarını burada gizlicə davam etdirməkdir. Amma üz-gözünün sarğılarla bağlı olması, eynəyi və paltosu ilə dərhal diqqət çəkir. Görkəmi adama dəlini və ya polisdən qaçan birini xatırladır. Onun əslində kim olduğunu və niyə bu hala düşdüyünü isə ancaq oxuduqca öyrənirik. Kiçik həcmli bu kitabı (128 səh.) sanki iki hissəyə bölmək olar. İlk 60-70 səhifəsi elə bil ancaq səs-küylü, hay-küylü qaçdı-tutdu səhnələrindən ibarətdir: Onu tutun, öldürün, o yıxıldı, bu durdu, o vurdu, bu qaçdı... Adam sağ qalmağa çalışır, qəsəbə camaatı isə onu tutmaq istəyir. İlk hissə ancaq belə keçdiyi üçün mənə bir az sıxıcı gəldi. Amma ikinci hissədə bu insanın niyə bu günə düşdüyü, indi nə etmək istədiyi kimi bütün sirlər aydınlaşır. Buna görə də kitabın ikinci hissəsi mənə daha maraqlı gəldi. Kitab inandığı hər kəs tərəfindən aldadılan, avam kütlə tərəfindən qəddarcasına tənhalığa itələnən bir alimin həyatından bəhs edir. Bir tərəfdə çıxış yolu axtaran istedadlı alim, digər
Görünməz AdamH. G. Wells · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 010,6bin okunma
Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024319 okunma
6/10
·128 syf.··
2026 5. kitabı
·
5 saatte okudu
·
Okunma: 08 Haziran 2026 20:49
"Mənim üçün həyat, insanların nə düşündüyünü təxmin etməyə çalışdığım qorxulu bir teatrdan ibarət idi..." Osamu Dazainin "İnsanlığımı yitirirken" romanını oxumaq, kiminsə gizli gündəliyini oxumaq kimi bir şeydir. Osamu Dazainin avtobioqrafik xarakter daşıyan bu şedevri, baş qəhrəman Yozo vasitəsilə bizə cəmiyyətin ritminə ayaq uydura bilməyən, "normal" insan maskası taxmaqdan yorulan bir ruhun intiharını anladır. Yozo uşaqlığından bəri insanları anlaya bilmir, onlardan qorxur və bu qorxunu gizlətmək üçün "təlxək" rolunu oynayır. Amma taxdığı maskalar onu xilas etmir, əksinə, özünə yadlaşdırır. Kitab boyunca bir insanın addım-addım öz ləyaqətini, ümidini və ən nəhayət, "insanlığını" necə itirdiyinin şahidi oluruq. Bu əsər xoşbəxt sonluq və ya təsəlli vəd etmir. Əksinə, cəmiyyətin ikiüzlülüyünü və fərdin bu ikiüzlülük qarşısındakı çarəsizliyini soyuq bir şəkildə üzümüzə vurur. Əgər insan psixologiyasının ən qaranlıq tərəfləri ilə üzbəüz gəlməyə hazırsınızsa, mütləq oxumalısınız.
İnsanlığımı YitirirkenOsamu Dazai · İthaki Yayınları · 202560,2bin okunma
9/10
·208 syf.·
Beğendi
·
2026 6. kitabı
Doğan hocanın yenə öz elmi ilə hər şeyi çox gözəl izah etdiyi bir kitabdır. Kitab həm çox axıcı, həm də faydalıdır. Burada sadəcə hocanın öz fikirləri deyil, eyni zamanda oxucuların paylaşdığı real həyat hekayələrindən nümunələr də yer alır. Kitabda uğurlu-uğursuz, fərqli evliliklərin hər bir formasına toxunulub. Bu kitabı oxumaq üçün evlilik yolunda olub-olmamanız əhəmiyyət kəsb etmir, hətta bu yolda olmayan hər kəsin də oxumasında fayda var. Kitab insanın özünə dönüb, özünü analiz etməsinə səbəb olur. Bundan əlavə, xüsusilə də yeni evlənmiş insanların mütləq oxuyub faydalanmalı olduğunu düşünürəm.
Evlenmeden ÖnceDoğan Cüceloğlu · Kronik Kitap · 20217,4bin okunma