Şüphəsiz, bu qadınların əri var. Ən azı olmalıdır. Yəqin, qardaşları da var! Onda Rəşid niyə inadla deyir ki, o-Məryəm üzünü örtməli, yaşınmalıdır? Amma özü kiminsə arvadına, bacısına, bu sayaq baxa bilər. Niyə?
Azan səsi eşidilən kimi mücahidlər silahlarını yerə qoyub namaza dururdular. Qısa fasilədən sonra namaz xalçaları yığılır, yenidən silahlar işə düşürdü.