Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nahid

Nahid tekrar paylaştı.
Aynalar türlü-türlüdür, Yüzünü görmek isteyen cam’a, Özünü görmək istəyən can’a bakar. ~Mevlana
Reklam
Nahid tekrar paylaştı.
Ürəyim səninlə gedib,o gedən Yerinə qayıtmaq istəmir sənsiz. Hər dəqiqə hər saat düşünürəm mən, Sənin ürəyin necə döyünür mənsiz?! Sən mənim həsrətim qəmim kədərim, Bəs mən sənin nəyinəm..? Bilmək istərəm
Nahid tekrar paylaştı.
Ol deki olum yanında….
Sözü şəhriyarı dəmində, Özü bərzah aləmində, Yoxu var et qələmində, Ol deki olum yanında. Gəzirəm vücudu qəmli, Didənəm çeşməsi nəmli, Bir adı olan kərəmli, Ol deki olum yanında. Qovuşub vəsli o yarə, Bu yarı etdi biçarə, Çatmasam yarə nə çarə? Ol deki olum yanında. O baxır indi fəzadan, Sözü vardır mürtəzadan, Nazil et qətli-qəzadan Ol deki olum yanında. Şeşdərü zarü nizaram, Sən ötür,özüm azaram Şu hədama özüm intizaram, Ol deki olum yanında….

Okur Takip Önerileri

Tümünü Gör
Nahid
@nahid_ibrahimov1·2024 okuma hedefini güncelledi.
2024 OKUMA HEDEFİ
11/24 kitap - %46 tamamlandı
11 kitap okudu
24 kitap
3.064 sayfa
0 inceleme
289 alıntı
18 günde 1 kitap okumalı.
120 syf.
8/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Xalqın Şairi
Xalqın ŞairiKolektif
7.2/10 · 14 okunma
Reklam
Arzum var qönçə-qönçə, Gah tikanlı, gah incǝ. Badəm şəbnəmlə dolu, Qoymayın nadan içə.
Sayfa 115 - Zərxanım ÜlviKitabı okudu
Sən nə gözəl unudursan adamı...
Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı... Necə sevdim, necə gəldin xoşuma, Ötən günlər xatirədir bir udum. Mən haranın külün töküm başıma, Heç bilmirəm səni necə unudum. Hələ ki, səbrimin daş tərəfisən, Hələ ki, yaramda duz saxlayıram. Sən mənim ömrümün qış tərəfisən, Səndən ürəyimi buz saxlayıram. Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı...
Sayfa 110 - Vasif ZöhraboğluKitabı okudu
Bir bənd şeir
Görünmür yanaqda xalın qarası, İzn ver, telini qaldırım, düşür. Sənin saçlarına yağış damlası, Mənim ürəyimə ildırım düşür...
Sayfa 96 - Taleh MansurKitabı okudu
Nahid tekrar paylaştı.
Təsəvvür edin..
Ona elə gəldi ki, ətrindən məst olduğu qızılgül ləçəklərindən yaranmış buludların arası ilə yavaş-yavaş üzüb gedir.
Göy üzündən qopan dərdi, Gəzib məni tapan dərdi, Bu dördnala çapan dərdi, Yavaş-yavaş daşımışam.
Sayfa 92 - Taleh MansurKitabı okudu
Reklam
Nahid tekrar paylaştı.
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
Əmərəm ləblərini ta nəfəsim var mənim, Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim. Gəldi qanımı töküb yar qurtarsın qəmdən, Şükr lillah ki, könül, dadrəsim var mənim. Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan, Qoy nəva ney tək edim ta nəfəsim var mənim. Mürği-baği-mələkutəm qəfəsi-çərxə əsir, Bu əcəb təng olan gör qəfəsim var mənim. Bikəsəm aləm ara, dərdü qəmindən özgə, Nə həvadarü nə yavərü nə kəsim var mənim. Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən, Ey könül, böylə deyil, pişü pəsim var mənim. Karvan getdi, könül, qafil edirsən nalə, Dəm-bə-dəm naləvü bangi-cərəsim var mənim. Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
3.222 öğeden 46 ile 60 arasındakiler gösteriliyor.