Nə üçün türk bəlgələri m.ö. IV-I minillərdə Ön Asiyada, m.s. I minillikdə isə Orta Asiyadan doğuda ortaya çıxır? Nə üçün avropoid türk boylarında monqoloid cizgilər batıdan doğuya getdikcə çoxalır? Bu kimi suallara cavab tapmayan Altay nəzəriyyəsi etnogenez məsələsində elmdən uzaq daha bir yanaşma metoduna yol açmış olur: bu metoddan istifadə edənlər təkcə azəriləri deyil, əksər türk xalqlarını «türkləşmiş xalq kimi qələmə verirlər. Bugün yer üzündə elə bir türk xalqı yoxdur ki, ona «türk-ləşmiş xalq damğası vurulmasın.