Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
360 syf.
5/10 puan verdi
·
Beğendi
İşıkları açmayı unutmayın;)
Əvvəla ,deyim ki ,türkcə kitab oxumaqda çox çətinlik çəkirəm.Ancaq kitabın dili o qədər rahatdır ki, və bir o qədər də axıcı olduğundan çox rahatlıqla oxuya bildim.Bu düşünürəm ki ,kitabın müsbət cəhətidir. Mənfi cəhətinə gəldikdə isə,mənə görə hadisələr elə baş verir ki ,oxuduqca kitabın uydurma hekayədən ibarət olduğu asanca görünür.Bir sözlə ,mənə olanları varsaymış kimi göstərə bilmədi .Başqa bir deyimlə desək ,çox Ərgəncə gəldi mənə.Buda yazarın çox gənc yaşda yazmasıyla əlaqələndirirəm.Qısası,kitabı oxuyarkən sadəcə sonda nə olacaq deyə düşünməklə məşğul idim.Hər bir kitabdan nəsə öyrənirəm sonda bunu da əlavə edim ancaq buradan heç nə öyrənə bilmədim :(nəysə...Ümid edirəm faydalı olar ,oxumaq istəyənlərə də xoş mütaliyələr;)
Sıfır Kilometre
Sıfır KilometreBeyza Alkoç · İndigo Kitap · 201911,8bin okunma
152 syf.
·
Puan vermedi
İşdə vaxt keçsin deyə adı maraqlı gəlməsə belə, ən azından nəsə oxuyaram adı ilə kitabı əlimə aldım. Vərəqlərdəki boşluqları gördükcə bu kitaba görə israf edilən ağaclar üçün pis oldum. Belə baxanda yazılar olan hissələr üçün daha pis oldum, amma nəysə... Yenə də 4 xal verirəm, ən azından azacıq da olsa, boş vaxtımı doldura bildim...
Sakın Büyüme Çocuk
Sakın Büyüme ÇocukMuhammet Recep Arar · Hayykitap · 2018487 okunma
Reklam
320 syf.
·
Puan vermedi
·
8 günde okudu
Öldüyünə təsirləndiyim bir obraz daha....
Hər hansı bir kitabı oxuduğum zaman bəzi yerlərində əsəbləşərdim, amma hirsim tez də soyuyardı. Nədənsə bu kitabda bəzi xoşagəlməz hadisələr və sevdiyim bir obrazın ölməsi məni daha çox əsəbləşdirdi. Bayaq əsəbi idim.....indi isə qəmgin...... Nə olardı , bəzi şeylər yazıçının yox məhz biz oxucuların istədiyi kimi qaydasında gedəydi...... Eh !
Bir Ovuc Torpaq
Bir Ovuc TorpaqVaris · Vektor · 2009395 okunma
361 syf.
8/10 puan verdi
·
Beğendi
·
105 günde okudu
Külleri bitirdim. Kitab mənim sevə biləcəyim bir tərzdə idi. Elektromaqnit dalğa sonrası bütün telefonlar, planşetlər, maşınlar işləmir, işıqlar kəsilir falan filan. İnsanların da bir hissəsi zombiyə çevrilir. Kitabda iyrənc qanlı səhnələr filan var əgər bu tip səhnələr sizi narahat edirsə, oxumağınızı tövsiyə etmirəm. Məni o qədər də narahat etmədi düzü. Ümumi olaraq kitab insanı gərgin saxlayır. Bəzən gecələr oxuyandan sonra azacıq qorxdum da. Amma təbii ki, qorxu deyil. Fantastik gerilim demək olar. Xoşuma gəlməyən tərəflər Alex-in aşkları idi. Dünyanın sonudu ne aşkı kardeşim demədən dayana bilmədim kitabı oxuyanda. Öz də 1 nəfərə yox 2 nəfərə. Nəysə... Kitabda çox şey yarımçıq qaldı. Onu da 4 kitablıq seriyanın ilk kitabı olması ilə əlaqələndirirəm. Belə ümumi olaraq bəyəndim. Bu tərz kitabları sevirsizsə məncə oxumağa dəyər. Küller Gölgeler ilə davam edir... P.S. Spoiler vermədən fikir bildirmək çox çətindir
Küller
KüllerIlsa J. Bick · Dex Yayınevi · 2011243 okunma
408 syf.
·
Puan vermedi
Oxudum Bitdi. Yazar: Elxan Elatlı Kitab: Qazinin Ölümü Səhifə: 408 Bəzi cümlələrdə spoiler ola bilər. Elxan Elatlı ölkəmizdə ən çox sevilən və ən çox irad tutulan yazarlardan bəlkədə birincisidir. Qəbul etmək lazımdır ki, yazarın ilk vaxtlarda yazdığı kitablar ilə son dönəmlərdəkilər arasında uçurum var. Yazar sanki nəyinsə xətrinə kitab yazır.
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202264 okunma
380 syf.
9/10 puan verdi
·
7 saatte okudu
2024də bitirdiyim ilk kitab.. hmm, her şey bu qədər göz önündə ikən bir o qədər də gizli idi. Çoxdandı dedektiv tərzi kitab oxumayan biri olaraq ruhumdakı aclığı bəslədiyi üçün bu kitaba təşəkkürlərimi bildirirəm LOL hər nəysə, bəyəndim.
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet RehberiHolly Jackson · Epsilon Yayınevi · 20222,030 okunma
Reklam
308 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bir əsər düşünün ki, sizə xalqınızın mərdlik, igidlik, kişilik adıyla törətdiyi vəhşilikləri, dini ayrıseçkilik, guya milliyyətçilik ideyaları kimi dəyərləri bir uşağın gözlərindən görməyə imkan verir. Məhz bir uşağın mühakimələri burda ona görə çox dəyərlidir ki, o hər şeyi öz təmiz qəlbi ilə görməyi bacarır, ailəsi və çevrəsindəki digər
Geriyə Baxma, Qoca
Geriyə Baxma, Qocaİlyas Efendiyev · Kitab Klubu Nəşriyyatı · 2017180 okunma
%78 (377/479)
·
Puan vermedi
Mən anlamağa çalışdım səni, Hikmət və anladım da öz nəzərimdə, anlaya biləcəyim bütün mənliklərimdə. Necə də əsəbləşirdim bəzi hərəkətlərinə, hansı ki yalnız düşüncələrinlə etdiklərin idi onlar. Sən bilmirəm bu dünyada məni necə var olduğuna inandırdın amma inandım və kədərliyəm. Xoşbəkliklərlə özünü aldadanları sevirəm mən, bu qədər oyunlara rəğmən qaramsarlığını qoruyanları yox amma sən yıxdın sərhədləri və inandım hər ‘xoşbəxt’ adamlarda belə bir tam mində bir Hikmət olduğuna. Və qatılıram sənə ensiklopediyaya ehtiyac duyuram mən, sən öz oyunlarında söz açdığını (hansı ki o yalnız sənin düşüncələrində mövcuddur) borc versən də olar, borc hansı ki bir ömür sonra qaytaracağam. Bilmirəm ay adam əsəbləşdirdin məni, nə dediyinini anlamadığım anlarda hələ lap kefimi də pozdun hansı ki o da hər vaxt ən az sənin insanlığa inancın qədər olur. Nəysə, bir şey qaraladım səni tanısınlar deyə. Tanımadığım adamı tanıdıram.
Tehlikeli Oyunlar
Tehlikeli OyunlarOğuz Atay · İletişim Yayıncılık · 202231,2bin okunma
456 syf.
7/10 puan verdi
·
8 günde okudu
Oxuyanların əksəriyyətinin bəyəndiyi bir kitab olduğu üçün yüksək gözləntilərlə başladım bu kitaba ama gözləntimi qarşılamadı. Kitabın mövzusu maraqlıdı əslində, Yapon mədəniyyətinin təsirində böyümüş bir qatildən bəhs edir. Kitabda bir neçə bölmə var, ilk bölmələr çox maraqlı gəldi ama sonradan hadisələr sanki bir-birindən qopdu. Baş qəhrəman Hel qəribə bacarıqları olan bir uşaq olur və himayəsində qaldığı mənəvi atası sayəsində özünü çox inkişad etdirir. Hər şey həbsə düşmüş mənəvi atasına kömək etməklə başlayır və gedişat Heli kirayə qatil olmağa qədər aparır. Kitabın ortasından sonra Hel dostları ilə birliktə mağaralar kəşf etməyə çıxır. Mağara hissələrimi marağımı çəksə də, bi yerdən sonra əsər aksiyon səhnələrindən ibarət olmağa başlayır. + Helin çox qəribə bacarıqları da üzə çıxır ki məncə bunlar əsərin ciddiyyətini azaldır. Hadisələr çox sürətli getməyə və bir-birindən qopmağa başladı. Kitabda əsas mövzu olmalı olan Şibumi fəlsəfəsinə də 2-ci yarıda çox yer verilmədi. Mağara və aksiyon epizodları çox uzandı. Nəysə, əsərin ilk yarısını bəyəndim amma sonrasını yox.
Şibumi
ŞibumiTrevanian · E Yayınları · 20228bin okunma
199 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.